Qadin.NET / Qadının rolu

Qadının rolu

 

Qadının rolu

 

Ekspertlərin fikirlərinə görə fasiləsiz analıqla əlaqədar olaraq uşaqlarda müşahidə edilən mövqe və davranışlar açağıdakılardır:

1. Uşaq daha sonrakı yaşlarda həddən artıq asılılıq göstərir.

 2. Natamamlıq və əskiklik hissləri inkişaf edir.

 3. Mənliyini və digər şəxsləri hədsiz dəyərli və ya dəyərsiz bilir.

 4. Uşaqlar öz zehnində özü də daxil olmaqla hər kəsin bir yaxşı, bir də pis obrazını yaradır.

 5. Ayrılığın sona çatması halında da, yenidən ayrılma qorxusunun yaratdığı ata-anaya narahat bir şəkildə bağlanma davranışı görülür.

Tək valideynin diqqət etməsi lazım olanlar: Yeni ev rejiminizdə açıq və dəqiq sərhədlər qoyun. Uşaqların sərhədə və sistemə ehtiyacı var. İstədiklərinizi və fikirlərinizi açıq şəkildə bildirəsiniz, onlar da necə davranmaları lazım olduğunu səhv etmədən öyrənə bilərlər.

Tək valideyn olmaq, olduqca yorucu və yüklü bir işdir. İşləri mümkün qədər bölüşün və lazım olanda kömək istəməkdən çəkinməyin. Sevgi dolu və romantik mənada xoş bir ev mühiti hazırlayın. Uşaqlarınızı nə qədər çox sevdiyinizi və onlarla nə qədər fəxr etdiyinizi deməkdən çəkinməyin.Özünüzlə məşğul olmaqdan və özünüzə vaxt ayırmaqdan heç vaxt əl çəkməyin. Bütün həyatınızı uşaqlara ayırdığınız üçün qısa müddətdə enerjinizi sərf edəcəyi kimi ehtiyacınız olan rahatlıq və sakitçiliyinizi də aradan qaldıracaqdır.

 

Qadının rolu

 

 

Ailəniz üçün bir ictimai dəstək sistemi yaradın. İçində ananız, atanız, qohumlarınız və ya yaxın dostlarınızın yer alacağı  hallarda bir telefonla köməyinizə çatan yaxınlarınız sizin köməyinizə yetişə bilsinlər.

Uşaqların hər zaman ana və ataya ehtiyacı var və onlar istədikdə çətin anlarında yoldaşları ilə birlikdə olmağı seçirlər.

Yeni həyatınız və rejiminiz haqqında real məqsədlər qoyun. Hansı şərtlər altında sizi və övladınızı nələrin gözlədiyi barədə sahib olacağınız proqnozlar, hər hansı bir vəziyyətlə qarşı-qarşıya qaldıqda daha soyuqqanlı rəftar etməyinizi təmin edir.

Səhvlər edə bilərsiniz, hər şeyin, hər zaman yolunda getməyəcəyi məsələsində özünüzlə barışıq olun. Uyğunlaşmağınız üçün özünüzə zaman verin və əlinizdən gələnin ən yaxşısını gördüyünüzə inanın.

Qohumlarınız və ailə üzvləri ilə görüşməyi davam etdirin. Bu həm uşağın ailənin davamlılığı məsələsində özünü güvəndə hiss etməsini təmin edər, həm də tək qalmadığı fikrində olar.

 

Qadının rolu

 

 

Tək valideyn olmağın nə qədər əziyyətli bir şey olduğunu söyləmək və ya digər valideyn haqqında mənfi mühakimələr etmək, uşağın ağlında yaratmağa çalışdığı valideyn roluna zərər verəcəkdir. Bu səbəbdən onun yanında bu mövzularda danışmaqdan çəkinin.

Uşağınıza uyğun olmayan məsuliyyətlər verməyin. Xüsusilə mədəniyyətimizdə çox rast gəlinən, oğlan uşaqlarına "evin kişi" rolu uşaq üçün olduqca ağır bir məsuliyyətdir. Bu uşağın yaşının zəruri məsələlərini yaşamasına və böyüməsinə mane olur.

Tək qalan valideynlər öz rolları kənarda qalan digər rolu da götürməyə çalışırlar. Ancaq bu rol qarışıqlığı, həm valideyni yorur, həm də uşağın ağlının qarışmasına səbəb olur. Buna görə də hər bir valideyn öz öhdəsinə düşən rolunu oynamağı davam etdirməli və hər cür məsuliyyətli işi təkbaşına həll etməyə çalışmağın çətinliyini və yoruculuğunu unutmamalıdır.

28 dekabr 2014
GO BACK