Qadin.NET / Valideynlərə təcili kömək -2

Valideynlərə təcili kömək -2

Valideynlərə təcili kömək -2

Niyə görə uşaqlar yaxşı və pis davranışlar sərgiləyirlər?

Bəzi uşaqlarda bütün uşaqlıq həyatı boyunca əsas davranış problemləri daha az görülərkən, niyə görə digər uşaqlar ata-ana üçün hər zaman problem yaradırlar? Yetkin insanlar kimi uşaqlar da problemli uşaqları xoş qarşılamazlar; ya onlardan uzaqlaşırlar, ya da şikayət edərlər. Elə dəcəl uşaqlar da var ki, sanki gecələr yatmayıb sabahı gün üçün edəcəkləri pis davranışların planlamaqla məşğul olurlar.

Psixoloqlar ana-ataların yaşadıqları uğursuzluqlar və xəyal qırıqlıqlarını yaxından müşahidə etmişlər. Çarəsizliklər içərisində problemi həll edə bilmək üçün gecələr yuxuları ərşə çəkilən valideynlər olur.

Həll yolları, əlbəttə ki, vardır. Ana-atalar davranışları düzəltmənin qaydaları və istiqamətləri ilə bağlı biliklərini artıraraq uşaqlarının daha düzgün və yaxşı davranan fərd olaraq yetişməsinə kömək etməlidirlər. Bu yolda maarifləndirmə missiyasını qarşısına məqsəd qoyan Qadin.Net saytı valideynlərə kömək etməkdə əlindən gələni əsirgəməyəcək.

Valideynlərə təcili kömək -2

Yaxşı davranış da, pis davranış da uşaqların mükafatlandırılması yolu ilə meydana çıxır. Bu cümləyə xüsusilə diqqət edin. Elə zamanlar olur ki, ata-analar uşaqların pis davranışlarını "fərqində olmadan" mükafatlandıraraq gücləndirirlər. Üç yaşındakı Murad ağlayıb sızlayaraq "ata-anasını bezdirmə yolu ilə" yatmaq saatını keçirib gec vaxta qədər oturmaq icazəsi qopara bilər ( bu icazə elə bir mükafat deməkdir).

Uşağınızın pis davranışı sizin tərəfinizdən, ya da başqaları (nənə, baba, xala və s.) tərəfindən mükafatlandırılmış olarsa, bu davranış daha da güclənəcəkdir. Mükafatlandırılmayan, ya da cəzalandırılan davranış isə zəifləyəcək, gələcəkdə təkrarlanma ehtimalı azalacaqdır.

Valideynlərə təcili kömək -2

Ana-atalar üçün uşaq yetişdirməyin üç əsas qaydası vardır. Bu qaydalar ilk baxışda sadə görünə bilər. Bütün dost-tanışlarınızın uşaqlarını böyüdərkən nələri səhv etdiklərini asanlıqla fərq edə bilərsiniz. Ancaq bu qaydaları öz uşaqlarınızı yetişdirərkən tətbiq etməyə başladığınız zaman dözümlü və təsirli olmağın nə qədər çətin olduğunu anlayacaqsınız. Aşağıdakı qaydaları unutmayın:

1-ci Qayda: - Yaxşı davranışı mükafatlandırın. (Bunu tez-tez və davranışdan dərhal sonra edin).

2-ci Qayda: - Pis davranışı "fərqində olmadan" mükafatlandırmaqdan çəkinin.

3-cü Qayda: - Pis davranışı cəzalandırın. (Ancaq yüngül cəzalar verin).

 

Linn Klark "SOS! Ana-atalara kömək"

Tərcümə: Ceylan Mumoğlu

11 fevral 2015
GO BACK