*Körpənizi qucaqlayın və sevgi dolu sözlər söyləyin.
*Körpənizlə tez-tez danışın, danışarkən gözlərinə baxın.
*Körpənizi adı ilə çağırın.
*Körpənizə şəkillər göstərin,bu yaşda körpələr daha çox görmə duyğusundan istifadə edirlər. Hətta daha da irəli getmək istəyən valideynlər bu yaşdan etibarən körpələrinə iri həcmdə A, O, U qalın səsli hərfləri də göstərə bilərlər, gələcək üçün çox faydası olacaq.
*Körpənizlə danışarkən oyuncaqları hərəkət etdirin. Hərəkət onun marağına səbəb olacaqdır.
*Körpənizin əl və ayaq barmaqları ilə oynamağınız çox önəmlidir, xüsusən də oynayarkən rəqəmləri sayın.
*Onun öz üzünü əlləri ilə araşdırmasına icazə verin.
*Yanıltmaclar və laylalar söyləyin,körpələr təkrarlardan xoşlanırlar.
*Fərqli şeylər görə bilməsi üçün körpənizi həyətə çıxarın və gördüyünüz şeylərin adını ona deyin.
*Körpənizi güzgünün qarşısına aparın və üzündəki bölgələri ona göstərin.
*Bəzən gülməli mimikalar və əyləncəli səslər çıxarın.
*Körpənizin oyuncaqları əlinə almasına və onları yerə atmasına icazə verin. Bu, onun fərqli səsləri, oyuncaqların düşməsini qavramasına və əllərinə nəzarət etməsinə səbəb olacaq.
*Taxta qaşıqlar və digər sadə alətlərlə ritmik səslər çıxarın. Körpənizi də bunu etməsinə cəsarətləndirin.