Qadin.NET / Uşaqlara çeynəməyi necə öyrədək?

Uşaqlara çeynəməyi necə öyrədək?

Uşağa nəinki qaşıqdan və stəkandan istifadə etməyi öyrətmək, onu təzə yeməklərə alışdırmaq, həm də ona yeməyi çeynəməyi də öyrətmək lazımdır. Bunu müəyyən plan üzrə öyrətmək lazımdır, çünki bəzi uşaqlar çeynəməyi çətin vərdiş edirlər. Bir çox uşaqlar dişlərinin hamısının çıxmasına baxmayaraq ancaq əzilmiş yeməyi xoşlayırlar. Bəzi uşaqlar məktəb yaşına çatana qədər çeynəmək lazım gələn yeməyi yemirlər, yaxud onu çeynəmədən udurlar. Lakin biz valideynlər övladlarımıza bu işdə kömək etməliyik.

Uşaqlara çeynəməyi necə öyrədək?

Uşaq 7-8 aylıqda qarnıüstə çevrilə bilirsə və bu vəziyyətdə uzana bilirsə, ona çeynəməyə çörəyin qabığını vermək olar. Əvvəlcə çörəyin qabığını çörəyin içi ilə birlikdə vermək lazımdır. Uşaqların çoxu diş çıxıb-çıxmamasından asılı olmayaraq çörəyin qabığını əlinə götürüb sorur və çeynəyir. Çörək qabığı verilən südəmər uşağa yumşaq meyvələrdən də kəsib vermək olar (məs: armud, yumşaq gavalı, banan).

Uşaqlara çeynəməyi necə öyrədək?

9-10 aylıq uşağa almanı kəsib vermək olar. Bu irəliyə atılan daha bir addım olar, çünki alma çörək və ya armud kimi ağızda asan əzilmir, onu tez-tez çeynəmək lazım gəlir. Südəmər uşağa almanın qabığını soyub bütöv şəkildə vermək daha məsləhətlidir.

Uşağın 4 azı dişi çıxdıqda tərəvəzi doğrayıb vermək olar, o bu dişləri ilə sıyıq yeməyi çeynəyir. 

Uşağa birdən-birə sıyıq yeməyi tikə-tikə doğranmış yeməklə əvəz etmək olmaz, belə ki, çox vaxt uşaq dişi çıxmış olsa belə, bu cür yeməyi yemir. 

Bəzi analar əzilmiş yeməyi tədricən çəngəllə əzilmiş yeməklə əvəz edib tikə yeməyə keçirlər, sonralar yeməyi getdikcə az əzirlər ki,

uşaq bu fərqi görməsin. Təzə keyfiyyətli yeməyə bu cür keçmək düzgün deyil.

Uşaqlara çeynəməyi necə öyrədək?

Uşaq əslində fərqi görmür və tərəvəzi çeynəmədən udur. Bu uşaqlar isə sonralar çox çətinliklə çeynəməyi vərdiş edirlər.

Tikələri çeynəmədən udan uşaqlar o biri uşaqlardan qat-qat çox yeyirlər, çünki yeməyin xeyli hissəsi həzm olunmayıb bağırsaqlardan çıxır, həmçinin, uşağın azı dişləri çıxana qədər ona tikə yemək verdikdə də belə olur.

2 yaşına yaxın əksər uşaqların qapalı diş sırası (ən azı 16 diş) əmələ gəlir: uşaq yumşaq çörəyi, bişmiş tərəvəzi və yumşaq meyvələri yaxşı çeynəyir. İndi ona çeynəməyə daha bərk şey (bərk alma sortları, çiy yerkökü, kələm və s.) vermək olar.

Uşaq bu yaşda əti də yaxşı çeynəyə bilər.

Uşağa yeməkdən sonra meyvə çeynəməyi öyrətmək daha yaxşıdır (şirniyyat əvəzinə). Çeynəmə prosesi dişləri möhkəmlədir: uşaq yeməkdən sonra meyvə yedikdə dişləri yemək qalığından təmizlənir.

Uşaqlara çeynəməyi necə öyrədək?

Yaxşı çeynəyən uşaqlar da qarağatı, göy noxudu və başqalarını bütöv udurlar. Çox vaxt 1,5–2 yaşında uşaqlar belə edirlər. Buna görə də hansı yeməyi əzilmiş halda və hansı yeməyi tikə-tikə verməyi qərara almamışdan əvvəl təkcə uşağın dişlərini saymaq kifayət deyil, onun nəcisinə baxıb hansı qidanı çeynədiyini, hansını isə çeynəməyib udduğunu təyin etmək lazımdır.

12 mart 2016
GO BACK