Qadin.NET / Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər(6 - 12 ay)

Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər(6 - 12 ay)

Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər(6 - 12 ay)

*Körpənizi yenə də tez-tez qucaqlaryın və ona sevgi dolu sözlər söyləyin.

*Klassik musiqilər dinlədin.

*Oyun küplərini üst-üstə düzüb, sonra devirin."Alt" və "Üst" qavramasını anlaması üçün ona ne etdiyinizi başa salın.

*Güzgünün qarşısında ona üzünün bölgələrini göstərməyə davam edin.

*Səbəb və nəticə bağlılığını ona başa salın.Məsələn,elektrik düyməsinə basınca işiq yanır və ya su kranını açınca su axır və s.

*Körpənizin başqa usaqlarla bir araya gəlməsinə şərait yaradın.

*Bir qabın içərisində top yuvarlayın.

*Hışırtılı səslər çıxaran əşyaları buruşdurun, bu tip səslər onun xoşuna gələcək.

*Qutu,qazan,plastik qablarla oynayın, kiçikləri böyüklərin içərisinə yerləşdirin və ağızlarını bağlayın.

*Jurnal və qəzetlərdən insan və əşya şəkilləri göstərin.

*Bir əşyanı dəsmal altında gizlədin və onu tapmasını söyləyin.

*Körpənizi dəyişkən yerlərdə gəzdirin və gördüklərinizdən ona da danışın.

*Ən sevdiyi oyuncaqları gizlədin və onu tapmasını istəyin.

*Körpənizə kağız və qələm verin və onlarla nələr edə biləcəyini öyrədin.

*Əllərinizlə alqış çalın və ondan təkrar etməsini istəyin.
10 noyabr 2009
GO BACK