Südəmər uşaqa yuxu üçün bütün şərait: sakitlik, isti, mümkün qədər təmiz hava olduqda və gecə elektrik işığı onu narahat etmədikdə istədiyi qədər yata bilər. Bir çox analar buna əməl etmirlər, yatan uşağın yanında gəzişir, ucadan danışır, radioya qulaq asırlar və s. Bundan başqa bir çox analar elə bilirlər ki, uşaq səs-küyə öyrəşməli və belə şəraitdə də rahat yatmalıdırlar. Uşaq buna alışmamalıdır. Əlbəttə uşaq çox yorulubsa, elektrik işığında da yatacaqdır, lakin onun yuxusu sakit olmayacaq və o lazımınca dincəlməyəcəkdir, bu isə onun inkişafına pis təsir edəcəkdir.
Əlbəttə mənzil şəraiti əlverisli olmadıqda sakitlik və uşağın yaxşı yatması üçün lazimi olan başqa şəraiti yaratmaq olmur, lakin mümkün qədər buna çalışmaq lazımdır. Südəmər uşaqı heç vaxt oyatmayın.
Usaq yuxudan doyduqda özünü yaxşı hiss edəcək, şən və qıvraq olacaqdır. Uşağı əmizdirmək vaxtı çatdıqda da oyatmaq lazım deyil! Uşaq yuxudan doyarsa, daha həvəslə əməcəkdir. Əmizdirməni bir dəfə buraxmağın eybi yoxdur. Lakin bu tez-tez baş verirsə, yenə də uşağı oyatmayın, əmizdirmə saatlarını dəyişin, əziz analar.