Həyat qarma-qarışıqdır deyə düşünənlər var. Əslində isə həyat çox sadədir. Qarma-qarışıq olan insanın öz psixoloji halı və düşücələridir. İnsan həyatdan nə istədiyini bilərək yaşamalı və hər anına şükr etməlidir. Əks halda həyatın onun üçün heç bir mənası olmayacaq. Yaşarkən önümüzə çıxan çox bəsit, amma cavabını tapmaqda zamanla çətinlik çəkdiyimiz suallar olur. Çoxları asanlıqla bu suallara təsirli cavab verə bildiyi halda, bir çoxları da bu suallar qarşısında aciz qalırlar. Gəlin, o suallardan bəzilərinə uşaqların gözü ilə baxaq. Dünyaya uşaqların pəncərəsindən baxaq, görək, onlar bizim bu həyatımız barədə nələr düşünürlər. Aparılan bir təcrübə zamanı uşaqlara bir sıra böyüklərin cavabını tapmaqda çətinlik çəkdiyi suallar verilib. Onlar isə kiçik beyinləri ilə çox maraqlı və gözəl cavablar veriblər. Verilən cavablara nəzər salarkən hər uşağın, həqiqətən də, öz yaşadığı ailəni, yaşağıdı ətraf mühiti əks etdirdiyinin şahidi olacaqsınız. Elə isə buyurun, verilən suallar və cavablara nəzər salın.
Ailə quracağın adamın kim olacağına necə qərar verərsən?
- Səninlə eyni şeyləri sevən birini tapmalısan. Məsələn, sən idmanı sevirsənsə, o da idmanı sevməlidir amma çipsini də yeməlidir. (Alan, 10 yaş)
- Əslində heç kim böyüməmişdən əvvəl kiminlə ailə quracağına qərar verə bilməz. Hər şeydən əvvəl Allah bunu qərarlaşdırır. Sonra da sən özün o adamı axtarıb tapmalısan. (Kirsten, 10 yaş)
Ailə qurmaq üçün uyğun olan yaş hansıdır?
- 23 yaş ən yaxşı yaşdır. Çünki o yaşacan sonsuza qədər birlikdə olmaq istədiyin adamı tapa bilərsən. (Kamilla, 10 yaş)
- Heç bir yaş evlənmək üçün uyğun deyil. Evlənmək üçün axmaq olmalısan. (Freddi, 6 yaş)
- 58! Ona görə ki, artıq işləməyinə gərək yoxdur və vaxtını bir-birinizi sevməyə sərf edə bilərsən. (Karolin, 8 yaş)
- Bu bağçanı hələ bitirim. Onda özümə bir arvad axtaracam. (Bert, 5 yaş)
Kənardan baxan biri iki adamın evli olduğunu necə başa düşə bilər?
- Evli adamlar, adətən, başqaları ilə danışanda xoşbəxt görünürlər. (Eddi, 6 yaş)
- Əgər eyni uşağın üstünə qışqırırlarsa, demək, evlidirlər. (Derik, 8 yaş)
Atanla ananın ortaq bir yönü varmı?
- Hə var, ikisi də çox uşaq istəmir. (Lori, 8 yaş)
Qızla oğlan görüşəndə nə edir?
- Görüşlər yaxşı zaman keçirmək üçündür. İnsanlar görüşdükləri vaxt bir-birlərini tanımalıdır. Yetərincə uzun qulaq assan, kişilərin belə paylaşacağı şeyləri olacaq. (Linet, 8 yaş)
- İlk görüşdə adamlar bir-birinə yalanlar deyərlər. Çünki ikinci dəfə görüşmək üçün qarşı tərəfin diqqətini çəkmək istəyərlər. (Martin, 10 yaş)
Tutalım ki, ilk görüşün çox pis keçib. Nə edərsən?
- Tez evə qaçaram və ölü təqlidi edərəm. Ertəsi gün qəzet redaksiyalarına zəng edərəm və ölüm elanlarında haqqımda yazıldığına əmin olaram. (Kreiq, 9 yaş)
Birini öpmək üçün ən uyğun vaxt hansı vaxtdır?
- Varlı olduğun zaman. (Pam, 7 yaş)
- Qanun deyir ki, 18 yaşdan sonra. Mən də bununla bağlı bir problemim yaranmağını istəmirəm. (Curt, 7 yaş)
- Qanun budur: kimisə öpsən, sonra onunla evlənməyin və ata olmağın lazımdır. Atıla biləcək ən doğru addım budur. (Hovard, 8 yaş)
- Əgər anandırsa, istədiyin vaxt öpə bilərsən. Yox başqa biridirsə, onda əvvəlcə ondan icazə almalısan. (Roger, 8 yaş )
- Belə şeylər başımı ağrıdır. Mən sadəcə uşağam və belə şeylərlə məşğul olmaq istəmirəm. (Vill, 7 yaş)
Evli olmaq yaxşıdır, yoxsa subay?
- Qadınlar üçün subay olmaq yaxşıdır, amma kişilər üçün yox. Çünki kişilərin arxasınca tökdüklərin yığışdıran lazımdır. (Anita, 9 yaş)
- Subay olmaq yaxşıdır. Səbəbi isə sadədir: uşaq bezi dəyişdirmək istəmirəm. Təbii ki, ailə qursam, bir fincan qəhvə içmək və uşağın bezini dəyişdirməyi üçün anamı çağıraram. (Kirsten, 10 yaş)
İnsanlar evlənməsəydi, dünya necə bir yer olardı?
- Orası dəqiqdir ki, bu qədər uşağın necə yarandığı sualına cavab tapa bilməzdik. (Kelvin, 8 yaş)
- Bundan əmin olar bilərsiniz ki, oğlanlar elə indiki kimi arxamızca sürünərdir. (Roberta, 7 yaş)
Evliliyi uzunömürlü etmək üçün nə etmək lazımdır?
- Arvadın kamaz kimi görünsə də, ona daim gözəl olduğunu deməlisən. (Riki, 10 yaş)
Ailə tam olaraq nə deməkdir?
- Ailə odur ki, sevdiyin qızı ailəsinə geri vermədən özündə saxlaya bilərsən. (Erik, 6 yaşı)
Niyə eşq iki özəl insanın arasında olur?
- Çilləri olan biri var və o da çilləri olan bir başqasın tapır. (Endri, 6 yaş)
- Heç kim bunun səbəbini bilmir. Amma eşitmişəm ki, bu ətrinlə əlaqəli bir şeydir. Ona görə də ətirlər çox məşhurdur. (Maya, 9 yaş)
- Deyəsən, ox ya da onun kimi bir şeylər vurulmalısan. Amma sonrası ağrılı olmur. (Manuel, 8 yaş)
Gözəl olmağın eşqdə əhəmiyyəti varmı?
- Əgər ailəndən olmayan biri tərəfindən sevilmək istəyirsənsə, gözəl olmaqdan zərər gəlməz. (C.Anita, 8 yaş)
- Bu hər zaman gözəlliklə əlaqəli olmur. Misal üçün, mənə bax. Gözəl olmağıma baxmayaraq hələ də indiyə qədər evlənəcəyim qızı tapa bilməmişəm. (Brian, 7 yaş)
- Əsl gözəllik insanın daxilindədir. Amma zəngin olmaq da yaxşıdır. (Kristina, 9 yaş)