Qadin.NET / Övladlarımızı sevgidən məhrum etməyək...

Övladlarımızı sevgidən məhrum etməyək...

Övladlarımızı sevgidən məhrum etməyək...

Qapıdan içəri girər-girməz sevinclə qışqırdı uşaq:

- Ana, bilirsənmi bu gün  nə oldu?

 Anası mənalı-mənalı baxdı: "Xeyirdir, dəcəllik filan. Bax, bir də səninlə əsəbləşməyim. Çox yorğunam onsuz da."

- Görmürsən, telefonla danışıram...

Heç kimin sevdiyi şeylər biri-birinə bənzəmirdi. Anası telefonu, atası avtomobili sevirdi. Hər şey sabaha qalırdı, günlər beləcə keçirdi. Telefon və avtomobil mövzusu ortaya düşdüsə, bir də evə qonaq gələrsə, özünə heç yer qalmırdı. Hara getsin, nə etsin? Anası telefonla danışıb qurtardı. Mətbəxdən qazan-qaşıq səsləri gəlirdi. Qaçaraq yanına getdi. "Sənə kömək edimmi?"- çox sevinərək dedi.

Övladlarımızı sevgidən məhrum etməyək...

Yorğunluq necə bir hissdi. Bəzən əlində oyuncağı ilə yuxuya daldığında nənəsi oyuncağı yavaşca əlindən alıb "necə yorulubmuş uşaq. Gül içərində yatasan səni"-deyərək yavaşca alnından öpürmüş. Yorğunluq gül qoxulu bir yuxuya dalmaqsa əgər, niyə anası onunla belə əsəbi danışırdı. "Anacığım yorulduğu zaman gül qoxulu yuxulara dalar. Nənəm də belə söyləyər. '' Sən yat, gül qoxuları sənsiz qalmasın. Sən çox yorulmusan." Bu sözlərə nifrət edirdim. Yorğunam. Yorğun olduğumdan. Belə yorğun, yorğunkən. "Anacığım, sən yorulma deyə" "Yemək yeyərkən danışarıq övladım. Bankda işlərimi bitirməmişəm. Atan gələnə qədər bunları bitirməliyəm. İndi isə sən oyna bir az." "O zaman siz yorulursunuz, elə deyilmi? Eeee . Mən də oynamaqdan yoruluram. Nə edim?  Bilmirəm.'' Lazım olmayanları bilirdi böyüklər, lazım olanları bilmirdilər.  Birdən işıqlar söndü. Anası hirslə deyinməyə başladı. "Şam da yoxdur"-deyə-deyə şkafları əli ilə axtarırdı.

Övladlarımızı sevgidən məhrum etməyək...

Uşaq arxası üstə uzanıb nənəsinin kəndini düşündü. Qaz lampasının işığında "Dəli Dovşan" nağılını danışmağını. Dəli dovşanın divardakı əksini gətirdi gözlərinin önünə. Nənəsi kimi iki əllərini birləşdirib işarə barmaqlarını yuxarı qaldıraraq dovşan başı etdi. "Bax, dəli dovşan" deyərək barmaqlarını oynatdı. Yoldan keçən avtomobillərin faraları divardakı dovşanı daha aydın göstərirdi. Dovşan azad gəzdi sağda-solda. Otlarla quşlarla danışdı. Sonra yoruldu. Divardakı görüntü o kiçik ovuclarının açılmasıyla itdi. Qolu yavaşca divandan aşağı sallandı. Niyə görə sonra işıqlar yandı. Birdən qadın uşağın heç danışmadığını düşündü. Divana tərəf qaçdı. Kiçik dizlərini qarınına doğru çəkərək yuxuya getmişdi. Masanın üstündəki sənədlərə baxdı iyrənərək. Susqun bir peşmanlıq doldu ürəyinə. Oyandırmadan qorxa-qorxa kiçik alnına bir öpüş qondurdu. Uşaq sanki bu öpüşü gözləyirmişcəsinə "işin bitincə məni sevərsənimi, Ana?" -dedi.   Qadın sevilmək üçün görüş istəyən uşağına baxaraq səhərə qədər ağladı.

Uşaqlarımızı sevgidən məhrum etməyək, onların bizə çox ehtiyacı var, onlar məsum və günahsızdırlar, övladlarımıza lazımı qədər sevgi göstərək ki, zaman keçdiyində peşman olmayaq...

9 mart 2016
GO BACK