Qadin.NET / Uşaqlarda piylənmə yaratmayan qidalar

Uşaqlarda piylənmə yaratmayan qidalar

Uşaqlarda piylənmə yaratmayan qidalar

Sağlam qidalanma vərdişi uşaq yaşlarından yaranır. Əziz valideyinlər, piylənməyə “Yox!” demək üçün aşağdakı tövsiyyələrə diqqət yetirməlisiniz.

Səhər yeməyi çox vacibdir

Səhər yeməyi üçün nümunələr:  1-qaynanmış yumurta, yağsız, ağ pendir, tam tərkibli buğda çörəyi, mövsümü  meyvə və tərəvəzlər. 2-  Az yağlı südlə hazırlanmış qoğal, 3- kükü və qara çörək, 4- salatla birgə az yağlı pendirdən hazırlanan tost ya da sendviç.

Münasib boşqab

Günorta və axşam yeməklərində uşağinizin boşqabını dördə bölərək öynəsini nizamlayın. Zülal tərkibli göyərtilər, qara çörək, süd və süd məhsulları.

Uşaqlarda piylənmə yaratmayan qidalar

Ara paylar əhəmiyyətlidir

Uşağınızın qidalanması gündə 3 ana, 2 ara paydan ibarət olmalıdır. Ara pay qidalar həm iştah üçün, həm də kökəlməni nəzarətdə saxlamaq üçün çox vacibdir. Ziyansız ara payı olaraq süd, yoqurt, ayran, təzə meyvələr, qurudulmuş meyvələr, ya da ev üsulu hazırlanmış kekslər məsləhət görmək olar.

Karbohidratı əskik etməyin

Uşağınız üçün tam tərkibli taxıl unundan hazırlanmış çörəklər tövsiyyə olunur. Yarma, qara düyü, makaron, kartof, kök kimi sağlam karbohidrat qaynaqları da əhəmiyyətlidir.

Həftədə iki dəfə balıq

Uşaqlar həftədə iki yaxud üç dəfə balıq yeməlidirlər. Ya da hər gün bir həb balıq yağı vitamini qəbul etməlidirlər. Omega-3 idrak performansını, riyazi zəkanı və oxuma-yazma bacarığını artırır.

D və A vitamininin inkişafda rolu:

 Uşaqlarınızın qidalanmasını, böyümə və inkişafında əhəmiyyətli yerə sahib olan dəmir, sink, D və A vitamini qaynaqları ilə dəstəkləyin.

Uşaqlarda piylənmə yaratmayan qidalar

Çox miqdarda su:

Necə ki, məktəbli çantasından suyu əskik etmirsiz, eləcə də evdə sizinlə bərabərkən də uşağınıza suyu bol içizdirin.

Yağ və şirniyyatdan uzaq olun

 Qazlı, şəkərli içkilərin və həddindən artıq yağlı, şəkərli qəlyanaltılar uşaqlarınızın qidalanmasına hər hansı bir xeyri olmadığı üçün evlərinizdə onların olmamasına ciddi fikri verin.

1 yaşından əvvəl duz və şəkərə icazə verməyin!

Uşaqların qidalanmasında duz və şəkəri mütləq məhdudlaşdırın! Xüsusilə 1 yaşından əvvəl qətiyyən yeməyə imkan verməyin.

Şəkər yerinə bəhməz:

Qoğal, keks edərkən ağ un yerinə tam tərkibli buğda unu, şəkər yerinə, bəhməz istifadə edə bilərsiniz. Quru yağı isə zeytun yağı ilə əvəz edin.

Uşaqlarda piylənmə yaratmayan qidalar

Ən dəyərli qida yuxudur:

Gündə 8 ya da 10 saatlıq keyfiyyətli bir yuxu uşağınız üçün olduqca əhəmiyyətlidir.

Övladınıza siz nümunə olun:

Uşaqlar çox yaxşı müşahidəçidirlər. Yemək masasında da eyni müşahidəçi qabliyyəti ilə sizin yemək yemə vərdişlərinizi təqib və təqlid edərlər. Odur ki, həddindən artıq diqqətli olmağınız vacibdir.

Bunları Etməyin:

4 cür səhv davranışdan uzaq durun. Mükafatlandırıcı qidalanma, zövq vasitəsi olaraq qidalanma, cəza vasitəsi olaraq qidalanma, günahkar hiss etdirmə vasitəsi olaraq qidalanma.

29 may 2015
GO BACK