Qadin.NET / Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (0-4 ay)

Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (0-4 ay)

Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (0-4 ay)

0-4 aylıq körpənizə öyrədə biləcəyiniz beyin çalışdırıcı fəaliyyətlər aşağıdakılardır:

1. Körpənizə yüngül rahatladıcı massaj edin.
2. Gərilmə hərəkətləri etdirin, qolları, ayaqları yavaşca tərpədin. İlk başlanğıcda təmamilə hərəkət etdirmək ağrılı ola bilər, yumşaq hərəkətləriniz həm onun, həm də sizin üçün əyləncəli olar.
3. Körpənizi gəzdirirkən və ya altını dəyişirkən onunla danışın. Etdiyiniz hər bir işi ona deyin. Danışdığınız dili və necə danışdığınızı bu yolla öyrənəcəkdir. Nəsrəddin Tusi necə demişdir : "Ata-ananın övlada məhəbbəti təbii,övladın ata-anaya məhəbbəti isə iradidir".

Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (0-4 ay)

4. Bəzi ana və atalar həyəcanlı şəkildə yüksək səslə danışmağa üstünlük verirlər, bu, dil bacarıqlarını sürətli öyrənməyə kömək edir.

Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (0-4 ay)

5. "Cic-ci" oyunu körpənizin üzləri tanımasına kömək edəcəkdir. Bunun üçün üzünüzü bir dəsmalla örtün, bir qədər gözləyin, sonra "cic-ci" deyin.

6. Yarım saatdan bir körpənizin vəziyyətini dəyişin, üzü üstə, arxası üstə uzadın, qucağınıza alıb otaqları gəzdirin, belə halda körpə ətrafı kəşf etməyə imkan tapacaq. smile

Körpələr üçün beyin çalışdırıcı fəaliyyətlər (0-4 ay)

7. Körpəyə toxunması üçün fərqli parçalar verin, ipək, sintetik, qalın parçalar və s.
8. Körpəni arxası üstə yatızdıranda başının üstündən 35-40 sm hündürlükdə rəngli, yumşaq oyuncaqlar asın, yaxşı olar ki, bu oyuncaqlar hərəkət etsin və musiqi də səslənsin. Bu, körpəni əyləndirəcək. Amma hər bir işi görərkən həddindən artıq abartmayın. Bir Çin atalar sözündə deyilir ki , "Uşağı həddən artıq əzizləmək onu fəlakətə hazırlamaq deməkdir ".

9. Körpənizə mahnı oxuyun. music

10. Körpənizə sadə şəkilli kitablar göstərin. Kitabın səhifələri parlaq rəngli olmalı və üstündə 3-4 obyektdən çox şəkil olmamalıdır.

Sonda hər birimiz bilməliyik ki, uşaq xəyalların, arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir. 

10 iyul 2013
GO BACK