Nitqin normal inkişafı üçün övladınızla ünsiyyətə kifayət qədər vaxt ayırın:Övladınıza yalnız adını çağıraraq müraciət edin, nəinki söhbət edərkən, hətta altını dəyişərkən, yeridərkən onun üzünə baxaraq danışın. Unutmayın, ünsiyyət hər şeydən əvvəl qeyri-verbal, yəni vücud dili ilə başlayır.
Onun üçün tez-tez mahnılar oxuyun. Uşaqınızın asanlıqla anlaya və cavab verə biləcəyi cümlələrdən, emosiona ifadələrdən istifadə etməklə yüksək tonda və aydın şəkildə danışmağınız, eyni sözü dəfələrlə təkrarlamağınız işə yarıya bilər. Məsələn, " parka getməyimizsəni sevindirdi, elə deyilmi?" və ya "yıxıldığında çox ağrıdın?" şəkildə ifadələr körpənin öz duyğularını daha rahat ifadə etməsinə kömək edəcəkdir.
Körpənizlə söhbət edərkən qabarıq mimika və geniş açılmış gözlərlə ona diqqətini sizə yönəltməsi üçün kömək edin.
Hər hansı bir kəlmədən yalnış istifadə etdiyi zaman övladınızın səhvini düzəltmək əvəzinə doğru təlləfüzlə körpənin sözün düzgün formasını öyrənməsini təmin edin. Söhbət zamanı"bəli" və ya "xeyir" deyil, daha uzun cavab tələb edən suallardan istifadə edin: Məsələn, "puzzle ilə oynamaq istəyirsən, yoxsa ayıcıqla?"
Övladınızın "nə" və "niyə"ilə başlayan sual cümlələrini cavablandırmaqla onun səbəb-nəticə əlaqəsini öyrənməsinə kömək edəcəksiniz. Sualın cavabını bilmədikdə belə bunun etiraf etməkdən çəkinməyin.
Təkrar şəkilə eyni səsi çıxaran oyuncaqlar körpənizin daha sürətli danışmasına təkan verəcəkdir.
Gündəlik fəaliyyət proqramınızla bağlı ona vaxtaşırı məlumat verin. Məsələn "indi evə gedirik", "indi yemək vaxtıdır" və s.
Əqli və emosional inkişaf nəticəsində körpənin gördüklərini, eşitdiklərini, hiss etdiklərini və düşündüklərini ifadə etmək üçün sözlərdən istifadə etməyə başlaması ictimailəşmənin ilkin mərhələsi hesab olunur. Uşaqların dil açması fərdi xarakter daşıyan proses olduğu üçün valideynlər "övladım gec danışacaq" deyə təlaşa düşməməlidir.