Hamiləlik müddəti, körpəlik zamanları, gənclik illəri... Həyatınızdakı bütün mərhələlərdə yanınızda ən çox analarınız vardı.
Analarınızın sizlər üçün nə qədər çox fədakarlıq etdiyini qəbul etmək hər halda onlar üçün ən böyük hədiyyə olar. Analarınz üçün bir buket çiçəklə birlikdə verəcəyiniz kartda onu məmnun edəcək fikirlərinizi çatdırın.
Ananıza xüsusi bir gündə məmnun etmək sandığınızdan daha da asandır. Əmin olun, heç bir hədiyyə sizin onun haqqında düşündüyünüz yaxşı fikirlərdən daha gözəl ola bilməz.
Elə isə analarınız üçün bu üsulları istifadə edərək gözəl bir kart yazın.
Ona həmişə yanında olduğunu bildiyinizi hiss etdirin.
Sizin ürəyinizi biri qırdığında, küsdürdüyündə, ya da dalaşdığında ananızın sizi sevindirmək üçün etdiyi onlarla şeyi ona xatırladın. Ona dəstəyi üçün təşəkkür edin.
Ananızın ən çox sevdiyiniz xüsusiyyətini karta yazaraq onu xoşbəxt edin.
Gülməli bir hadisənizi ananıza xatırlada bilərsiniz.
Hər ananın sevərək xatırladığı uşaqlarıyla əlaqədar bir xatirəsi mütləq vardır. Onu gülümsədən, xoşbəxt edən bu anını verəcəyiniz karta yazaraq ananıza xatırlada bilərsiniz.
Sizə verdiyi ən əhəmiyyətli həyat dərsini onunla paylaşın.
Həyatınızdakı ən əhəmiyyətli qərarları və dərsləri mütləq ananız sayəsində almışsınızdır. Bu dərsi almanızı təmin edən hekayəni ananıza təşəkkür edərək kartınıza yazın.
Ondan üzr istəyin.
Bu yaşınıza qədər ananızı üzəcək və ya əsəbləşdirəcək bir şey əlbəttə ki, etmisiniz. Sonradan peşman olmusunuz ananızı incitdiyiniz üçün.
Bu kart yazma fikrini bir fürsət bilin və peşmanlığınızı gözəl bir jestlə ona söyləmiş olun.
Bacarıqlı olmağınız o, olmadan mümkün olmayacağını ona dəfələrlə yazın.
Hər uşağını sevən ana onun hədəflərinə çatmasını təmin etmək üçün əlindən gələn köməkliyini edər. Biz bilirik ki, sizin ananız onlardan biridir.
Bunu ananıza yazın, ona bol-bol təşəkkür edin.
Cənnət Anaların ayağı altındadır. Valideyinlərinizin qədrini zamanında bilin. Onları sevin, sevindirin.