Hamımız bilirik ki,xüsusən Azərbaycan ailələrində valideynlər oğul övladlarını evləndirdikdən sonra onunla bir yerdə yaşayırlar.Hamısının da ən böyük arzusu nənə-baba olmaqdı.Bəli...şirin-şəkər nəvə dünyaya gəlir.İndi vay o ata-ananın halına ki,o nəvəyə əl qaldıra,ya da acı söz deyə.Nənəynən-baba o saat uşağı müdafiə eləyir.Və narazılıqlar baş verir.
Çox vaxt fikir vermisinizsə hansısa uşaq ərköyünlük edəndə o saat anasına sual verirlər ki"nənə,baba yanında böyüyən uşaqdı?" Yəni elədisə,deməli bu uşaq mütləq ərköyün olmalıdı.
Bəzən də ayrı yaşayan nənə-baba maddi imkanları imkan verdiyi halda nəvələrindən birini öz himayələrinə alırlar və onu illərlə özləri böyüdürlər.Uşağı öz ailəsindən uzaq böyütmək sizcə nə dərəcədə düzgündür?
Nənə-baba da olsa, onların himayəsi doğma ata-ana sevgisini əvəz edə bilərmi? Və ümumiyyətlə bu cür uşaqlara xas hansı xüsusiyyətləri deyə bilərsiniz?