6-9 aylıq körpələrlə oyun variantları
6-cı aydan etibarən körpələr ətrafdakı əşyalara qarşı daha diqqətli olurlar.Onlar artıq sərbəst üz üstə və arxası üstə dönə bilir,səslər çıxarır,
otura bilir,oyuncaqları yerə ata bilir,kağızları yırta bilir və s.
Bu yaşda körpələrlə oyun qaydaları da fərqlidir.
1.Kardon qutu oyunu
*Bir neçə ölçüdə və rəngdə qapaqlı kardon qutu hazırlayın.
*Oturan körpəni yerə qoyun və hazırladığınız qutuları onun ətrafına düzün
*Körpəyə qutuların qapağını açıb bağlamağı öyrədin,sonra bunu körpə özü edərsə,ona mütləq "Afərin!" deyərək alqışlamağı unutmayın!
*Bir müddət sonra qutuların qapaqlarını qarışdırın və yenidən körpənin ətrafına düzün.Ona qapaqları doğru qutulara qoymağı öyrədin.
2.Əngəlləri aşmaq oyunu
Bu oyunda hər iki valideyn iştirak edir.Oyunun məqsədi körpəyə qarşısına çıxan maneələrin öhdəsindən gəlməyi öyrətməkdir.
*Döşəməyə oturub ayaqlarınızı uzadın.Körpə ayaqlarınızın arasında otursun.
*Valideynin o birisi oyuncaqlarla körpənin diqqətini çəksin ki, körpə digər valideynin ayağı üzərindən keçərək oyuncağnı əldə etsin.
* İlk başda körpə oyunun öhdəsindən gələ bilməsə ona əngəlləri aşmağa kömək edin
3.Uçmaq oyunu
Bu yaşda körpələr üçün oyuncaqları yerə atmaq ən böyük zövqdür.Bi neçə əşya ,məsələn,quş lələyi,kağız,parça hazırlayın və körpənin gözü önündə yerə atın ki,O da müşahidə etsin.
*Körpəni uşaq oturacağına qoyun.
*Ona bir-birinin ardınca müxtəlif əşyalar verin.
*Körpə bu əşyaları əvvəlcə tutacaq,sonra yerə atacaq
*Onunla birlikdə oyuna davam edin,oyunun məqsədi körpənin diqqətini əşyaların yerə düşməsinə yönəltməkdir
*Sonra valideynlərdən biri bir əşyanı(misalçün quş lələyi) yerə atarkən,o biri tutsun
*Eyni zamanda körpəyə də düşən əşyanı tutmasını öyrədin
4.Parça kukla oyunu
Parça kukla ilə körpəni uzun zaman məşğul etmək mümkündür
*Körpəni döşəməyə qoyun,valideynlərdən biri parça kuklanı əlinə keçirib körpə ilə danışmağa başlasın
*Kukla əlinizdə danışdığınız zaman mütləq səs tonunuzu dəyişin
*Növbəti dəfə hər iki əlinizə parça kukla geyin və kiçik bir teatr oyunu hazırlayın
5.Möcüzə fotolar oyunu
Evinizdə bir neçə heyvan,maşın,qatar,təyyarə şəkli olsun.Ya da ailə fotoqrafları albomu da ola bilər
*Bu fotoları çox rəngli və qalın səhifələri olan bir alboma yerləşdirin
*Körpəni qucağınıza alıb özünüz də oturun və ona foto albomuna baxacağınızı bildirin
*Körpə gördüklərini dərk etməsə də,əslində bu alboma çox böyük maraq göstərəcəkdir
*Tələsmədən albomun səhifələrini çevirin və hər fotonun adını körpəyə söyləyin
6.Kağızlar diyarı oyunu
Müxtəlif yaşda olmasına baxmayaraq bütün uşaqlar kağızla oynamaqdan çox xoşlanırlar
6-9 ay körpələrə müxtəlif rəngli kağızlarla oynamaq daha faydalıdır
*Oyunun əvvəlində körpəyə bir kağız vərəqi təqdim edin və ona nə edəcəyinə baxın
*Körpə mütləq bu kağızı büküb yerə atacaqdır
*Bu zaman siz həmin bükülmüş kağızla topla oynar kimi oynayın
*Bir qutu götürüb körpə ilə birlikdə kağız"topları" həmin qutuya atın
Eləcə də baxa bilərsiniz: