Qadin.NET / 3 - 6 aylıq körpələrlə oyun variantları

3 - 6 aylıq körpələrlə oyun variantları

Ailəyə yeni gəlmiş körpəyə ilk lazım olan qayğı və diqqətdir.Bunun üçün də valideynlər körpənin həm fiziki sağlamlığının inkişafına,həm də əqli inkişafına səy göstərməlidirlər.
Körpənin erkən əqli inkişafında oyunların xüsusi rolu vardır.Bu oyunları valideynlərin də bilməsi və körpələri ilə çox zaman keçirməsi onların gələcək inkişafı üçün vacibdir.
3 - 6 aylıq körpələrlə oyun variantları


1.Təyyarə oyunu

3 - 6 aylıq körpələrlə oyun variantları

Əgər körpə yaxşıca yatıb yuxusunu almışsa,onun əhvalı yerindədirsə,bu oyunu onunla oynamaq olar.
Təyyarə oyunu körpəyə ətraf dünyanı daha yaxşı tanımasına kömək edəcəkdir.
*Körpəni üzü sizə doğru olmaqla qucağınıza alın

*Üçə qədər saymaqla yavaş-yavaş,ani hərəkətlər etmədən körpəni yuxarı qaldırın.

*Tələsmədən körpəni öz üzərinizdən hərəkət etdirərək otaqları gəzdirin

*Bu "səyahət zamanı" təyyarə səsinə bənzəyən səs çıxarmağı unutmayın.Otaqlarda olan əşyaların adlarını söyləyin.Evdə yolunuza çıxanları salamlayın.

*Gördünüz ki,körpə oyundan sıxılmağa və ya yorulmağa başladı,oyunu dayandırın və başqa bir oyuna keçin.

2.Yelləncək oyunu

3 - 6 aylıq körpələrlə oyun variantları


Bu oyunu daha çox yuxudan evvel oynamaq məsləhətdir.

*Döşəməyə oturun,dizlərinizi bir qədər bükün.

*Körpəni dizləriniz üzərinə elə qoyun ki,ayaqları sizin qarnınıza dəysin,başı isə dizlərinizdə qalsın.

*Körpənin qollarından tutaraq,dizlərinizi bir-birindən ayırmayaraq, beliniz üstə aşağı-yuxarı hərəkət edin.

*Bu hərəkəti bir neçə dəfə təkrar etməklə "yelləncək"dəymişsiniz kimi təsəvvür edin və körpəyə mehriban sözlər demeyi unutmayın(mahnı da oxuya bilərsiniz)

3.At üstündə gəzinti

3 - 6 aylıq körpələrlə oyun variantları


Bu oyun 6 aylıq körpələr üçündür,çünki onların sərbəst oturması lazımdır.

*Stulda oturun\azca ayaqlarınızı aralayın.

*Körpəni üzü sizə tərəf olmaqla bir ayağınızda şəkildə göstərildiyi kimi oturdun.

*Körpəni qoltuq altından yaxşıca tutun.

*Ayağınızla körpəni yuxarı-aşağı hərəkət etdirin,arada bir pəncənizi də yerə vurun,sanki at üstündə hərəkət kimi olsun,ani hərəkətlərə yol vermək olmaz,bu hərəkət zamanı şən mahnı oxuyun.



4.Lift oyunu

3 - 6 aylıq körpələrlə oyun variantları


Körpələr çox vaxt qucaqda gəzməyi sevirlər.Bu zaman onlarla lift oyununu oynamaq olar.

*Körpəni qoltuqaltından tutub öz boyunuz səviyyəsində qaldırın və lift oyunun başlayacağını bildirin.

*Tələsmədən körpəni başınızın üstünə qaldırın,sonra döşəməyə qədər endirin və "Yuxa-a-a-a-rı qalxırıq,aşa-a-a-a-ğı enirik!" söyləyin.

*Oyunu bitirdikdə "Gəlib çatdıq" deyib körpənin qarnından öpün.


5.Sehirli güzgü oyunu

3 - 6 aylıq körpələrlə oyun variantları


Güzgü hər zaman körpələrin diqqətini çəkər.
Bu oyunu böyük ölçülü güzgü qarşısında oynamaq olar.

*Körpəni qucağınıza alın və aynanın qarşısında elə dayanın ki,onu görə biləsiniz.

*Mehriban sözlərlə danışaraq körpənin diqqətini öz əksinə baxmağa yönəldin.

*Körpənin öz əksini gördüyünə əmin olduqdan sonra onun əlini sallayın və deyin:"Bax-bax körpə bizlə salamlaşır"

*Müxtəlif hərəkətlər və jestlər etməklə oyunu davam etdirin.

*Körpənin reaksiyasını diqqətlə izləyin,yorğunluq hiss etdiyiniz zaman oyunu dayandırın.

6.Şap-şup oyunu

3 - 6 aylıq körpələrlə oyun variantları


Körpəni çimdiəirkən də oyun oynamaq mümkündür.Bu zaman körpənin əldən sürüşməməsinə diqqət etmək lazımdır.

*Vannaya körpənin dizlərini keçəcək qədər su tökün və suyun temperaturuna diqqət edin.

*Körpənin əlindən tutaraq ona suya şappıldatmayı öyrədin.

*Körpə bunu öyrəndikdən sonra yalnız əlləri ilə deyil,ayaqları ilə də suya şappıldatmağa başlayacaq.

*Oyun zamanı sizin şən olmanız körpəyə də təsir edəcəkdir.

*Əlbəttə ki,bu oyun sizə asan başa gəlməyəcək,oyundan sonra üstünüz,döşəmə su içində qalacaq,amma bunları oynamağa və körpəni sevindirməyə dəyər.

Qeyd: Körpəni heç zaman vannada yalnız başına buraxmayın!

Eləcə də baxa bilərsiniz:




Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər(4 - 6 ay)
15 yanvar 2010
GO BACK