Bilirəm ki, bütün Anaları körpəsinin düzgün qidalanması, ona nəyin xeyirli, nəyin zərərli olduğunu bilmək daim maraqlandırıb. Ona görə çox savadlı və tanıyıb etibar etdiyim bir pediatrdan hər aylıq qida rejimini almışam.Sizlərlə də paylaşmaq istədim. Bəlkə yeni ana olanlara lazım olar.
- 1-2 ayına qədər ana südü ilə qidalandırmaq (ehtiyac duyulduqda süd qarışığı ilə (smeslə) )
- 2-4 ayından süd və gün ərzində 1 çay qaşığından başlayaraq 30 ml qədər alma və ya kök soku
4 ayından
- Süd 90 ml gün ərzində - 6 dəfə 150 ml
- Yumurtanın sarısının 1/4-i - həftədə 2 dəfə
- Meyvə püresi 30 qr - banan və alma
- Tərəvəz püresi 30 qr - çuğundur,kök,kartof, gül kələmi
- Düyü və qarabaşaq kaşası 1 balaca kasa gündə 2 dəfə
- Sok 50 qr- alma və kök
- Evdə hazırlanmış kəsmik 30 qr
İnşallah yeni analara bu məlumat kömək olar.Mən balamı belə böyüdürəm.Bütün analara sağlam körpə arzu edirəm.