Bəzi uşaqlar ailə daxilində özlərini asanlıqla ifadə edə bilsələr də , digər mühitdə özlərini ifadə etməkdə çətinlik çəkirlər. Bu da çox vaxt onların dostluq qura bilməmələri və ya kollektivdən kənar qalmaları ilə nəticələnir.Elə isə buna səbəb nədir ? Təbii ki, burada ilk səbəb ünsiyyət problemidir. Digər səbəblərə gəlincə, burada uşağın özünə inamsızlığı da mühüm rol oynaya bilər. Ailənin uşağı “ qorumaq “ məqsədi ilə yoldaşlarından təcrid etməsi də onun tək qalmasında əsas səbəblərdən biridir. Bundan başqa, uşaq ətrafındakı həmyaşıdlarını “ özünə uyğun görməyə “ də bilər..
Yaş dövrü ilə bağlı – məsələn, yeniyetməlik kimi bəzi psixoloji problemləri də uşağın dostluq qura bilməməsində əsas maneələrdən biri saymaq olar…