Qadin.NET / Valideynlərə təcili kömək -7

Valideynlərə təcili kömək -7

Valideynlərə təcili kömək -7

Xəbər в„– 6-nın davamı.
Ana ataların öz davranışlarında dəyişiklik etmələri onlara aşağıdakı səbəblərdən çətin gəlir:

- Günahkarlıq hissinə tutulan ana və ata.

Belə bir ana və ata uşağının vəzifələrinə görə özünü günahlandırır və xüsusilə də, uşağını tərbiyə etməyə başladığı zaman günahkarlıq hissinə qapılır. Bu cür özünü günahlandırma, qüsuru özündə görmə halı; uşağın davranışını düzəltmək üçün valideynə kömək etməz, əksinə uşağın səhv davranışlarına göz yumar və getdikcə passivləşər.

- Əsəbi ana və ata.

Bir çox ana və atalar nə vaxt uşaqlarına intizam tətbiq etsələr, əsəbiləşir, özlərindən çıxırlar. Əsəbiləşmədən və sinirləri tarıma çəkilmədən intizam öyrətmək əllərindən gəlmədiyi üçün də uşaqlarının pis davranışlarını görə bilmirlər. Bəhs etdiyimiz "fasilə" üsulu ilə uşağınızın davranışları normala dönərkən, sizin də sakit olmağınız üçün işə yarayacaqdır.

Valideynlərə təcili kömək -7

- Maneə ilə qarşılaşan ana və ata.

Bəzən uşağına intizam öyrətməyə səy göstərən ana və ya ataya onların bir-birinə əngəl olduğu görülür. Belə bir vəziyyətlə qarşılaşsanız, uşağınızın yetişdirilməsi mövzusunda çatmaq istədiyiniz məqsədlər barəsində yoldaşınızla danışa bilərsiniz. Bu məqsədlər haqqında baxış acısına vardıqdan sonra tətbiq edəcəyiniz əlverişli intizam qaydalarını birlikdə müzakirələr edin. Bəzi zamanlar qohum-əqraba və ya dostlar da intizam qaydalarına qarışırlar. Uşağınıza doğru intizam qaydalarını tətbiq etdiyiniz zaman ata və anadan başqa kənar adamların inciməsinə əhəmiyyət vermək lazım deyil. Kimsənin sizin təsirli ana və ata olmağınıza, özünə güvənən valideyn olmağınıza qarışmasına haqqı yoxdur.

Valideynlərə təcili kömək -7

- Problemli ana və ata.

Bəzi hallarda ailə məsələlərinin və daha başqa həyat sıxıntılarının ana və ata üçün ağır bir yük halına gəlməsi görülür. Bu zaman ana və ata uşağına ayıracaq lazım olan enerjidən, vaxtdan və davranışlardan yoxsul olur.

Uşaq yetişdirmək və "ailəni bir arada tuta bilmək" səy göstərilməsi lazım olan çətin bir işdir. Psixoloqlar və mövzu ilə bağlı başqa mütəxəssislər ana və ataların özlərini, ailələrini daha yaxşı tanıyıb anlamaqlarına kömək edə biləcəkləri kimi, analıq və atalıq vəzifələrini yerinə yetirərkən gərək olan bacarıqları inkişaf etdirməyə də kömək etməlidirlər.

Mövzu ilə bağlı yadda saxlanması olan başlıca nöqtələr:

1. Ana və ata öz aralarında hansı davranışların arzulanan, hansıların isə istənməyən davranışlar olduğunu müzakirə etməlidirlər.

2. Uşağınız ilə sizin aranızda səhv anlalaşmağa meydan vermədən münasibət qurulmalıdır.

3. Açıq və təsirli əmrlər verməyi bilməlisiniz.

4. Uşağınızın sevginizə ehtiyacı olduğu qədər intizama da ehtiyacı vardır. Bir şey sizin uşağınızı tərbiyə etməyənizə mane olursa, bu səbəbi aşkar edin və aradan qaldırmağa çalışın.

22 mart 2015
GO BACK