Qadin.NET / Uşağa oyuncaq seçərkən nəyə diqqət etmək lazımdır?

Uşağa oyuncaq seçərkən nəyə diqqət etmək lazımdır?

Oyun, uşaqların inkişafı üçün ən əhəmiyyətli vasitələrdən biridir. Uşağın əylənərkən öyrənməsini təmin edən bir vasitədir.Oyun həmçinin uşağın fiziki, zehni və ictimai inkişafına da kömək edir. Bu səbəblə uşağınızla oynadığınız oyunlar və oyuncaqların onun inkişafı üçün nə dərəcədə böyük əhəmiyyətli olduğunu nəzərə almaq lazımdır.

Uşağa oyuncaq seçərkən nəyə diqqət etmək lazımdır?

Uşağı Yaxşı Tanımaq lazımdır

Valideynlərin etdiyi ümumi bir səhv uşaqlarına onların özlərinin marağını  çəkən oyuncaqları almaqdır. Əksinə oyuncaq alarkən  uşaqların marağını  çəkən oyuncaqlar alınmalıdır.. Bunun üçün uşağınızla birlikdə zaman keçirməniz, onların oynadıqları oyun və oyuncaq seçimlərini müşahidə etməniz işə yarayacaqdır.

Uşağınızın İnkişafına görə Oyuncaqlar

Oyuncaq seçərkən uşağınızın fiziki, zehni və ictimai inkişafına diqqət yetirməlisiniz. Uşağınızın inkişaf səviyyəsindən çox daha üst səviyyədə olan bir oyuncağı aldığınız zaman uşağınız bu oyuncaqla oynayarkən özündə çatışmazlıq duyğusu yaşaya bilər. Yəni onun yaşına uyğun olmayan bir oyuncaq aldığınızda uşağınız yaşayacağı çatışmazlıq duyğusu ilə bir daha bu oyuncaq ilə oynamayacaq. Bundan əlavə yaşadığı bu duyğu səbəbiylə özünə etibarı da zədələniləcək. Digər tərəfdən, uşağınızın yaşından daha kiçik yaşlara xitab edən bir oyuncaq aldığınızda isə uşağınız bu oyuncaqdan çox tez bir şəkildə bezəcək, bəlkə də oyuncaq onun marağını  heç çəkməyəcək belə. Oyuncaqlar uşağın yeni bacarıqlar öyrənməsi, öyrəndiyi bacarıqları inkişaf etdirməsi üçün fürsətlər təqdim edəcək şəkildə seçilməlidir.

Uşağın yaşına görə oyuncaqlar

Çox kiçik yaşda uşaqlar hər obyekti ağızlarına apararaq dünyanı kəşf etməyə çalışırlar. Buna görə 3 yaşından kiçik uşaqlara çox kiçik olan oyuncaqlar almaq təhlükəlidir.

Uşağınıza oyuncaq aldığınızda, oyuncağı uşağınıza vermədən əvvəl onu yaxşıca yumağı unutmayın. Bu təhlükəsizlik baxımından əhəmiyyətlidir.

0-12 aylıq: Bu yaş dövründə körpənizin fərqli duyğularına istiqamətli oyuncaqlar onun inkişafını dəstəkləyəcək. Seçdiyiniz oyuncaqlar parlaq rəngli, yüngül və səsli ola bilər. Ancaq oyuncağın səsinin çox yüksək olmamasına xüsusilə diqqət yetirməlisiniz. Zınqırovlar körpənizin incə mühərrik əzələlərini inkişaf etdirməsi baxımından faydalıdır. Bunun yanında böyük bloklar və iç içə keçən oyuncaqlar da uşağınızın incə mühərrik əzələlərinin inkişafında köməkçi olacaq. İç içə gecən oyuncaqlar körpənizin sıralama bacarıqlarının da inkişafında əhəmiyyətli bir rol oynayar. Rəngli, üstündə şəkillər olan yerə sərə biləcəyiniz örtülər də bu dövrdə uşağınızın marağını çəkəcəkdir. İməkləmə və getməsini dəstəkləmək üçün çəkmə və itələmə ilə əlaqədar oyuncaqları seçə bilərsiniz.

1-3 yaş: Bu dövrdə uşağınız xüsusilə fiziki oyunları oynamaqdan çox zövq alacaq. Xarici məkanlarda üç təkərli velosipedə minə bilər, qum ilə oynaya bilər. Uşağınız bu dövrdə top ilə oynamaqdan da zövq alacaqdır. Yaşına uyğun puzzlelər alaraq uşağınızın zehnini inkişaf etdirə bilərsiniz. Bloklardan qüllələr, evlər etmək, ev əşyası setləri və mətbəx setləri ilə oynamaq, musiqi alətlərini istifadə edərək fərqli ritimlər meydana gətirmək uşağınızın yaradıcılığını və təxəyyülü inkişaf etdirməsi baxımından böyük əhəmiyyət daşıyacaqdır. Bütün ailə birlikdə oynayacağınız, ya da uşağınızın yoldaşları ilə oynaya biləcəyi qutu oyunları isə uşağınızın ictimai inkişafına iştirak edər. Qutu oyunlarıyla uşağınızın qaydalara uyğun gəlmə və tətbiq, sıra gözləmə kimi əhəmiyyətli ictimai vərdişləri qazanmasını dəstəkləyə bilərsiniz.

3-5 yaş: Bu dövrdə də bloklar və legolar ilə oynamaq uşaqların marağını çəkməyə davam edir. Bundan əlavə bu yaş dövründəki uşaqlar xəmir ilə oynamaqdan və boya qələmlərini istifadə edərək şəkillər çəkməkdən də zövq alırlar. Qutu oyunları, oyuncaq evlərlə oynamaq onlar üçün olduqca əyləncəlidir. Bu yaş dövründə daha çox cizgi film seyr etdiklərindən məşhur xarakterlərin oyuncaqları ilə də oynamaq istəyə bilərlər. Onlara cizgi film xarakterlərinə aid oyuncaqları alarkən bu körpələrin rollarının nə olduğuna diqqət yetirərək almanız olduqca əhəmiyyətlidir. Uşağınızın şəxsiyyətinin meydana gəldiyi bu dövrdə bu xarakterlərdən təsirləndiyi bilməlisiniz. Bu yaş qrupu uşaqlarına fərqli kitablar və anlayışları öyrənmələrini dəstəkləyən oyuncaqlar almanız onların zehni inkişafını dəstəkləmək baxımından əhəmiyyətlidir.

5-9 yaş: Bu dövrdə uşaqlar oyun setləri, idman oyunları, yaşına uyğun kompüter oyunları, riyaziyyat ilə əlaqədar oyunlarla oynamağı xoşlayırlar. Uşağınıza sonunda bir həyat dərsi verən hekayə kitabları almanız və bu kitabları birlikdə oxumanız da faydalı olacaq. Ayrıca, səbəb-nəticə əlaqəsi və problem həll etmə bacarıqları ilə əlaqədar oyuncaqlar da bu yaş dövründəki uşaqlar üçün alınması lazım olan oyuncaqlardandır.

9-12 yaş: 9-12 yaşlarındakı uşaqlar üçün özünə inamın inkişafının qəbul edilməsi çox əhəmiyyətlidir. Bu səbəblə uşağınızın ictimai bacarıqlarını inkişaf etdirəcək qutu oyunları əhəmiyyətini davam etdirməkdədir. Bu yaş qrupunda uşaqlar daha çətin yığılan puzzleləri düzəltməkdən, zehni bacarıqları sınayan bilməcələri həll etməkdən və elm ilə əlaqədar oyuncaqlar ilə oynamaqdan zövq alırlar. İdman fəaliyyətləri də bu yaş qrupu üçün əhəmiyyətlidir.

Uşağın Cinsiyyəti

Oyuncaq seçimi əsnasında uşağınızın cinsiyyətinə uyğun bir oyuncaq almaq onun oyuncaqla oynama istəyini artıracaq. Məsələn oğlunuz aldığınız bir oyuncağın daha çox qızlara istiqamətli bir oyuncaq olduğunu düşünsə o, həmin oyuncaq ilə oynamaq istəməyəcək. 

Bütün bu faktorların yanında aldığınız oyuncağın öyrədici olması da uşağınızın inkişafını üçün faydalıdır. Bunu unutmamalısınız ki, aldığınız hər oyuncağın öyrədici olması lazım deyil. Oyuncaqları  yalnız əyləncəli olduğu üçün də ala bilərsiniz.

9 aprel 2011
GO BACK