Qadin.NET / Bürcünə görə analar necə davranırlar?

Bürcünə görə analar necə davranırlar?

 

Bürcünə görə analar necə davranırlar?

 

Biz qadınların ən böyük arzularından biri də yaxşı bir ana olmaqdır. Bürcünüzün xüsusiyyətlərinin uşağınızla əlaqələrinizdə təsirli ola biləcəyi heç ağılınıza gəlmişdimi? Məşhur astroloqların bürclərin analıq üzərindəki təsirləri haqqında fikirləri bunlardır.

Bürclərə görə analar:

Qoç bürcü anaları

Qoç bürcü ana sizə əvvəlcə cəsarəti öyrədəcək. Həyatın çətinliklərinə və hər cür maneələrini qarşı iradənizi istifadə etməyiniz üçün sizi məcbur edəcək. Ürəkli olmanızı, heç bir şeydən qorxmamağınızı, bütün qabiliyyətlərinizi ortaya çıxartmağınızı təmin edəcəkdir. Çünki o, özü  hər şeydə qabaqcıl olan, döyüşçü bir qadındır. Həyatınızı ən yaxşı şəkildə quraraq təcrübələrlə yetişmənizi istəyir.

Azadlığınızı əlinizdən almadan sizi izləyər və nələr etdiyinizi müşahidə edər, lazım olduğu yerdə özünü hiss etdirməyi bilir. Seçdikiləriniz nəticəsində əgər bir səhviniz varsa, ədalətli bir şəkildə sizi mühakimə edər. Onun tək istəyi övladının ürəkli və doğru davranmasıdır.

Buğa bürcü anaları

Buğa bürcü ana yaşadığınız hər hadisədə sizə sakit olmağı öyrədir. İnam faktının nə qədər rahat bir şey olduğunu bildiyindən sizə də səssizcə bunu öyrədəcəkdir. Həyat zəmanətinizi təmin etmək üçün maddi və mənəvi olaraq sizə dəstək olacaq, sizdən eyni şəkildə işinizi, müvəffəqiyyətli olmağınızı, inamlı davranaraq gələcəyinizi qurmağınızı istəyəcək.

Dayanıqlılıq xüsusiyyətinə sahib olan ananız sizə işlərinizdə çox qarışmasa da sizi yaxından izləyəcək və pulunuzu boş yerə xərclədikdə, nizamsız olduğunuzda və səhv addımlar atdığınızda hadisəyə əl ataraq yenə sakit bir şəkildə doğru yolu göstərəcək. Onun tək istəyi güvən dolu bir şəkildə həyatınız üçün doğru addımlar atmağınızdır.

 

Bürcünə görə analar necə davranırlar?

 

 

Əkizlər bürcü anaları

Əkizlər bürcü ana mədəni mövzularda sizinlə danışmaqdan və ortaq olaraq hərəkət etməkdən xoşlanacaqdır. Onun üçün görmək, anlamaq çox əhəmiyyətlidir. Sizin də eyni şəkildə hisslərinizi və başınızın içindəki fikirləri ona danışmağınız çox xoşuna gələcəkdir.

O həqiqətlərlə məşğul olmaqdan xoşlanır. O sizin dünyanı görməyinizi və hər şeyə şahid olmağınızı, təhsil həyatınızda son dərəcə müvəffəqiyyətli olaraq məlumat dünyanızı zənginləşdirərək ən yaxşı yerlərə gəlməyinizi istəyəcək. Dil təhsilinizə xüsusi əhəmiyyət verəcək, yoldaşlıqlar qurmağınızı və ətrafınızla ünsiyyətcil olmağınızı təmin edəcəkdir. Sirlərinizi onunla paylaşmağınızdan, hadisələrə birlikdə baxmağınızdan böyük zövq duyacaqdır.

Xərçəng bürcü anaları

Xərçəng bürcü ana evinə həddindən artıq düşkün, uşaqlarına inanılmaz dərəcədə bağlı və üstlərində titrəyən bir qadındır. İdarəçi bürcü Ay olduğu üçün həddindən artıq həssas və romantikdir. Sizə həyatınızda bir istiqamət verməniz üçün dəstək olmağa çalışır. Onun ən əhəmiyyətli xüsusiyyəti hissləridir. Onu nə qədər çox sevdiyinizi eşitmək, bilmək və hiss etmək istəyəcəkdir. O da eyni şəkildə sizə olan sevgisindən tez-tez söz edərək əhəmiyyətinizi hər zaman vurğulayacaqdır. Həyatın hər anını  hiss etməniz üçün dəstəkləyəcək, yaşadığınız evdə sizə aid xüsusi bir yer hazırlamaq üçün çalışacaq, sizi həddindən artıq şəkildə sahiblənərək qoruyacaqdır. Onun istədiyi gələcəkdə rahat etməniz üçün romantik dünyanızı güclü edəcək sevgini təqdim etmək və yuvanızda dinclik içində xoşbəxt olmağınızı görməkdir.

Şir bürcü anaları

Şir bürcü ana üçün özünüzü ifadə etməyiniz, yaradıcılıq bacarıqlarınızı göstərməyiniz, cəmiyyətdə bəyənilən və ön planda olan bir adam halına gəlməyiniz çox əhəmiyyətlidir. O günəşin qadını olduğu üçün balasının da parlamasını istəyəcəkdir. Yüksəyə çıxmağınız üçün sizə hər an dəstək olacaqdır. Şəxsiyyətinizi inkişaf etdirməyinizi və hər zaman keyfiyyətli bir həyat sürməyinizi arzulayacaqdır.

Sizə həyat haqqında bütün ipuclarını öz təcrübələri istiqamətində təqdim edəcəkdir. Onun üçün məktəb həyatınız, daha sonra iş həyatınız və xüsusi dünyanızda hər kəsin bəyənərək baxması xoşuna gələcəkdir. Eqonuzu inkişaf etdirməyiniz və lüks bir həyat sürməyiniz üçün çox işləməyinizi istəyəcək və gözlərinin üstünüzdə olmasından qürur duyacaqdır.

Qız bürcü anaları

 Qız bürcü ana üçün saflığınız və təmiz hisslər çox əhəmiyyətli bir yer tutar. O sizin hər zaman nizamlı, səbrli və çalışqan olmanızı istəyəcək, həyatda sistemli bir şəkildə irəliləyərək yaxşı bir peşəyə sahib olmanızdan xoşbəxt olacaqdır. O son dərəcə vasvası və təmiz mühitləri sevdiyindən sizin də nizamlı olmanızdan xoşlanar.

Dərin bir anlama gücünüz və bir məqsəd arxasında qaçmaq üçün hər cür dəstəyi təmin edəcəkdir. Onun üçün irəliləmək əhəmiyyətlidir. Rahatlığınız mövzusunda sizə dəstək verir, hətta siz yaxşı bir nöqtəyə gələnə qədər də rahat buraxmaz. Ideallarınızı şübhəsiz reallaşdırmanızdan yana olacaqdır.

 

Bürcünə görə analar necə davranırlar?

 

 

Tərəzi bürcü anaları

Tərəzi bürcü ana üçün gözəlliklər, dinclik və sevgi mühiti çox əhəmiyyətlidir. Sakit mühitlərdə yaşamaqdan xoşlanan bu qabaqcıl qadın sizin də rahatlığınızı təmin edəcəkdir. Məntiqli və ədalətli olmağınız üçün sizi ürəkləndirər və biliyinizi  inkişaf etdirməyiniz üçün sizə dəstək olur və özünüzü gözəl hiss etməyiniz üçün əlindən gələni edər. Iradənizi şüurlu şəkildə inkişaf etdirməyinizi gözləyər, həyatın çətinlikləri qarşısında nə olursa olsun sakitliyinizi qorumaq üçün sizə dəstək olar.

Siz nəyə kədərlənirsinizsə, ya da içindən çıxa bilmədiyiniz nə varsa, o mövzunu sizinlə birlikdə ələ alaraq dinc bir şəkildə problemin öhdəsindən gəlməniz üçün yol göstərər. Sizinlə birlikdə öyrənməkdən, gəzməkdən, eyni şeyləri geyməkdən xoşlanar. Otağınızı və evinizi gözəlləşdirər, üstünüzə başınıza diqqət edər və əlindən gəldiyi qədər sizə hədiyyələr almaqdan xoşlanır. Öz istəkləri olsun deyə məcbur etməz, sizin də fikrinizi almaqdan çox xoşlanar. Sizi rahat bir həyatın içində öz ayaqlarınızın üstündə görmək ən çox istədiyi şeydir.

Əqrəb bürcü anaları

Əqrəb bürcü ana üçün hər zamanınız çox əhəmiyyətlidir. Keçmiş və ya gələcəkdən çox bu andakı halınız qiymətlidir. Əgər içində olduğunuz anı ən yaxşı şəkildə qiymətləndirər, doğru və qərarlı addımlar atar, etibarlı bir adam olsanız, gələcəyinizlə əlaqədar son dərəcə yaxşı şeylər düşünür. O səbəblə keçmişi və peşmanlıqları bir kənara buraxaraq, bu gündən etibarən səhvlərinizi düzəltməyi özünüzü yenidən ələ alaraq hərəkət etmənizi təmin edər.

Hissləri son dərəcə güclü olduğundan sizin bir hərəkətinizin hara çatacağını və ya nə düşündüyünüzü çox yaxşı bilir. Əgər səhv edirsinizsə, o anda işə qarışar və sizi istiqamətləndirər, qoruyar. Hər dəqiqəni sanki son dəqiqəymiş  kimi yaşamağı sevdiyindən sizin də hər anınızı gözəl bir şəkildə təşkil etmənizi gözləyər.

Oxatan bürcü anaları

Oxatan bürcü ana üçün dünyanı səyahət etməyiniz, yüksək təhsil almağınız, xarici dil öyrənməyiniz və həyatı sevərək  yaşamağınız çox əhəmiyyətlidir. O hər zaman öyrənməkdən və sizinlə birlikdə məlumat bazasını inkişaf etdirməkdən zövq alır. O da eyni şəkildə bildiklərini sizinlə paylaşar, sizin dünyaya baxış bucağınızı böyüdər. Sevgisini göstərməkdən xoşlanar. Onunla birlikdə gəzməyinizi və yeni yerlər tapmaqdan həzz alar.

 

Bürcünə görə analar necə davranırlar?

 

 

Oğlaq bürcü anaları

Oğlaq ananız üçün ictimai həyatınızdakı müvəffəqiyyətiniz və statusunuzu yüksək olması çox əhəmiyyətli bir yer tutar. Sizi daha kiçik yaşlardan etibarən intizamlı bir şəkildə yetişdirər və müəyyən bir məsafə qoyaraq çox romantik davranmadan həyatı öyrətməyə çalışır. O bir hissiyyatdan çox müəyyən bir ciddiliklə sizə yaxınlaşacaq və həyatın çətinlikləri qarşısında hər zaman dimdik ayaqda dayanmanızı təmin edəcək.

Həddindən artıq həssas olmağınızdan, ən kiçik bir əziyyətdə qalmağınızdan və hər şeydə onun üstünə qaçmağınızdan xoşlanmaz. Öz həyatınızı nə olursa olsun qurmağınız üçün sizə öz təcrübələrini təqdim edər, lakin etdiyiniz səhvlər qarşısında isə məntiqli bir şəkildə xəbərdarlıq edir. Əgər siz müvəffəqiyyətə istiqamətlənmiş deyilsinizsə, işləmir, tənbəllik edirsinizsə və dürüst davranmırsınızsa, romantik olaraq sizə dəstək olmaqdansa, əməllərin nəticələrinə dözməyiniz lazım olduğunu söyləyə bilər. Məqsədi nə olursa olsun prinsipli bir insan olmağınız və məsuliyyətlərinizi bilməyinizdir.

Dolça bürcü anaları

Dolça bürcü ana çox kiçik yaşlarda sizinlə yoldaşlıq əlaqəsi qurar. Azadlıq anlayışına verdiyi həddindən artıq əhəmiyyəti sizə də öyrədəcəkdir. Onun üçün əhəmiyyətli olan sizin nə istəyirsinizsə ona doğru istiqamətlənməyiniz, arzu etdiyiniz şəkildə yaşamağınız və güclü dostluqlar quraraq cəmiyyət həyatında yaxşı bir yer tutmağınızı istəyər.

Təşkilatlarda ön sıralarda yer almanızda, dostlarınıza kömək olmağınızdan, yoldaşlarınızı onunla tanış etməyinizdən və birlikdə sanki ana-övlad deyil, bir  dost kimi rəftar etməkdən çox zövq alacaqdır. Sizə nə qədər dostca yanaşsa da, bir ana olduğunun şüurunda olaraq müəyyən bir hörmət çərçivəsi içində davranacaq.

Balıq bürcü anaları

Balıq bürcü ana xəyallarınıza, hisslərinizə və daxili dünyanıza son dərəcə əhəmiyyət verər. Bu faktlara duyduğu hörmətlə romantik olaraq özünü həmişə geri planda tutacaq və ona yalnız sizin varlığınız kafi gələcəkdir. O qədər fədakar bir quruluşu vardır ki, sırf sizə deyil, sizinlə əlaqədar hər şeyə həddindən artıq əhəmiyyət verir. Sizin duruşunuz, qərarlarınız, həyatdakı nəfəs alışınız belə onun üçün çörək və su kimidir. Nə olursa olsun sizin yanınızda olur və siz haqsız belə olsanız, sizi hər kəsə qarşı müdafiə edir. Ən kiçik bir gücsüzlüyünüzdən həddindən artıq dərəcədə narahat olar və özünü sizin üçün səfərbər edər.

Bütün analar kimi balıq anası də sevgi doludur, lakin hisslərini həddindən artıq dərəcədə göstərməkdən xoşlanar. Xoşbəxtliyiniz adına hər şeydən imtina edə bilər və sizin üçün etməyəcəyi şey yoxdur. Özünü əsla düşünmədən hər şeyi sizə görə qurar və ən kiçik mənfi bir davranışınızda çox üzülür.

21 may 2015
GO BACK