Hər bir valideyn övladının kiminlə dostluq , rəfiqəlik etdiyini biməlidir.
Uşaqlar hər yaşda dost , rəfiqə tapmaq qabiliyyətinə sahibdirlər. Kiçik bir körpə belə bir yaşıdını gördükdə ona yaxınlaşmağa çalışır. Çox vaxt valideyinlərdən eşidilən ”qızımın saçını dartdı”, “oğlum pis sözlər işlədir” və sair kimi sözləri məktəb illərinə gələnə qədər şirin xatirə olaraq xatırlanır. Çünki artıq başqa problemlər başlamışdır. Uşaqların dost və ya rəfiqə seçmə dönəmi. Uşaqlar arasında qruplaşma bu dönəmlərdə başlayır. Qruplar arasında davalar və qısqanclıqlar da bu dönəmin problemlərindəndir.
Yaxşı bir dost insanı doğru yola apara bildiyi kimi səhv seçilmiş dost da səhv yola apara bilər.
Bunun üçün uşağınızla və dostları ilə dost olun! Hətta uşağınızın dostlarının ailələrini yaxından tanımağa çalışın. Bu araşdırma nəticəsinda dostunu uşağınız üçün uyğun görmürsünüzsə bunu uşağınıza mülayim bir dillə başa salmalısınız. Hər şey sizin nəzarətiniz altında, ancaq onun əlində olmalıdır! Hər birimiz uşaqlarımızın seçimində iştirak etməli, onları pisliklərdən uzaq tutmalıyıq.Unutmayaq ki, bu günün qızı sabahın anası, bu günün oglanı isə sabahın mərd oğludur,atasıdır.
Allahdan hər birimizə xeyirli övlad və övladlarımıza xeyirli dost nəsib etməsini arzulayıram.