Ailələrin qarşılaşdıqları problemlərdən biri də- Natamam ünsiyyətdir!
Analar və atalar öz aralarında övladları üçün hansı davranışların olmaması haqqında razılığa gəlməlidirlər. Yoxsa, uşaqların, özlərindən nə gözlənilməsi barədə fikirləri qarışır, bunun da nəticəsində davranışları pozulur.
Valideynlər arasındakı açıq ünsiyyət, övladın yetişdirilməsində ana ataya nisbətən daha çox təsir edir. Uşağınızla aranızda səhv anlaşılmayacaq qədər açıq bir ünsiyyət qurulması həm ata , həm də ana üçün faydalı olacaq. Bu o deməkdir ki, belə ünsiyyət zamanı ailə üzvləri öz aralarında bol-bol danışacaq və bir-birilərini bol-bol dinləyəcəklər.
Ana ilə ata arasında açıq ünsiyyət çox əhəmiyyətlidir. Övladların pis davranışlarının qarşısı alınmalı, yaxşı davranışları isə mükafatlandırılmalıdır.
Nümunə -1:
Dörd yaşındakı Sona bir şey istədiyi zaman, ya da yalnız özünə qarşı diqqət çəkmək üçün çox vaxt sözləri yarım-yarım deyirdi. Susuayınca mətbəxdə su şüşəsini göstərərək, "buu, buuu" deyirdi. Sonanın bu cür körpə uşaqlar kimi danışması anasının xoşuna gəlirdi və "buu, buu" deyincə Sonaya su verərək onun bu davranışını mükafatlandırmış olurdu. Atası isə, əksinə Sonanın bu yaşda o cür danışmasının zərərli olduğunu düşünürdü. Bundan başqa Sona nə zaman yarım-yarım danışsa, onu danlayır, "Sən körpəsən? Adam kimi danışa bilmirsən?", deyirdi.
Beləliklə, Sona yarım-yamalaq danışdıqca bir tərəfdən mükafatlandırılır, digər tərəfdən də cəzalandırılırdı. Günlər keçdikcə Sona daha da əsəbi oldu və asanlıqla bir şey olan kimi ağlamağa başlamışdı. Atasından uzaq qaçırdı.
Bir uşağın eyni davranış üçün həm mükafatlandırılması, həm də cəzalandırılması haqsızlıqdır; uşağın həm mənəvi, həm də davranış baxımından problemlərinə səbəb ola bilər. Analar və ataların hansı davranışların arzulanan, hansılarının arzulanmayan olmasını aralarında qərarlaşdırmaları vacibdir! Hansı davranışların bəyəniləcəyini, hansıların yaxşı qarşılanmayacağını uşaqların bilməsi lazımdır.
Uşağa " Sən pis uşaqsan!" cümləsini demək olmaz. Bununla bərabər hansı davranışının pis, yaxud xoş olduğunu da ona başa salmaqda gec qalmamalısınız.
Valideynlərin övladlara birlikdə qayda qoymaları effektli olur.
Nümunə -2:
Dörd yaşında ekizlər, Malik və Səlim, evin bütün otaqlarında gurultulu, səsli-küylü oynamağı xoşlayırdırlar. İki yaşları olanda bu davranışları xoş görülə bilərdi. Ancaq, indi artıq böyümüş sayılırdılar. Hər güləşdiklərində evin altı-üstünə gəlirdi.
Ana ilə ata onlarla birlikdə oturub artıq böyük uşaqlar olduqlarını və güləşmələri mövzusunda yeni bir qaydaya ehtiyac olmasını bildirdilər. Bu səbəbdən ekzilər soruşdular: "Əgər başqa heç bir otaqda güləşməsək, yalnız öz otağımızda güləşsək, olarmı?"
Ana ilə ata bu təklifi qəbul etdilər. Beləliklə, yeni qayda qoyulmuş oldu: " Öz otaqlarından başqa mənzilin heç bir yerində güləşmə olmayacaq!"
Qeyd: Növbəti xəbərdə valideynlərin övladlarına təsiredici əmrlər verməsi haqqında məlumatlanacaqsınız.
Linn Klark "SOS! Ana-atalara kömək"
Tərcümə: Ceylan Mumoğlu