Xaraktecə fərqli uşaqlar kifayət qədər çoxdur. Onları da böyüklər kimi bir-birindən fərqləndirən nadir üstünlükləri ola bilər ki, bu da gələcəkdə həyat yolunda onlara yaşıl işıq yanmağa yardım edəcək. Və ya əksinə, həyat yollarında maneələr törədəcək.
Güclü xarakterli və yenilməz iradəyə malik olmaq yaxşı deyilmi? "Bəli, əlbəttə"!-deyə böyüklər cavab verəcək. Axı bir çox böyüklərin iradə çatışmamazlığından əziyyət çəkdiyini hər birimiz bilirik. Ancaq uşaqlar nə qədər iradəli və güclü olmalıdırlar? Bu onlara necə təsir edir? Bu cür uşaqları "çətin xarakterli", "özbaşına" və ya "güclü iradəli uşaqlar" adlandırmaq olar. Çox zaman bu yaxşı ola bilər. Ancaq belə uşaqlar valideynlərinə hər zaman problemlər, həyəcan və çətinliklər yaşadırlar.
Bu ona görə baş verir ki, bu üç müsbət keyfiyyətə-"inam, inad və müsbət köklənmə"-kənar effektlər də əlavə edilir.
1. Uşağı qəti nəsə etməyə məcbur etmək mümkün deyil, əgər o bunu etmək istəmirsə.
Əgər o səhər yeməyini yemək istəmirsə, nə etsən də, o bunu etməyəcək. Əgər küçəyə çıxmaq istəmirsə, nə qədər xahiş etsən belə o, küçəyə çıxmayacaq. O bunu yalnız özü istəsə, edəcək.
2. Hər şeyi özü həll etməyə çalışır. Əgər bilsə belə ki, o bu işin öhdəsindən gələ bilməyəcək, yenə yardım almaqdan imtina edir.
3. Yüksək diqqət tələb edir. Əgər o anası ilə oynamaq və ya onun dizlərində oturmaq istəyirsə, mümkün deyil ki, onun diqətini başqa bir şeyə yönəldəsiniz. O istədiyini etməyincə sizi incidəcək.
4. Bütün qərarları özü vermək istəyir. Bilir ki, nə geyinməlidir, nə yemək istədiyini özü qərar vermək istəyir. Maqazindən nə almaq istədiyini yaxşı bilir. Hara, nə vaxt getmək istədiyini özü qərar vermək istəyir. Hətta bəzən istəyir qeyri-mümkün olsa belə.
5. Valideynlərin nüfuzunu tanımır. İstədiyinin qanun olmasını tələb edir.
6. Nəaliyyətlərində israrlıdır. Əgər siz nəyisə ona qadağan etmisizsə, o, öz istəyinə çatana qədər çalışacaq.
7. Belə uşaqlar gözlənilməz hərəkətlərlə təəccübləndirilər. Nəyisə qərara aldılarsa, heç kimə xəbərdarlıq etmədən yerinə yetirilər. Və öz qərarlarında hər zaman təkid edirlər.
8. Valideynlərin iradlarına qulaq asmır, hətta ədalətsiz hesab edir. Valideynləri onun qərarlarına hörmətlə yanaşmamaqda günahlandırır.
9. Son dərəcə həssas və emosional olurlar.
10. 1,5 və 2 yaşlı uşaqlarda daha tez bu xarakterin şahidi olmaq olur.
11. Bu yaşda uşaqlar istədiklərini ala bilmədikdə, göz yaşları və qışqırıqlarla öz hisslərini biruzə verirlər.
12. Sərhəd tanımırlar. Əgər adi bir uşağa bir sözü 4-5 dəfə desəniz, o bunu anlayacaq və sərhəd tanıyacaq. Belə uşaqlara isə 100 dəfə desəniz belə avtobusda və ya ictimai yerdə ağlamasın o bunu edəcək.
12. İstədiklərini həyata keçirmədikcə ağlayıb fəryad edirlər.
13. Bəzən ağrılara dözümlü olurlar. Məsələn möhkəm yıxala və yıxılma təsirindən başında şiş belə əmələ gəlsə, heç nə olmamış kimi durub yenidən oyununa davam edə bilirlər.
Belə uşaqlarla necə rəftar edək? Onlarla necə davranaq?
Əziz valideyinlər, əgər uşağınızda hiperaktiv diaqnozunu təsdiqlədinizsə, onda ilk öncə sizə böyük səbir arzulayırıq və bu psixoloq məsləhəti məhz sizin ücündür.
1.Uşaqla münasibətdə pozitiv modelə üstünlük verin. Onu layiq olduğu hərhərəkətinə görə tərifləyin, uğurlarını vurğulayın. Bu uşaqda öz gücünə inam yaradacaq.