Qadin.NET / Uşaqlarla tətil

Uşaqlarla tətil

Uşaqlarla tətil
Həftə sonu gəldiyi zaman uşağlarınızın "Ana, bu həftə sonu nə edəcəyik? Çox darıxdım, bir yerlərə gedək!" kimi suallarından yorulmusunuzsa, onlar üçün şəhərdə edə biləcəyiniz ən gözəl fəaliyyətlər axtarırsınızsa, o zaman bu xəbər məhz sizin üçündür. Bu həftə sonu bir dəyişiklik edin və uşağınızı alış-veriş mərkəzinə aparmaq əvəzinə təbiətlə vəhdətdə ola biləcəyi fəaliyyətlərlə sevindirin. Budur, bütün ailənin birlikdə edə biləcəyi fəaliyyətlərlə tanış olun.
Şəhərdəki muzeyləri birlikdə kəşfə çıxın! Bakıda yaşayırsınızsa, muzeylərə gedə bilərsiniz və tarix dolu şəhəri bütün ailə ilə birlikdə gəzə bilərsiniz. İşə ilk olaraq uşağınızın xoşuna gələ biləcək yerləri seçməklə başlayın və həftə sonlarını mədəniyyət dolu bir fəaliyyətlə keçirin. Zamanla səfərə çıxan uşaqlar əldə etdikləri məlumatlarla fərqli bir gün keçirmiş olacaqlar.
Uşaqlarla tətil
Havaların gündən-günə gözəlləşməsi, gəzinti və təbiət qoynunda piknikin başlamasına imkan verir. Sərin payız günlərini ailənizlə birlikdə çıxdığınız gəzintilər və təbiət qoynunda piknik ilə qiymətləndirə bilərsiniz. Təbiətlə vəhdətdə olan uşaq bu vəziyyətdən həm həzz alacaq, həm də sizinlə əyləncəli bir həftə sonu keçirmiş olacaq. 
Uşağınızla edə biləcəyiniz möcüzəvi bir fəaliyyət də var: Çərpələng uçurtmaq. Küləkli günlər bu fəaliyyət üçün olduqca uyğundur. Uşağlığınızda çərpələng uçurduğunuz günlərdə nə qədər xoşbəxt olduğunuzu bir yadınıza salın. Bəs niyə uşağınız sizin kimi xoşbəxt olmasın?
Uşaqlarla tətil

Həftə sonu fəaliyyətinə bir az idman da qatmaq istəsəniz, ailəvi velosiped sürmək fikrini yaxşıca düşünüb bir qərar verin. Dəniz kənarı park bütün ailənizin rahatlıqla velosipedə minə biləcəyi məkandır. Bu fəaliyyətə bir az daha əyləncə qatmaq üçün velosiped turunu dayandıraraq bir dondurma yeyib kefinizə kef qata bilərsiniz. Velosiped, əyləncə və dondurma ... Uşaqlar bundan başqa nə istəyər ki?


24 mart 2016
GO BACK