Qadin.NET / Uşaq sevildiyini bilməlidir

Uşaq sevildiyini bilməlidir

Bu  dəfəki  mövzumuz yenə də gələcəyimiz olan uşaqların üstündə qurulub..Söhbət valideynlərin övladlarına qarşı olan sevgisindən və uşağa bu sevginin çatdırılıb ya çatdırılmamasından gedir...

Uşaq sevildiyini bilməlidir

Bəzi valideynlərin uşaqlarına qarşı olan sevgisi “çünki” sevgisidir.Yəni belə valideynlər sevgilərini müəyyən səbəblərlə əlaqələndirirlər və bunu uşağa hiss etdirirlər. Uşaq da təbii olaraq bu səbəb olmasa sevilməyəcəyini düşünür. Məsələn, “səni sevirəm , çünki çox çalışqansan “ və ya “ səni sevirəm , çünki məni incitmirsən “ ...

 Bəzi valideynlərin sevgisi isə “isə” sevgisidir. Belə valideynlərdə də sevgi müəyyən şərtlərlə məhdudlaşdırılır.Uşaq da təbii olaraq “bu şərti yerinə yetirməsə , sevilməyəcəyini düşünür. Məsələn , “yeməyini  yesən  səni sevərəm “ və ya tapşırığını yerinə yetirsən  səni sevərəm ....

Halbuki hər hansı bir səbəbdən asılı olan sevgi gücünü tez itirir və nəticə etibarı ilə uşaq bu cür sevgilərə inanmır. Digər tərəfdən , bu, uşağın sizi tam mənası ilə sevməsinə də mane olur. Əsas məsələ , uşağı “baxmayaraq” sevməkdir: Dəcəlliklərinə baxmayaraq sevmək , yaramazlıqlarına baxmayaraq sevmək , inadkarlıqlarına baxmayaraq sevmək...

Bu cür sevgini hiss edən uşaq valideynlərinə daha çox inanır və təbii ki, belə uşaqların sevgisini qazanmaq daha asan olur...

Sizin övladınızı sevmək üçün nə kimi səbəbləriniz var? 

10 aprel 2011
GO BACK