Qadin.NET / Cizgi filmi deyib keçməyin (1)

Cizgi filmi deyib keçməyin (1)

Cizgi filmi deyib keçməyin!

Həyatımızda əyləncə və istirahət vasitəsi olan televiziya proqramları böyüklərin olduğu qədər uşaqların da həyatında əhəmiyyətli rol oynayır. Gün keçdikcə uşaqların dünyasında əhəmiyyət qazanan çizgi filmi seyr etmək vərdişi uşaqlara nələr öyrədir?

Uşaq cizgi filmlərdən nə qədər təsirlənir? Reem Nöropsixiatriya Mərkəzindən Nevrologiya Mütəxəssisi Dr. Mehmet Yavuz cizgi filminin uşaq üzərində təsirləri mövzusunda valideynləri məlumatlandırır.

Cizgi filmi deyib keçməyin (1)

Uşaqlar həyatı cizgi filmlərindən öyrənir.

Cizgi filmlər uşaqların xəyal dünyalarını genişləndirir, öyrətmək rolunu da öz üzərinə götürür. Ancaq bütün bu müsbət təsirlərdən əlavə elə cizgi filmləri var ki, mənfiyə  çevrilə və uşağa istənilməyən şəkildə təsir edə bilər.

Xüsusilə valideynlərin ən böyük xilaskarı olan televiziya proqramları uşaqların xəyal dünyasının inkişafında, ətrafındakı obyektləri tanımasında dialoq qurmalarında müsbət faydalar təmin edə bilir.

Cizgi filmi deyib keçməyin (1)

Uşaqlar 18 aylıqdan etibarən televiziyadan gələn xəbərdarlıqlara, səslərə və görüntülərə reaksiya verirlər.

2,5 yaşından etibarən uşaq gördükləri hadisə və davranışları təqlid etmə bacarığına də sahib olur. Bu yaşda olan uşaqların marağını, sürətlə dəyişən səhnələri olan çizgi filmləri çəkir.

3-6 yaş arası uşaqlarda isə bu rolun əhəmiyyəti daha da artır. Çünki bu yaş qrupu uşaqların çizgi filmi izləyərkən artıq filmin məzmununu dərk etməyə başlayırlar.

Cizgi filmi deyib keçməyin (1)

6-11 yaş qrupu uşaqlar üçün də izlədikləri proqramın məzmunu və proqramın onlara təsirləri daha çox olur. Çünki bu yaşda olan uşaqlarda diqqət, cəlb olunma və prosesi seyr etmək kimi idrak funksiyaları yaranır. Bu da seyr edilən çizgi filminin məzmununu, o məzmunla əlaqədar uşaqların duyğu vəziyyətlərini və bu duyğuların həyatlarına əks olmağının əhəmiyyətini vurğulayır.

12-17 yaş aralığında isə məntiq və qərar bacarıqları inkişafa başlayan uşaq daha əvvəlinə görə bu proqramlardan daha az təsirlənərlər.

Cizgi filmi deyib keçməyin (1)

Şiddət ehtiva edən cizgi filmi izləyən uşaq səbirsiz və asi olur. Davamlı olaraq şiddət məzmunlu cizgi filmi izləyən uşaqların digər yaşıdlarına görə daha çox dalaşdıqları və çox daha gərgin olduqları müşahidə edilməkdədir. Bu uşaqların ana-ata və büyükləriylə əlaqələrində daha gərgin, səbirsiz və asi olduqları görülür. Şiddət ehtiva edən cizgi filmləri izləyən kədərə qarşı daha az həssas olaraq, gerçək həyatda ətraflarındakı şiddət ünsürlərindən heç narahat olmadıqları müşahidə edilməkdədir. Edilən araşdırmalara görə şiddət məzmunlu cizgi filmi izləyən uşaqlar ətrafdakılara qarşı çox sərt davranırlar.

14 may 2015
GO BACK