Qadin.NET / Uşaqlarda parazitlik edən qıl qurd

Uşaqlarda parazitlik edən qıl qurd


 

Qıl qurd nədir?

İp şəklində hərəkətli bir bağırsaq parazitidir. Erkəkləri 2-6 mm, dişiləri 8-12 mm uzunluğundadır. Qıl qurd infeksiyasi dünyanın hər yerində yayılmışdır. Hər yaşda görünə bilər,ən çoxda 5-14 yaş arasında.
İnfeksiyaya yoluxmuş bədəndə dişi qıl qurd,insan yatarkən anusdan bayıra cıxır və anus ətrafında 1000dən artıq yumurta qoyur, qısa müddətdə ölür. Yumurtalar 6saat müddətində canlanırlar və orqanizmə toksiki maddələr buraxır. Alt paltarlarına yapışırlar,yatağa tökülürlər, eləcə də uşaq bilmədən anus ətrafini qaşıyaraq dırnaqları arasında qurdun süfrələriylə ailə üzvlərini və yenidən özünü yoluxdurur.Yatağı yığışdıranda yatağı çırparkən yumurtalar havaya dağılır və ağızdan da yoluxma baş verir. 

Qıl qurda xas əlamətlər
Ən çox görünən əlamət gecələr anus ətrafinda baş verən qaşıntılardır. Bədənin bəzi bölgələrində irinli səpkinin görünməsidir. Yuxusuzluq, gecə qorxuları, diş qıcama, gecə qeyri-iradi sidik buraxma da bu kimi əlamətlərdəndi. Eyni zamanda qurdun çoxalması uşağın psixalogiyasına da təsir edir və ağır infeksiyalaşma nəticəsində sinir sisteminin pozulması hallarınacan gətirib çıxarır.

Necə qorunmalı?
Uşağın gigiyenik qaydalarına ciddi diqqət yetirmək lazımdır, əlləri tez-tez yuyulmalı, dırnaqları qısa kəsilməlifırçalanmalıdır, səhərlər uşağın anus ətrafı sabunlu su ilə yuyunmalı (yaxşı olar ki, qara sabundan istifadə edəsiniz) alt paltarları dəyişdirilməlidi, soyunulmuş paltarlari isti suda islağa qoymalı, qaynatmalı, quruduqdan sonra isti ütüylə ütülənməlidir. Uşaqla bərabər ailə üzvləri də bu qaydalara əməl etməlidir.

Bitki tərkibli müalicə:
Kök

Soğan 

Sarımsaq

Zeytun yağı, 

Sirkə

d
Hazırlanma və istifadə qaydası:  Rəndələnmiş kök, döyülmüş soğanla birlikdə suda qaynadılır. Süzülərək əldə edilən qarışığa sirkə əlavə edilərək qarışdırılır. Hazırlanan bu qarışıqla anus ətrafı, rahatsızlıq, qaşıntı zamanı gündə 2 dəfə yuyulmalıdır. Sarımsaqlar döyülüb əzildikdən sonra süd ilə bişirilir. Süzülərək alınan qarışıqdan yeməkdən sonra və yatmadan öncə bir fincan isidilərək içilir. Rahatsızlıq,qaşıntı zamanı anus ətrafını hər gün 3 saatdan bir sirkəli su ilə yumaq da müsbət təsir göstərir.
24 mart 2011
GO BACK