Qadin.NET / Uşaqlar üçün su içməyin əhəmiyyəti

Uşaqlar üçün su içməyin əhəmiyyəti

Qeyri-sağlam qidalanma və az su içmək bir çox xəstəliyə yol aça bilir. Xüsusilə də, oyun yaşındakı uşaqların hər 20 dəqiqədən bir su içmələri məsləhətdir. Bu baxımdan ailələrə böyük məsuliyyət düşür. Valideyinlər uşaqlarına su içmək baxımından nümunə olmalıdır.

Müasir dövrdə uşaqların qeyri-sağlam qidalanması və az su içməsi uşaq həkimlərini narahat edən başlıca problemlərdən biridir. Uşaqlarda piylənmə xəstəliyinin yaranması birbaşa yemək saatlarının pərakəndəliyi, bol yağlı, qızartma və qazlı içkilərin çox qəbulu ilə əlaqədərdir. Valideyinlərin uşaqlarının su ehtiyaclarını qarşılayarkən adi suyun yerinə qazlı içkilər içməsinə icazə vermesi, son dərəcə qeyri-sağlam inkişafa səbəb olur. 

Uşaqlar üçün su içməyin əhəmiyyəti

Bu baxımdan qidalanma qədər su qəbulunun da önəmli olduğunu vurğulayan pediatrlar,uşaq sağlamlığı üçün su içməyin hansı faydaları olduğunu qeyd edirlər. “ilk olaraq valideyinlər, ailələr uşaqlarına nümunə olmalıdır. Çünki uşaqlar ailələrindən nə görürsə onu əks etdirir. Evdəki qidalar, nizamsız yemək saatları valideyinlərin nəzarətində olduğuna görə, uşaqların yemək vərdişləri də ailələrdən irəli gəlir. Bu dəqiqə piylənmə xəstəliyinə tutulanların 40%-nin uşaq vaxtından yarandığı məlum olub. Bu səbəbdən də valideyinlər sağlam qidalanma vərdişlərini sadəcə uşaqlarına deyil, özlərinə də tətbiq etməlidirlər.

Uşağınız “Susadım” deməmişdən su verin 

Yay aylarında istilərin artması və məktəblərin tətil olmağıyla uşaqların enerjilərində artım meydana gəlir, bu aylarda su qəbuluna diqqət edilməlidir. Xüsusən də uşaqlar oyun oynayarkən 20 dəqiqədən bir su içmələri lazımdır. 7-8 yaşındaki qız və oğlan uşaqlarının maye ehtiyacı 1 ltirdir. 9-13 yaş qrupundaki qız uşaqlarının ortalama maye ehtiyacı 2 ltirə bərabər olduğu halda, oğlan uşaqlarında bu rəqəm 2,2 ltirdir.

 Uşaqlar üçün su içməyin əhəmiyyəti

Uşaqların susamadan su içməklərini təşkil etmək lazımdır. Susama hissini tənzimləyən sinirdən susuzluk siqnalı gec gələ bilər. Qəbz olan və nəcis rəngi tündləşən, fiziki aktivliyi yavaşlayan, ağız quruluğu hiss edən, vaxtından tez yuxusu gələn uşaqlarda, xəfif və ya orta dərəcədə maye çatışmazlığı yaranmasının ehtimalı var. 

Böyüklərə nisbətən susuzluqdan daha çox əziyyət çəkən uşaqlarda az su qəbulunun sadəcə fiziki baxımdan yox, eyni zamanda diqqət yayınması və yaddaş zəifliyi kimi zehni problemlərə də yol açdığı məlub olub.

 Uşaqlar üçün su içməyin əhəmiyyəti

Uşaqlara adi su əvəzinə qazlı içkilərin son dərəcə zərərli olduğunu və bu mövzuda valideyinlərin uşaqlarına yaxşı bir nümunə olmaqları lazımdır. Uşaqlar susayıbsa onlara sadəcə su vermək lazımdır, başqa içkilər yox.

 Uşaqlar üçün su içməyin əhəmiyyəti

Yox əgər bu baxımdan çətinlik çəkirsinizsə, başqa tərkibli su qablarına adi su dolduraraq uşağınıza verin. Bununla da həm onun arzusunu yerinə yetirmiş olursunuz, həm də sağlam içki içməsini təşkil edirsiniz. 

29 may 2015
GO BACK