Qadin.NET / Valideynlərə təcili kömək -3

Valideynlərə təcili kömək -3

Valideynlərə təcili kömək -3

Uşaq yetişdirilməsində edilən səhvlərə nümunələr:

1-ci Yanlış

Ata-analar yaxşı davranışı mükafatlandırmazlar.

Nümunə- Dördüncü sinif şagirdi Toğrul əlində rüblük cədvəli ilə atasına tərəf qaçır. Həmin vaxt atası kresloda oturub qəzetini oxumaqdadır və o anda aldığı yaxşı qiymətlərə görə oğluna yaxın diqqət və maraq göstərmək əvəzinə qəzetini oxumağa davam edir.

Toğrul: "Bu rübdə çox gözəl qiymətlər aldım. Cədvəlimə baxmaq istəyirsənmi, atacan?"

Ata: "Bəli, ancaq əvvəlcə qəzetimi oxuyub bitirməliyəm. İstəyirsən, get anana göstər".

Valideynlərə təcili kömək -3

2-ci Yanlış

Ata-analar yaxşı davranışı "Fərqində olmadan" cəzalandırırlar.

Nümunə- Səkkiz yaşındakı Aytac anasına sürpriz olsun deyə nahardan sonra boşqabları toplayır və yuyur.

Aytac: "Ana, boşqabları yudum. Sevindinmi?"

Ana: "Artıq bəzi işlərdə mənə kömək edəcək yaşa çatmısan, əlbəttə.... amma qazanlarımız qalıb. Onları yumağı unutdun?"

Valideynlərə təcili kömək -3

3-cü Yanlış

Ata-analar pis davranışı fərqində olmadan mükafatlandırırlar.

Nümunə- Altı yaşındakı Sevinc ilə ata-anası bir düşərgə qurmuşlar. Nahar yeməyi üçün aldıqları qidaları daşıyaraq düşərgəyə yeni qayıtmışlar. Ana istinin təsirindən çox yorulmuşdur. Üstəlik acmışdır da.

Sevinc: "Yeməkdən əvvəl dənizdə üzmək istəyirəm".

Ana: "Əvvəlcə yeməyimizi yeyib bir az dincələk. Ondan sonra üzməyə gedərik".

Sevinc: "Məni üzməyə götürməsəniz, ağlayacam ha...."

Ana: "Aman Sevinc, bircə ağlamağa başlama, nə edərsən et, get üz!"

4-cü yanlış

Ata-analar yüngül cəzaların verilməsi hallarında pis davranışı cəzalandırmazlar.

Nümunə- Ata və ana qonaq otağında oturublar. İkisi də on bir yaşındakı Fuadın durduğu yerdə kiçik qardaşının qulağına vurduğunu görürlər. Bu cür pis davranışı görə-görə Fuadı nə azarlayar, nə də başqa bir yüngül cəza verərlər.

Ana: "Bu oğlana bir şeylər söyləsən yaxşı olar".

Ata: "Ağzında oğlan deyirsən, dəymə".

Əziz valideynlər, yuxarıda sadaladığım 4 yanlış barədə oxuyub uşaqlarınızla bağlı hansı səhvlərə yol verdiyinizi müəyyən edin və həmin səhvləri vaxt itirmədən düzəldin.

 

Linn Klark "SOS! Ana-atalara kömək"

Tərcümə: Ceylan Mumoğlu

18 fevral 2015
GO BACK