Qadin.NET / Uşaqların təhsil və tərbiyəsinə dair məsləhətlər

Uşaqların təhsil və tərbiyəsinə dair məsləhətlər

Uşaqların təhsil və tərbiyəsinə dair məsləhətlər
Gənclərin cəmiyyət içində etdikləri mənfi hərəkətləri gördükcə hər kəsin bu gənclərin ana-atalarını günahlandırdıqlarını görərsiniz. Hamımız bu sözləri həmişə eşidirik: Ana-ataları bu uşaqlara niyə tərbiyə verməyib? Bunların ailəsi niyə maraqlanmır bunarla, belə məsuliyyətsizcə uşaq yetişdirilə bilərmi? Hamı söyləyir ki, ailə günahkardır. Əgər onlar uşaqlarına kafi və mükəmməl təhsil versəydilər, uşaqlar belə olmazdılar. Bəli məktəbdə idarəçilər və pedaqoqlar onları günahlandırır. Hamı ana-ataları günahlandırır. Günahlandırmaq asandır, əhəmiyyətli olan həll yolunu göstərməkdir. Ana-atalar günahlandırılır, amma onların qarşılaşdıqları problemlərdə onlara kim kömək edəcək? Onlar nəyi səhv etdiklərini, necə etmələri lazım olduğunu haradan öyrənəcəklər?                 
"Qaranlıqda deyinəcəyinə bir şam da sən yandır." - Konfutsi.
Təəssüf ki, ana-atalar günahlandırılar, amma onlara heç bir şey öyrətmirlər. Hər il milyonlarla gənc ailə ən çətin peşə sayılan ana-atalığı boynuna götürür. Tamamilə aciz və çarəsiz bir körpədən, iştirakçı, istehsalçı, əməkdaşlığı və insanlara köməyi sevən, vətəni üçün əzmlə çalışan insanlar yetişdirmə məsuliyyətini yüklənir. Bundan daha çətin və fədakarlıq istəyən bir peşə varmı? Neçə ana-ata bu peşə üçün öyrədilmişdir? Hər hansı bir işdə işləmək üçün hər birimiz müəyyən təhsilə, peşəyə yiyələnməliyik. Bunun üçün 4–5 il təhsil alıb müəyyən diplom və sertifikata yiyələnirik. Amma ana- ata olmaq diplomu, sertifikatlı olmadan uşaqlar yetişdiririk. Bu böyük məsuliyyəti sadəcə ata və analarmı daşımalıdır?
Bu gün yetkinlik yaşına çatan minlərlə gənc özlərinə görə etibarlı səbəblər üzündən ana-atalarını "işdən çıxarmışlar". "Anam-atam mənim yaşımdakı gəncləri anlamır". "Hər gecə evə döndüyümdə mühazirə dinləməkdən bezdim". "Ana-atama heç bir şey izah etmirəm. İzah etsəm də anlamırlar". "Kaş ki,  anam-atam məni rahat buraxsın". "Ən qısa zamanda evdən ayrılacağam. Hər mövzuda davamlı suallar verirlər dözə bilmirəm".
Bu uşaqların ana-ataları dilə gətirdikləri aşağıdakı sözlərlə uşaqları tərəfindən "işdən qovulduqlarının" fərqinə vardıqlarını göstərmişlər, artıq onlar üzərində təsir gücləri qalmamışdır. "On beş yaşındakı oğuluma artıq heç təsir edə bilmirəm." "Onunla məşğul olmaqdan artıq imtina etmişəm". "Hara getdiyini, nə etdiyini demir. Ondan harda olduğun soruşuram, məni maraqlandırmadığını söyləyir." "Bizimlə danışmır. Biz danışmağa çalışdıqda "rahat buraxın məni" deyir.
Niyə bu qədər çox sayda gənc ana-atalarını "düşmən" olaraq görməyə başlayır? Niyə bu gün evlərdə qurşaqlar arası ayrılıq bu qədər məşhurdur? Niyə cəmiyyətimizdəki ana-atalar və uşaqlar sözün tam mənasıyla bir-biriylə döyüşürlər? Nə etmək lazımdır?
Sevgi adacıqları
Köhnə İspan xəritəçilərinin sevgililəri xəritə çəkilərkən "Mənim üçün də bir ada çək " deyərlərmiş. İspan xəritəçiləri də sevgililəri üçün gerçəkdə olmayan bir ada çəkərlərmiş. Köhnə İspan xəritələrində belə adaya "Sevgiliyə hədiyyə adacıqlar" deyirdilər. Kristofor Kolumb bir dəniz səfərində, xəritədən anlayan bir İspana gəmidə suların azaldığını, xəritədə görülən bu adacıqda içməli su tapıb-tapılmadığını soruşduqda İspan gülümsəmiş "Cənab, o adanın var olduğunu sanmıram. Onu çəkən xəritəçi sevgilisinə çəkmişdir", deyib və gerçəyi ortaya çıxarmışdır. Aksit Göktürkün "Ədəbiyyatda ada"  əsərinə nəzər salsaq, Sevgilisindən "Xəritədə bir ada" istəyən İspan qadının da, ona adanı hədiyyə edən İspan xəritəçisi də nə gözəl bir şey etmişlər. İngilis Kralı Edvard da sevdiyi qadına bir "Krallıq" hədiyyə etmişdir. Bu isə nə qədər qadını həyəcandan titrətmişdir. Qadın Simpson üçün krallığından imtina etməsi zamanının Leyli-Məcnun əhvalatını yaşatmışdır. Çəkəcək xəritəsi olmayanlar, imtina edəcək krallığı olmayanlar nə etsinlər? Bütün bunlar simvoldur. Həftələrdir görmədiyimiz bir dosta bir zəng etmək ağılımızdan belə keçmir. "Eyni şəhərdəyik, necə olsa yaxınıq", deyə düşünürük . Halbuki deyilik.
Uşaqların təhsil və tərbiyəsinə dair məsləhətlər
İnsan insanı itirir və tapa bilmir. Eyni şəhərdə olsa da, eyni səmtdə olsa da, eyni evdə olsa da itirir. Sonra da soruşuruq: "Nəyim vardı, nə oldum, nə itirdim?" İnsanları və özümüzü itiririk. Bir xəritəyə bir ada çəkib də "Bu sənin adan" deməyi unuduruq. Halbuki hər kəsin bir adası ola bilər. Biz duyğuları düşüncələri, sevgini, sözləri, davranışları, dostluğu unuduruq. Özümüzü gözləməyə alışdırırıq. Sonra da nəyi gözlədiyimizi unuduruq və nəticədə itiririk. Amma nə itirdiyimizi bilmədən.
Uşaqlarımızın bizi necə xoşbəxt edəcəyini düşünürük, lakin onları necə xoşbəxt edəcəyimizi heç vaxt düşünmürük.
Hal hazırki zamanda xoşbəxt insanlar nə qədər azalıb. Kimi işindən, kimi həyat yoldaşından, kimi dostundan, kimi qonşusundan şikayət edir.
Əgər əlimizdə olsaydı, bədbəxt və heç nədən məmnun olmayan insanlara uşaq dünyaya gətirməyi qadağan edərdik. Ərini sevməyən qadın özünə yoldaş olsun deyə uşaq dünyaya gətirir. Başqaları "uşağı olmadı" deməsinlər deyə uşaq dünyaya gətirir. Kimi də "qocalanda mənə baxsın" deyə uşaq istəyir.
Xəyallarına və həyatda ümid etdiklərini tapa bilməmiş insanlar xəyallarını reallaşdırmaq üçün uşaqdan istifadə edirlər. "Mənim edə bilmədiyimi uşağım edəcək", deyərlər.
Məncə əsas səhv burdadır: Biz uşaqlarımızın bizi necə xoşbəxt edəcəklərini düşünür, lakin onları necə xoşbəxt edəcəyimizi heç düşünmürük. Uşağı istəsin və ya istəməsin, sevsin və ya sevməsin, bir çox şeylər öyrədirik. Səbəb nədir soruşsaq, bir cavab alarıq: "Nə yaxşı uşağ böyüdüb", desinlər deyə! Nə olar, gəlin, uşağınızı ehtiraslarınıza qurban etməyin! 
 Bir anaya məktbular adlı kitabdan 
“Heç birimiz mükəmməl deyilik, amma çox vaxt başqalarından və xüsusilə uşaqlarımızdan mükəmməl olmalarını istəyirik”. “Düzgün uşaq yetişdirmənin ilk şərti, düzgün ana-ata olmaqdır. Özümüz kimi uşaqlarımızı öyrədirik”. "Yaxşı öyrədilmiş və cəmiyyətə qazandırılmış bir gənc həm ailəsi, həm də cəmiyyət üçün bir sərvətdir". "Unutmayın, bəzi itkilər vardır ki, əsla kompensasiyası mümkün deyil. Bəzi səhvlər vardır ki, onların təmiri qeyri-mümkündür. Uşaqlarımız da belədir, səhv və itkiyə uğramaması lazım olan əhəmiyyətli varlıqlardır". "Ana-Atanın vəzifəsi uşağını kəşf etmək, onda olan qabiliyyətlərin inkişafını təmin etməkdir, yoxsa onu hər etdiyindən ötəri tənqid etmək deyil". "Uşaqlar sözlərdən çox davranışlardan təsirlənərlər. Elə isə siz də davranışlarınızda həmişə səmimi və dürüst olmalısınız”. “Ailənin verə bilmədiyi və əskik buraxdığı tərbiyəni nə məktəb, nə də cəmiyyət verə bilər. Siz ana-atalar gül cücərdən, yetişdirən, hər cür hörmətə layiq bağbanlarsınız.
28 avqust 2015
GO BACK