Qadin.NET / Ataların qızlarına öyrədəcəyi dərslər

Ataların qızlarına öyrədəcəyi dərslər

Qız uşaqlarının həyatında ataları bənzərsiz bir rol oynayır. Atalar qız uşaqlarına təkcə təhlükəsizlik və sabitlik duyğularını verməklə qalmaz, sevgi dolu bir rol model olaraq onların həyatlarında qarşılaşa biləcəkləri problemlər üçün də rəhbərlik edirlər.

"Atalar ən yaxşısını bilir" sözünü sübut etmək üçün, ataların hansı davranışlarda olması lazım olduğunu elmi araşdırmalara əsaslanan bu xəbərdə tapa bilərsiniz.

Ataların qızlarına öyrədəcəyi dərslər

Atalar qızlarının qarşılaşacağı bəzi vəziyyətlərə qarşı onlara hirsli davranmamağı öyrətməlidir. Ataların qızlarıyla əlaqədar xoş olmayan bir vəziyyət qarşısında əsəbləşmələri onlara olan bağlılıqları ilə heç bir əlaqəsi yoxdur. Ata və qızı arasında bir mübahisə baş verdiyində anaları bu işə qarışmamalı və sakitliyi qorumağa çalışmalıdır.

Atalarının qızlarına verdikləri reaksiyaların onların qarşıdakı həyatlarında təsir etməsini yaddan çıxarmaması lazımdır. Bir qız hirsini doğru formada ifadə etməyi öyrənməlidir.Əgər basdırılmağa çalışılsa, irəlidə kişi müdiri və kişi yoldaşlarına qarşı özünü ifadə edə bilməz.

"Bir atanın bəzi vəziyyətlər qarşısında qızlarını cəzalandırması yerinə, onlara dürüst olmağı və özlərini ifadə edə bilməyi öyrətməsi lazımdır".

Ataların qızlarına öyrədəcəyi dərslər

Ataların uşaqları üçün edə biləcəyi ən yaxşı işlərdən biri analarını sevmək olar. Hörmət və sevgi dolu bir əlaqənin uşağınızın üzərində əhəmiyyətli təsiri vardır və uşaq model olaraq ailəsini görür. Atalar qızları ilə danışarkən mümkün olduqca dürüst olaraq və birbaşa danışmalıdır. Bu formada qızına doğru ünsiyyət qurmağı öyrədir və bu da gələcəkdə münasibətində düzgün formada öz əksini tapmaqdadır.

Ən böyük çətinliklərdən biri həyatda nə istədiyini tapdıqdan sonra onun arxasından gedə bilmək cəsarəti göstərməkdir. Bir ata bu mövzuda qızına lazımlı cəsarəti verərək kömək edə bilər. Ona əvvəl xəyallarının nə olduğunu soruşmalı, sonra da onun  arxasından getməsi üçün təməl olan yardımları etməlidir. Atalar qızlarının xəyallarının arxasından getməsi üçün onun yanında olmalı, ona güvənməli və müvəffəqiyyətə çatması üçün fürsət verməlidir. Əgər qızlara bu fürsət verilərsə, onlar çıxdıqları bu yolda çətinliklərin öhdəsindən gəlmək üçün yaradıcı həllər tapacaq, möhkəm çalışacaq və özünə inam sahibi olacaqlar.

Qızlara özünə bəs edə bilmə motivini öyrətməlidirlər. Ona hər istədiyində pul vermək həll olmaya bilər. Övladlara heç bir şeydən məhrum qalmaması üçün hər istədiyində pul vermək, əslində bəzən zərər verir.

Ataların qızlarına öyrədəcəyi dərslər

Bir ata olarkən qızların təkcə səhvlərini deməklə kifayətlənməyib, bu səhvləri düzəltmək lazımdır. Və bu səhvləri düzətməyin ən yaxşı yolu ona uzun-uzadı dərs vermək deyil, edilən hərəkətlərlə örnək olmaq olur. Unutmayın, uşaq valideynlərin əks olunmasıdır. Dürüstlüklə edilən hərəkətlər uşaqda da öz əksini tapar və onun üçün doğru o olar.

Mükəmməl deyə bir şey yoxdur! Buna görə qızlara mükəmməl karyera, mükəmməl bir gələcək üçün təzyiq edilməməlidir. Bir gənc qız bu təzyiqlərdən çox narahat olur. Xüsusilə, yetkinlik çağındakı gənc qızlar özlərində çox qüsur taparlar. Bir ata qızının yaşındaykən nə kimi qüsurlara malik olduğunu əslində bunların bir qüsur belə olmadığını görməli və şirin dillə söyləməlidir. Unutmayın, uşaqlar üzərində mükəmməl olma təzyiqi son dərəcə bədbəxtedici nəticələr doğura bilər.

Qızlarına sevgini vermək üçün birlikdə axşam yeməkləri yeyən, onu möhkəm qucaqlamaqdan çəkinməyən və onu sevdiyini hər fürsətdə bildirən ata doğru yoldadır. 

1 iyun 2015
GO BACK