2. Kənarlaşdırmaq. Uşağınızı "kaş ki doğulmasaydın, sənin yerinə bir daş doğsaydım, heç kim səni sevmir" və bənzəri sözlərlə özünüzdən kənarlaşdırsanız , bu sizin içinizdəki ona qarşı hiss etdiyiniz yersiz və şüursuz nifrət və ya kin duyğusunu göstərir. Uşağın inanması lazım olan budur: Hər nə olursa olsun anam və atam məni sevirlər. Hər gün onu sevdiyinizi, ona söyləyin. Onun, buna, gözləmədiyiniz qədər ehtiyacı var.
3. Günahlandırmaq. Ən kiçik bir problemdə uşağı günahkar göstərmək yetkin və ağlı başında bir insana yaraşmayan bir davranışdır. Siz artıq ana və ya atasınız, məsuliyyətləriniz var və artıq on beş yaşlı bir gənc kimi davranmamalısınız. Yoldaşınızla mübahisə edib uşağınıza "bunların hamısı sənə görə olur, bilirsənmi?" Sən doğulmadan əvvəl heç belə şeylər başımıza gəlmirdi" deyirsiniz. Sizcə uşağınız bu anda nə hiss edir? Görəsən bu uşaq xoşbəxt ola bilərmi? Həyatdan zövq ala bilərmi? Görəsən demədən xoşbəxt bir şəkildə başını sizin qucağınıza qoya bilərmi? Uşaqlar, ailədəki ən müdafiəsiz olanlardı və onları müdafiə vəzifəsi isə başda ana,ata olmaq üzrə ailədəki bütün fərdlərin vəzifəsidir. İndiyə qədər belə bir səhvə yol verdinizsə və bu səhvinizi düzəltmək istəyirsinizsə uşağınızdan üzr istəyərək başlaya bilərsiniz. "oğlum, üzr istəyirəm, o sözləri söyləyərkən çox əsəbi idim, nə dediyimin fərqində belə deyildim" deyərək ona qarşı bəslədiyiniz əsl duyğularınızın nə olduğunu açıqlaya bilərsiniz.
4. Yersiz istəklər. Uşaqlarından yersiz istəklər içində olan ana və atalar hər zaman uşaqlarına zərər vermişdirlər.Niyə bu rüb 4 aldın hamısı 5 olmalıydı, rüb birincisi olmalıydın ikinci deyil, Bu cümlələrin arxasındakı mesaj budur: "sən bacarıqsızsan". Yersiz istəklər hər zaman dağıdıcı olmuşdur. Edilməsi lazım olan doğru davranış tərzi isə uşağa davamlı ümid və cəsarət vermək və müvəffəqiyyətdəki mənfi enişi çox şişirtməməkdir. Məsələn belə deyə bilərsiniz: "afərin qızım çox gözəl bir rüb almış, nömrələrinin çoxu 5, bir dənə dörddən bir zərər gəlməz, sən əlindən gələni etdin, hamısının 5 olması lazım deyil və ya" "hər kəs səhv edə bilər, bir sonrakı dəfə daha gözəl edəcəyindən əminəm amma yenə də çox gözəl bir iş görmüsən."
5. Müqayisə. Başqa biriylə qarşılaşdırılmaq uşaqlardakı qısqanclıq duyğusunun qabarmasına səbəb olur. Başqalarıyla qarşılaşdırılmaq uşağın, özünü qeyri-kafi və gücsüz hiss etməsinə səbəb olur.Uşağınıza "bu işi qardaşın kimi bilmirsən" dediyinizdə onu bu işi daha yaxşı etməyə sövq etmirsiniz, əksinə, onun özünə olan etibarını itirirsiniz. Edilməsi lazım olan ən doğru iş, heç qarşılaşdırmamaqdır, bunu edə bilmirsinizsə ən azından bu şəkildə söyləyin: "qardaşın sənin yaşında sənin qədər yaxşı futbol oynayardı", "keçən ildən bu yana xeyli irəlilətib". 6. Utandırmaq. "Özündən utanmalısan, eynilə bir körpə kimi davranırsan", "bu kiçik pişik balasından qorxduğuna inana bilmirəm" Uşaqları bu cümlələrlə utandırdığınızda onları cesarətləndirmirsinz tam əksinə bu mövqedəki bir uşaq, özündə bir əksiklik olduğunu düşünməyə başlayır, özünü digər insanlardan daha kiçik və gücsüz hiss edir. Sizin bu davranışlarınız, onun, özünü rahat hiss etməməsinə gətirib çıxarır və onu bu qorxularla üzləşmək yerinə onlardan qaçmağa itələyir. Təəssüf ki, bir çox ana və ata uşaqlarındakı bir zəiflik nöqtələrinə fikir verib"məsələn yatağını islatmaq probleminə" uşaqlarının psixologiyasına mənfi istiqamətdə təsir edir və uşaqda çatışmamazlıq duyğusu oyandırırlar. 7.Qorxutmaq.
Uşağınızı qorxutmaq üçün qətiliklə etməyəcəyiniz bir şey deyirsiniz. Məsələn: "doğruyu deməzsən səni döyərəm, polis çağırıb səni həbsə saldıraram, səni burada buraxıb gedərəm". Təxmin etdiyiniz kimi bu cür təhdidlərin uşaqda oyandırdığı ilk duyğu qorxudur. Amma bu qorxunun, uşağınız üzərində buraxdığı təsir, təxmin etdiyinizdən çox fərqlidir, çünki siz yalnız bu təhditlərin nəticəsində uşağınıza etdirmək istədiyiniz şeyin ən qısa yolu ilə edildiyinə baxırsınız. Təxmin edə bilməyəcəyiniz kimi bu uşaq, özünü etibarsız bir mühitdə hiss edəcək və bütün enerjisini bu qorxularla boğuşmağa xərcləyəcək. Uşaqları xəbərdar etmək, edə biləcəyiniz ən doğru işdir. Məsələn: Qardaşını bir daha döyərsən onunla bir daha oynamayacaqsan ". Xəbərdarlıqla təhditin arasındakı fərq isə budur: xəbərdar edərkən "əgər" və "nəticə" arasında bir əlaqə quraraq məqbul bir cəzanı əvvəldən bildirib, uşaqdan, etdiyi səhvə son verməsini istəyirsiniz, amma təhditlə uşağı qorxudaraq heç etməyəcəyiniz bir işi görmüş olursunuz.
|