Qadin.NET / Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)

Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)

4. Problem həlledici körpələr

Bəzi körpələr isə problem həll edən olur. Yaşlarının az olmasına baxmayaraq problemləri asanlıqla həll edə bilirlər. Dahi körpəniz eyni zamanda oyuncaqların hansı hissələrdən əmələ gəldiyini öyrənmək üçün oyuncaqlarını qırmağa meyilli ola bilirlər. Zəkalı körpələr onlarda maraq oyandıran və maraqlı olan hər əşyanı çox sevirlər. Başqa sözlə, dağıdıb-yığmağı və onları həll etməyi çox sevərlər.

Körpənizin bacarıqlarını inkişaf etdirmək üçün ona marağını çəkəcək oyuncaqlar verin. Əgər körpəniz dahidirsə, ilk etapda onunla dərhal oynamayacaq. Onun yerinə oyuncağın parçalarının necə birləşdiyini dərk etməsi üçün nə lazımdırsa, onu edəcəkdir.

Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)

5. Yüksək dərəcədə şüur və açıqgözlü körpələr

Bir çox körpədə dahiliyi göstərən cəhətlərdən biri də yüksək dərəcədə şüur və açıqgözlü olmağıdır. Əgər körpəniz belədirsə, tanıya bildiyi insanların səslərini müqayisə edə biləcəkdir. Buna bənzər olaraq tanıdığı insanlarla erkən dövrlərdə göz əlaqəsi qura biləcəkdir. Bundan əlavə yad insanların varlığıyla körpəniz həyəcanlana da bilər. Bu, körpənizin ətrafına qarşı olan şüuru və anlayışlarını göstərir.

Zəkalı körpələr hər zaman ətrafının daha çox fərqindədir. Bu maarifləndirmə elədir ki, siz ətrafda dəyişikliklər etdikdə bu, onu narahat edə bilər. Nümunə vermək lazım olsa, ən sevdiyi oyuncağının yerini dəyişsəniz, onun heç xoşuna getməyəcək. Hətta yataq örtüsündən narahat belə ola bilər.

Körpənizə qışqırmaq yerinə onu idarə etməyi öyrənməlisiniz. Onu sakitləşdirmək üçün üsullar inkişaf etdirməli və edilən dəyişikliyin səbəbini ona izah etməlisiniz. 

Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)

6. Az yatan körpələr

Son dərəcə əhəmiyyətli olaraq belə körpələr çox yatmazlar. Başlanğıcda bu sizi narahat etsə də, uşağınızın az yatmasının səbəblərini anlamağınız lazımdır.

Dahi bir körpə hər an bir şeylər düşünən kəskin bir zəkaya malikdir. Siz onu yatırtdığınız əsnada bir obyektə fokuslanıb onun haqqında düşünməyə başlaya bilər. Bu onun yatmağına mane ola bilər.

Bir uşağın az yatması valideynləri üçün bir neçə ciddi problem meydana gətirə bilər. Körpəniz dayanmadan narahat ola bilər. Gecələri çox ağlaya bilər. Onu yatmağa məcbur etməkdənsə, onun zehnini sakitləşdirmək və onunla daha yaxşı ünsiyyətə keçməyin yollarını kəşf etməlisiniz.

Uşağınızın dahiliyini göstərən 7 cəhət (II hissə)

Körpəni yatırtmazdan bir neçə dəqiqə əvvəl onu rahatlayan hekayələr oxuyun. Bu üsul işə yaramadığı zaman ən sevdiyi oyuncaqlarla oynamasına icazə verin. Bu, onun bədənini yoracaq və yuxuya getməsini asanlaşdıracaq. Əgər sınadığınız üsulların xeyri olmazsa, bir mütəxəssisə getməyinizdə fayda vardır.

13 may 2015
GO BACK