Sizin parçanız olan bir insanı yetişdirmək, onun xarakterini formalaşdırmaq həyatınızın ən böyük məsuliyyətlərindəndir. Buna görə fərqində olmadan edə biləcəyiniz bu 5 səhvə mütləq nəzər yetirin.
Bu ən çox qarşılaşılan səhvlərdən biridir. Hər ata-ana övladının özünə güvənən fərdlər olaraq böyüməyini istəyir. Amma bunun yolu uşağa sərhəd qoymamaq deyil. Uşaqla dost kimi olmaq lazımdır. Ona nəyisə icazə verməyəndə izah etmək və uşağın hər dediyinə əməl etməmək lazımdır. Əks halda bir müddət sonra öz istəyinin xaricində heç nə etməz, dost münasibətlərində problem yaşamağa başlayar.
2. Əsassız davranmaq
Uşağa fərqli mesajlar vermək, bir dəfə "bəli" deyilən bir işə bir dəfə "yox" demək, "xeyr" deyilmiş bir mövzuya geri qayıtmaq səhvdir. Uşaq vəziyyətə görə rəftarların dəyişə biləcəyini öyrənər və bundan istifadə edib elə davranar. Ana-ata uşaq qarşısında qərarlı və ciddi olmalıdır.
Hər uşağın müsbət və mənfi davranışları ola bilər. Ancaq bir qrup valideyinlər uşaqlarının əksəriyyətlə mənfi tərəflərini görür və mütəmadi olaraq bunlardan şikayətlənir. Mütəmadi olaraq uşağın mənfi xüsusiyyətlərindən şikayətlənib, onların ön plana çəkilməsi uşaqda bu mənfilərin vərdiş halına gətirilib çıxarılmasına səbəb olur. Ona görə də mənfiləri izah edib düzəltməyə meylləndirmək və daim müsbətələri də nəzərə almaq gərəkdir.
4. Uşağın bacarığının inkişafına imkan verməmək
Bəzi ana-atalar bəzən uşağın o yaşda nə edə biləcəyini bilmədiklərindən, bəzən uşağın rahatlıqlarını nəzərə alaraq, bəzən də vaxt qazanmağa görə uşağın özünün rahatlıqla edə biləcəyi bəzi işləri özləri yerinə yetirir. Bu da uşağın həmin sahədə bacarıqlarının inkişafına mənfi təsir edir. Uşağın yetkinləşməsinə mane olur. Buna görə də uşaqların bacarıqları sərhədlənməməlidir.
5. Yoldaşlarıyla müqayisə
Valideynlər uşaqlarının bəzi mənfi davranışlarından əl çəkməsi üçün və ya bəzi sahələrdə inkişaflarını təmin etmək üçün dostlarını nümunə göstərmək yolunu seçərlər. Ancaq bu rəftar işə yaramadığı kimi uşağın çatışmazlıq duyğusunu inkişaf etdirməsinə gətirib çıxarır. Uşağı ürəkləndirmək və daim ona mənəvi olaraq dəstək olmaq lazımdır.