Bir çox valideyin fikirləşir ki, uşaq üçün 18 yaşa qədər şampun və sabun kifayət edir. Bu səhv düşüncə üzdə vaxtından əvvəl sızanaqların əmələ gəlməsinə, saçlarda yanıqların olmasına səbəb ola bilər. Qadağalar uşaqlarda öz üzərlərində müxtəlif eksperimentlərin aparılmasına maraq yaradır. Bulardan necə yayınmalı? Yeniyetmələrə özünəqulluq qaydalarını necə formalaşdırmalı?
Əgər balaca qız boyanıbsa, onu danlamağa tələsməyin. İcazə verin evdə istifadə etsin. Deyin ki, əgər o makiyajlı formada digər insanların qarşısına çıxsa, ona şübhəli biri kimi baxacalar və ata və ananı valideynlikdən məhrum edəcəklər. Əgər rəfiqələri müxtəlif tədbirlər üçün make-up etdirəcəklərsə, onu gözəllik salonuna göndərməyin, evdə etibar etdiyiniz kosmetik vasitələrlə özünüz bəzəyin.
Belə zənn etmək olar ki, uşaqların özünəqulluğu çimmək və əl-üz yumaqdan ibarətdir. Bu belə deyi! Yeniyetmə qızınıza neytral üz yuma geli alın və onu üzünün təmizliyinə diqqət etməsinə alışdırın. Bu onda vaxtsız sızanaqların yaranmasını əngəlləyəcək.
Ona heç bir əlavə vasitə lazım deyil deyib tək şampunla kifayətlənməyin, saçların rahat daranması üçün uşaqların saçlarına uyğun spreylər mövcuddur.
Uşaq parfumeriyası ayrı bir məsələdir. Niyə uşaq ətirləri istehsal edirlər? Uşaqlar ata və analarının etdiyi hər bir şeyi təkrar etməyə çalışırlar. Uşaqlar üçün nəzərdə tutulan ətirlərin tərkibində spirt və hipoallergenlər olmur. Mütləq ondan istifadə edin. Yox əgər məhz sizin ətri istifadə etmək niyyətindədirsə, o zaman ətri onun paltarına vurun.
Daha bir məsələ antipersperantdır. İndiki zamanda onu aliminium təbəqəsinə görə zərərli hesab edirlər. Ədər siz antipersperanta şübhə ilə yanaşırsınızsa, yeniyetmə tərinin qarşısına almaq üçün başqa yollar fikirləşin. Kvas və sadə mineral içkilərdən istifadə etsinlər. Antipersperant uşaqlara tamamilə lazım olmayan vasitədir.
Uşaqların kosmetikadan istifadəsinə qəti olaraq qadağa qoymayın. Onu ciddi şəkildə deyil, oyun formasında uşağa izah etməyə çalışın. Onun üçün kiçik kosmetik çanta seçin, ora uşaq kremi, tonlaşdırıcı balzam, xoş ətirli şampun və aromalı sabun qoyun. Uşağa əllərə niyə krem çəkdiyinizi və günəşdən qorunma vasitələrindən istifadə etdiyinizi izah edin. İlk sızanaqların çıxdığı vaxta kosmetolaqa müraciət edin.