Qadin.NET / Uşaqlara pulla davranma qaydalarının öyrədilməsi

Uşaqlara pulla davranma qaydalarının öyrədilməsi

Uşaqlara pulla davranma qaydalarının öyrədilməsi

Valideynlər adətən öz uşaqlarını hədiyyələrlə mükafatlandırmağı xoşlayırlar. Ümumiyyətlə uşaqları davlanışlarına görə mükafatlandırmaq lazımdırmı? Bu hədiyyələr nə dərəcədə bahalı olmalıdır? 

Uşaqlarda pula münasibət ailə daxilində formalaşmalıdır. Hər bir ailənin öz büdcəsi var və ona uyğun da xərcləri mövcuddur. Bəs uşaqlara pula olan münasibəti necə düzgün formalaşdırmaq olar, ümumiyyətlə yaxşı hərəkət və dərs qiymətlərinə görə pul və ya hədiyyələr vermək lazımdırmı?

Niyə bizim uşaqlar pulla düzgün davranmağı bacarmırlar? 

Bir çox valideyn ailədə iqtisadi mübahisələrin olduğundan şikayət edirlər. Uşaqlar başa düşmürlər ki, onların arzuladıqları oyuncaq və başqa istəkləri almaq üçün lazım olan pulu ata və anaları neçə çətinliklə əldə edirlər. Peşəkar psixoloqlar ata və analara uşaqlara pulla düzgün davranma qaydalarını aşağıdakı şəkildə izah etməyə çalışıblar. 

Uşaqların bədxərc böyüməsinə və yeni, bahalı paltar və ya oyuncaq almaq üçün şıltaqlıq edib istəyinə nail olması da günahkar valideyndir. Təəssüf hissi keçirməyin, bu məsələnin də çıxış yolu var.

Uşaqlara pulla davranma qaydalarının öyrədilməsi

Valideynlər çox vaxt uşaqları ilə münasibətdə 7 əsas səhvə yol verirlər.

1. "Biz sənin üçün hər şey edirik, sən isə", "Mən bütün həyatımı sənə görə fəda etmişəm", "Minnətdar ol və qiymətləndir". Biz həqiqətən də uşaqlarımız üçün çox şey edirik. Amma yaddan çıxarmaq lazım deyil ki, uşaqları hər bir şeylə təmin etmək bizim valideyn borcumuzdur. Xüsusi bir hal üçün minnətdarlıq tələb etmək lazım deyil. Bu cür münasibət valideyn-uşaq arasında heç vaxt isti və dostluq münasibətləri yaratmaz. Əgər onlara başqalarından və ya tələblərindən daha çox şey veririksə, bunu öz istəyimizlə edirik və özümüz də cavabdehlik daşıyırıq.

2. Bu gün uşaqlara həddən artıq pul xərclənir, dərslərdən aldığı "əla qiymətlərə", evi yığışdırmasına, smestri yaxşı qiymətlərlə başa vurduğuna görə və s. Düşünürük ki, bununla uşaqlara yetkin həyata hazırlayır, pulun qədrini bilməyi və motivasiyanı artırmış oluruq. Bu düzgün deyil! Rüşvət tərbiyənin sağlam olmayan üsuludur, əticə çox güman ki, bizim istəklərimizi doğrutmayacaq. Uşaqların marağına səbəb olmaq, hər hansı bir işin mahiyyətinin və vacibliyinin onlara başa salmaq, pulla motivasiya etməkdən çox rahatdır. Uşaqları uğurlarına və ya ev işlərinə görə mükafatlandırmaqla onlar öz işlərinin əhəmiyyətini dərk etməyəcək, onlar üçün ən əsas işinin müqabilindəki "pul ekvivalenti" olacaq. Nə vaxt ki, sən mənə pul verirsən, sənə qulaq asıram, nə vaxt ki, pul vermirsən, o zaman bağışla. Bundan sonra uşaqlar ödənişsiz ümumiyyətlə heç bir iş görmək istəmirlər. 

3. Pulu pulla ölçülə bilinməyənlərlə eyniləşdirmək. Məsələn uşaqları "vaxt-puldur" deyib ruhlandırmaq. Əgər iş zamanı bu pozitiv söz kimi işlənirsə, qohumluq münasibətlərində onu istifadə etmək yolverilməzdir. Özümüz də bilmədən tez-tez uşağın yanında madii dəyərləri-sevgi, mehibanlıq, diqqət, qayğını pul ilə müqayisə edirik. Məsələn, uşağınız konsertdə çıxış edir və siz onun tədbirində iştirak etməmisiniz. Tədbirdən sonra deyirsiniz: "Bilirsən, mənim işlərim həddən artıq çoxdur, çünki pul qazanmalıyam, mən işləməsəydim, sənə bu skripkanı ala bilməzdim, heç bilirsən, o neçəyədir?" -bu ən uğursuz cavabdır. Əslində isə onu qabaqcadan xəbərdar etmək olardı: "Mən çox istəyərdim ki, sənin çıxışını izləyim, amma çox vacib işlərim var, mən söz verdiyim insanları yanıltmaq istəmirəm."

Biz çox vaxt izah edirik ki, bütün günü işləməyimizin səbəbi ailə və uşaqlarımızdır. Əgər bununla belə uşağa istənilən qayğı göstərilmirsə, uşaq təbii ki, pulu sevməyəcək, o pulu valideynlərini ondan uzaqlaşdıran vasitə kimi qəbul edəcək.

Uşaqlara pulla davranma qaydalarının öyrədilməsi

4. Susuruq və uşağı da susmağa məcbur edirik. Çox zaman valideynlər uşaqları ilə pul mövzusunda danışmaq belə istəmirlər, çünki hesab edirlər ki, burda deyiləcək bir söz yoxdur. Kimsə bu mövzunu utandığı üçün açmır, kimisi uşağı "böyüklərin problemi ilə yükləmək" istəmir", kimsə "evin söhbəti kənara çıxar" deyə susur. Bu qədər sirrli olmaq da ailədə pula sağlam olmayan münasibət, ətrafdakı insanlara inamsızlıq formalaşdırır.

Nə vaxt ki, uşaq evin "iqtisadi siyasəti" ilə maraqlanır- "Bu haqda sonra danışarıq" cavabını veririk, əslində bu "Əl çək!" mənasını verir. Biz bu zaman belə bir fikir formalaşdırırıq ki, guya pulla bağlı söhbətlər son dərəcə "çirklidir", ya da bu o qədər sirlidir ki, onun haqqında birdən birə danışmaq mümkün deyil. Uşaq sizdən öz suallarına cavab tapmadıqda, onu özü axtarmağa başlayacaq.

5. Valideynlərin ənənəsini təkrar etmək. Uşaq vaxtı biz öz valideynləimizdən pulla davranış qaydalarını öyənmişik, pulu qənaətlə, düşünülmüş şəkildə xərcləmək, hər zaman"qara gün" üçün pul saxlamaq, qeydlər aparmaq, borc verməmək, özünlə aparmamaq. Amma belə bir psixoloji qayda mövcuddur: Əgər valideynlərimizdən gələn ənənəni uşaqlarımıza ötürmək istəyiriksə, bunu aksioma kimi deyirik ,izaha ehtiyacı olmadan. Hər dəfə təkrar edirik ki, "Qəpiyin də qədin bilin", "pul ağacda yetişmir" və s. Bu sözləri biz uşaq olanda nə qədər eşitmək istəmirdiksə, öz uşaqlaımıza onu bir o qədər tez- tez deyirik. Bundan sonra uşaqlar umumiyyətlə bu mövzuda söhbət belə etmək istəməyəcəklər.

Uşaqlara pulla davranma qaydalarının öyrədilməsi

6. Çox vaxt valideynləri pul haqqında dedikləri ilə onların davanışları bir-biri ilə düz gəlmir. "Belə ki, bir turizim şirkəninin rəhbəri öz oğlunun davamçısı kimi yetişdirmək istəyirdi, həmişə ona düzgünlük və səviyyə haqqında söhbətlər edirdi. "Əgər iş gördürmüsənsə, mütləq haqqını ver". Onun sözləri ilə əməli böhran vaxtına kimi bu şəkildə də davam edir. Bir dəfə oğlu atasının mühasiblə söhbətini eşidir: "Kimin ki, işi mütləqdir onun pulunu ödəyin, kimlər ki, ixtisara düşəcək onların pulunu ödəməyin"  Oğlunun "Niyə?" sualına atası- "İndi böhrandır-firmada pul yoxdur" cavabını verir. Həmin ilin yayında onlar istirahətə yollanırlar və 5 ulduzlu oteldə qalır, ən bahalı restoranlarda şam edir, bahalı firmaların butiklərindən alış-veriş edirlər. Bu zaman oğlan atasından "Axı böhrandır, firmanın pulu yoxdur, biz niyə bu qədər pul xərcləyirik?" soruşanda, atası- "Firmada pul yoxudur, bizdə isə hər şey qaydasındadır" cavabını verir. Buna kimi isə oğlan atasından "Firma-elə mənəm" sözlərini eşitmişdir. Oğlanın başında hər şey fırlanır, o nələrə inanırdı, necə yaşayırdı, nələri doğru hesab edirdi. Bundan sonra o atasına qulaq asmadı, öz həyat yolunu seçdi, yaxşı təhsil aldı və həyatındakı hər şeyi dəyişdi. Atası ona görə mübahisəsiz əlçatmaz avtoritet, müəyyən dəyərlər oğrusu idi. O bir seçim etdi və həyatındakı hər şeyi yenilədi.

7. Özlüyümüzdə dalaşırıq. Uşaq şüurunda ailədəki pula olan fərqli münasibətlərə qarışıqlıq yaradır. Məsələn, ata və analara öz aralrında nəyə nə qədər xərcləmək barəsində ortaq fikrə gələ bilmirlər, bu ailə daxilində daima mübahisə mövzusu olur, bəzən hətta bu mübahisələr partizan davasını da xatırladır. Nə vaxt ki, ata və ana bir yerdədirlər, demək onlar ümumi razılığa gəliblər, nə vaxt ki, valideynlərdən biri yoxdur, digəri öz dəyərlərini işə salır.

Pul- həqiqətən də emosional pozğunluğa səbəb ola biləcək qədər çətin mövzudur. Bu zaman "büdrəmələr" baş verə bilir. Əgər büdrədinsə, uşağın inamını itirəcəksən. Bu baş verməsin deyə, özümüzə kənardan baxmağı bacarmalıyıq, yuxarıda qeyd olunan səhvlərə yol verməməliyik, bəlkə biz də onların hansınısa edirik?!  Analiz olunmalıdır ki, mən necə davranıram və nələri korrektə etmək lazımdır. Məhs bundan sonra qəribə olsa da, pullar uşaqla bizim aramızda düzgün, səmimi, etibarlı münasibətin yaranmasında güclü vasitə olacaq. Maliyyə-şəxsi münasibətlərdən vacib deyil...

Müəllif: Olya Vıxodçenko

18 yanvar 2016
GO BACK