Qadin.NET / Böyüklər və uşaqlar

Böyüklər və uşaqlar

Böyüklər və uşaqlar

Niyə valideynlər öz övladlarını mülkiyyəti hesab edirlər? Uşaqların hesabına öz arzularını (bax, mən balerina olmaq istəyirdim, amma arzuma qovuşmadım) həyata keçirmək istəyirlər. Heç nə olmaz, qızımı balet məktəbinə qoyaram, budur o dəqiq olacaq? Bir "uşaq dünyaya gətirmək özü üçün" təsəvvürü mövcuddur? Niyə uşaqları nankor hesab edirlər? Axı onlar öz həyatlarını yaşamaq istəyirlər. Niyə uşaq nəsə etmək məcburiyyətindədir? Mən səni dünyaya gətirdim, əziyyətini çəkdim. İndi sən mən nə istəyirəmsə, etməlisən, bu kimi sözlərlə uşağı borclu çıxarmaq nə dərəcədə düzgündü? Məgər uşaq xahiş etdi ki, onu dünyaya gətirəsiniz? Uşaq xahiş etdi ki, onu uşaqlıqda yedirdəsiniz, süni qatqılar olan yeməklərlə? Məgər uşaq (insan, şəxsiyyətidir) bu dünyaya kiminsə oyuncağı olsun deyə gəlib? Niyə uşaq valideynin istədiyi kimi olmalıdır? Körpə dünyaya ona görə gətirdiniz ki, qohum – qonşuya öyünəsiniz? Bəlkə onun qəlbi vəkil və ya mühasib olmaq istəmir?

Böyüklər və uşaqlar

Seçimdə sərbəstlik - Uşağa sərbəstlik verin! Uşağa seçimində sərbəstlik vermək vacibdir. Valideyn olmaqdan əvvəl uşağınızla dost olun! Uşaqlar oyuncaq deyil! Onlarda insandırlar, hələ ki, acizdirlər. Qoy uşaq hiss etsin ki, onun arzusunu dəstəkləyən valideynləri var. O, həmişə nə istədiyini deyə biləcək valideyndə nəzakətlə seçimini dəstəkləyəcək. Beləliklə aranızda monoloq yox olacaq: Anam dedi belə olmalıdır. Uşaq oyuncaqlarında, dost, qida, geyim seçimində sərbəstlik hiss etməlidi.

Böyüklər və uşaqlar

Övladınızla məsləhətləşin. Məsələn: Hansı mağazaya daxil olsaq yaxşıdı? Hansı oyuncaq xoşuna gəlir və ya səhər yeməyinə hansı südü içmək istəyirsən?

Təhqir etmə - Uşağnızı söyüb təhqir etməyin. Ona mənfi qiymət (boşboğaz, tənbəl, ağılsız) verməyin. Övladınızı kobudcasına cəzalandırmayın. Üstünü batırıbsa, qınamayın. Çünki uşaq bunu başa düşmür. Dostluq və qarşılıqlı anlaşma zəminində sevgi və hörmət doğulur. Övladınızla dost olmaq ali xoşbəxtlikdir.

Böyüklər və uşaqlar

Qualaq as- Uşağı dinləməyi bacarmaq lazımdır. Uşaqların da öz problemləri var, onları da nə isə narahat edir, onlar da nədənsə qorxurlar və ya başa düşmürlər. İtirilmiş oyuncaq uşaq üçün boş şey deyil, boyük problemdir. Uşağın arzu və istəklərinə laqeyd davranmayın. Ondan bağçada gününün neçə keçdiyi ilə maraqlanın. Beləcə uşağınız sizinlə bölüşməyi, məsləhətləşməyi öyrənəcək. Balaca uşağın ana-ata müdafiəsinə ehtiyacı var. Uşağnızın dünyagörünüşünü məhz siz valdeynlər formalaşdırırsınız.


14 sentyabr 2015
GO BACK