Qadin.NET / Cizgi film deyib yan keçməyin! (II hissə)

Cizgi film deyib yan keçməyin! (II hissə)

Şiddət əks etdirən cizgi film izləyən uşaq səbirsiz və üsyankar olur. Mütəmadi olaraq şiddət məzmunlu cizgi film izləyən uşaqların digər yaşıdlarına görə daha çox dalaşdıqları və  gərgin olduqlarını müşahidə etmək olar. Bu uşaqlar ana-ata və böyüklərlərlə daha gərgin, səbirsiz davranırlar. Şiddət əks etdirən cizgi filmləri izləyən uşaqlar real həyatda ətraflarındakı pis vərdişlərdən heç narahat olmadıqları görünür. 

Cizgi film deyib yan keçməyin! (II hissə)

Həddindən artıq cizgi film seyr etmək diqqət əksikliyi və hiperaktivliyin ilk xəbərçisidir Gündə təxminən 3-4 saat cizgi film izləmək uşaqlarda digər uşaqlara görə 30-40% diqqət əksikliyi və hiperaktivliyin meydana gəlməsinə şərait yaradır.

Cizgi film deyib yan keçməyin! (II hissə)

Uşaqların həddindən artıq cizgi film seyr etmələrinə diqqət etməsək və mane olumasa, seyr edilən cizgi film xarakterləri hər keçən gün uşağımızın dünyasına əks olunacaq və uşağı həqiqətdən qoparıb ona ciddi adaptasiya problemi yaşadacaq. Belə ki, çox cizgi film izləyən və o xarakterlərlə qaynaşan uşaqların ictimai əlaqə qurmaqda çətinlik çəkdikləri və yalnız olmağı seçdikləri müəyyən olunmuşdur.

Cizgi film deyib yan keçməyin! (II hissə)

Xüsusilə 12 yaşdan aşağı olan və qavrayış bacarığı hələ inkişaf etməmiş uşaqlar həqiqətlə xəyal arasındakı fərqi seçməkdə çətinlik çəkirlər. Ciddi təhlükəsizlik problemləri yaşaya bilirlər. Cizgi filmlərdə olan uçma, qaçma davranışlarının real həyatda da ola biləcəyinə inanıb bunları təcrübə edə və sağlamlıqlarını riskə ata bilərlər.

Cizgi film deyib yan keçməyin! (II hissə)

Cizgi filmlərinin mənfi təsirlərini azaltmaq üçün

Uşaqlarınızın baxdıqları televiziya verlişlərini və çizgi film saatlarını nəzarət altında saxlayın. Baxdıqları cizgi filmlərinə müəyyən fasilələrlə onlarla baxa bilərsiniz. Məzmunları haqqında bir neçə cümləlik də olsa, fikirlər söyləyib müzakirə edə bilərsiniz.

Cizgi film deyib yan keçməyin! (II hissə)

Şiddət və qəzəb əks etdirən cizgi filmlərin seyr edilməsinə qadağa qoyun. Uşağı fərqli hobbi və məşğuliyyətlərə istiqamətləndirin. Beləcə, televizorun həyatınln diqqət mərkəzi olmasına mane ola bilərsiniz.

20 may 2015
GO BACK