Qadin.NET / Qış aylarında körpə gəzintisi

Qış aylarında körpə gəzintisi

Qış aylarında körpə gəzintisi

Körpənizi hər gün gəzintiyə çıxartmaq onun sağlamlığı üçün çox vacibdir. Lakin bir çox analar mənimlə razılaşar ki, qışın şaxtalı günlərində körpəmizi havaya çıxartmaqdan bəzən ehtiyat edirik. Bəs bu zaman körpənin təmiz hava ehtiyacını necə ödəməliyik?

Əgər körpəniz qış ayında dünyaya gəlibsə 1-2 ayından bashlayaraq gündə 5 dəqiqəlik təmiz havaya çıxartmalısınız. Bu halda sadəcə olaraq körpənizlə eyvana çıxmanız yetərlidir. Lakin bu zaman çöldəki havanın temperaturu 5 dərəcədən aşağı olmamalıdır. Çox soyuq havada körpənizin yatdığı otağın havasını dəyişməklə kifayətlənməlisiniz. 

Körpənizi 5-6 ayından başlayaraq açıq havaya çıxartmalısınız. Bu halda övladınızın geyiminə diqqət yetirin. Belə ki, nə çox qalın geyindirməyin ki, körpə tərləyərək soyuqlamasın, nə də ki, nazik geyindirməyin ki, şaxtadan donmasın. Üst geyim kimi içərisi pambıq və ya yundan olan kambinezonlardan istifadə edə bilərsiniz. Eyni zamanda geyim dar olmamalı, körpənin hərəkətinə maneə yaratmamalıdır. Qış gəzintisi zamanı körpənizin hərəkətlərinə fikir verin: əgər körpəniz narahatdırsa, ağlayırsa o zaman evə tələsin, əksinə sakitdirsə, ətrafı seyr edirsə və ya yatırsa o zaman gəzintini sonadək davam etdirə bilərsiniz.

24 fevral 2011
GO BACK