Qadin.NET / Azərbaycan milli uşaq oyunları-2

Azərbaycan milli uşaq oyunları-2

 

Azərbaycan milli uşaq oyunları-2

 

İki tərəfli vuruşma

Yaş: 10-16

Oyunun 15 və ya daha çox iştirakçısı ola bilər. Meydançada və ya müvafiq yerdə dördbucaqlı çəkilir və o 3 hissəyə bölünür.

Kənar hədlər 5m orta hissə isə 7 metr olur. 

Uşaqlar üç dəstəyə bölünür. İki dəstə kənar hissələrdə bir dəstə isə orta hissədə durur. Hər dəstədə 5 oyunçu iştirak edir. İki kənar

dəstədə duran uşaqlar top ilə ortadakı dəstənin uşaqlarını vurmağa çalışırlar. Ortadakılar isə hər vasitə ilə topdan qorunurlar. Yəni topların onlara dəyməməsinə çalışırlar. 10 dəqiqədən sonra dəstələr növbə ilə yerlərini dəyişirlər. Beləliklə, hər dəstə bir dəfə orta hissədə dayanmış olur. Oyun dövründə hansı dəstəyə daha az top dəymişsə o dəstə qalib sayılır. Hər bir dəstə ona məxsus yerdə oynamalı kənara çıxmamalıdır.

Top yerə düşdükdən sonra uşaqlara dəyərsə, bu hesaba alınmır. Şəraitə uyğun olaraq dəstələrdə oyunçuların sayını müvafiq

şəkildə artırmaq eyni zamanda azaltmaq da olar. 

Bu oyunda özünü müdafiə etmək, qorumaq, rəqib zərbəsinə tuş gəlməkdən qaçmaq başlıca şərtdir. Oyunda uşaqlar topla oynamağa

alışır, eləcə də, cəldlik, çeviklik, sürət kimi hərəki qabiliyyətlərini inkişaf etdirirlər.

Kəndiri çək

Yaş: 12-16

Oyunda 4 nəfərdən 20-i nəfərədək uşaq iştirak edə bilər.

Ləvazimat: kəndir və 4 ədəd ağac

Kəndirin ucları bir birinə möhkəm bağlanır və dörd künc formasında ortalığa qoyulur. Hər küncdən bir qədər uzaqda bir

ağac basdırılır. Uşaqlar bərabər sayda dörd dəstəyə bölünürlər. Hər dəstə kəndirin bir ucundan yapışaraq kəndiri özlərinə tərəf çəkirlər.

Oyunda hansı dəstə kəndiri dartıb aparmaq şərti ilə ağaca tez çatarsa, o dəstə oyunda 1 xal qazanmış olur.

Daha çox kəndiri dartaraq ağaca tez çatan dəstə qalib hesab olunur. Aparıcının işarəsi olmadan kəndiri özünə tərəf dartmaq olmaz.

Oyunun qaydalarına bir neçə dəfə riayət etməyən dəstəyə 1 cərimə xalı verilir.

 

Azərbaycan milli uşaq oyunları-2

 

 

Kəndiri götür

Yaş: 12-16

Oyunda 15-20 uşaq iştirak edir.

Ləvazimat: kəndir

Uşaqlar iki bərabər dəstəyə bölünüb sıra ilə qarşı-qarşıya dururlar. Kəndiri ilan qıvrılmasına bənzər surətdə dolayıb ortaya qoyurlar. Rəhbərin komandası ilə hər iki tərəf eyni vaxtda kəndirə tərəf qaçıb kəndiri götirməyə çalışırlar.

Hansı dəstə kəndiri tez götürə bilirsə, o dəstə də qalib sayılır və bir qələbə xalı qazanır. Oyun 4-5 dəfə təkrarlanır. Daha çox xal

toplamış dəstə qalib hesab olunur. Kəndirlə hər iki üz-üzə dayanmış dəstələrin arasındakı məsafə eyni olmalıdır. Rəhbərin işarəsi olmadan və yaxud da işarədən əvvəl qaçıb kəndiri götürmək sayılmır.

Torbanı qaçır

Yaş: 10-16.

Oyunda 10-20 uşaq iştirak edir.

Ləvazimat: içi qum ya torpaqla doldurulmuş, balaca torba.

Torbaya 12 metr uzunluqda bir kəndir bağlanmışdır. Yerdə bir dairə çəkilir. Uşaqlar dairə boyu düzülürlər. Bir uşaq ortaya çıxır. Ortadakı uşaq kəndirin ucundan tutaraq torbanı dairə boyu fırladır. Və uşaqların ayağına toxundurmağa çalışır. 

Hər uşaq diqqətli olmalı, torba ayağına tərəf gəldikdə yerində hoppanmalı ayağını torbanın toxunmasından qorumalıdır. Uşaqlardan

kimin ayağına torba dəysə, o dairənin içərisindəki uşağı əvəz etməlidir.

Dairə içərisində olan uşaq dairənin mərkəzində durmalıdır. Düzgün dairə çəkmək üçün bir ip olmalı, ipin bir ucunu şiş bir ağaca

bağlayıb yerə çalmalıdır. O biri ucuna təbaşir, mıx, yaxud şiş daş bağlayaraq dairəni çəkməlidir.

Baloğlan Quliyev "Mütəhərrik və əyləncəli oyunlar"

29 sentyabr 2015
GO BACK