Məktəbin başlama dövrü
Məktəbə başlama dövrü ən əhəmiyyətli keçiş dövrlərindən biridir və bu cür əhəmiyyətli dövrlərdə uşağların həmişəkindən daha çox maraq və sevgiyə ehtiyacları olduğunu yaddan çıxarmayın. Əlbəttə ki, uşaqların məktəbə başlamazdan əvvəl və məktəbə başladıqdan sonra ortaya çıxa biləcək reaksiyaları vardır. Evdən ilk məktəb ilinə keçid, təzə insanlara uyğunlaşma vaxt tələb edən bir vəziyyətdir. Çünki bu iki mühitin fiziki şərtləri, insan əlaqələri, təhsil yanaşmaları fərqlidir. Bu vəziyyət bəzi uşaqlarda uyğunlaşma problemlərinə, məktəbə qarşı istəksizlik və ya məktəb qorxusu kimi problemlərə yol aça bilir.
Uşağın məktəbə başladığında göstərəcəyi reaksiyaların nələrdən ibarət olacağı, nə qədər vaxt aparacağı uşaqdan-uşağa, əlbəttə ki, ailənin, məktəbin və müəllimin bunlar qarşısındakı rəftarı və yaxınlaşmasına görə dəyişəcək. Bütün bunlar da uşağın məktəbə öyrəşmə və uyğunlaşma prosesinə təsir edəcək. Uşaqların məktəbə başladıqdan sonra göstərəcəkləri reaksiyalar onların nə cür hazır olduqlarına və ümumi şəxsiyyət strukturlarına görə də dəyişəcək.
Yeniliklərə açıq, asan adaptasiya olan, ailədən-anadan ayrı qalmağı bacara bilən, etibarlı bir ailə həyatına sahib olan uşaq, tam tərsi hallara sahib olan uşaqlara nisbətlə məktəbə daha asan başlayırlar. Uşaqlarda bu dövrdə görülən reaksiyalar dörd ayrı qrupda toplana bilər.
Birinci qrupu hər cəhətdən asan adaptasiya olan və problemsiz bir şəkildə məktəbə başlayıb istəyərək və sevərək davam edən uşaqlar meydana gətirməkdədir.
İkinci qrupu ayrılıq, narahatlıq kimi səbəblərlə ilk aylarda məktəbə getmək istəmədikləri halda vaxt keçdikcə məktəbə adaptasiya olan uşaqlar meydana gətirməkdədir.
Üçüncü qrupu ən başdan məktəbə getmək istəməyən və bunu həmişə davam etdirən uşaqlar meydana gətirməkdədir.
Dördüncü qrupu isə çox istəyərək başlayıb, daha sonra öz nəzarəti xaricində və həmişə gedilməsi lazım olan bir yer olduğunu başa düşdükdə məktəbə getmək istəməyən uşaqlar meydana gətirməkdədir. Bu uşaqlar məktəbə bu qədər tez, davamlı və zəruri olaraq getmək vəziyyətində qalacağlarını gözləmədikləri üçün çox kədərlənərlər. Onlar məktəbə getməyə başlayacaqlar, yoldaşları ilə yaxşı vaxt keçirəcəklər, oynayacaqlar, müəllimləri də olacaq, amma sonra yenidən azad, qaydalarını həmişəki kimi olaraq özlərinin təyin etdiyini ev mühitinə qayıdacaqlarını, istədikləri vaxt məktəbə gedəcəklərini, istəmədikləri vaxt da getməyəcəklərini fikirləşmiş ola bilərlər, ancaq həqiqət, məktəb həyatı heç də gözlədikləri kimi deyil.
Uşaqlarınız məktəbə getməmək üçün müxtəlif bəhanələr gətirə bilərlər:
- Çox xəstəyəm.
- Məktəbdə darıxıram.
- Məktəbi sevmədim.
- Məktəbdə yemək yemək istəmirəm. Ona görə də məktəbə getməyəcəyəm.
- Məktəbdəki oyunları sevmədim, oynamaq istəmirəm.
- Sizlər yanımda deyilsiniz, mən də qalmaq istəmirəm.
- Niyə qardaşım getmir.
- Müəllimə mənimlə yaxşı davranmır.
- Yoldaşlarım mənimlə oynamır.
Əvvəllərdə yaşana biləcək problemlərin təbii olduğu yaddan çıxarılmamalı və uşaqların məktəbə getmək istəməməsi ilə əlaqədar bəhanələr gətirməsi unudulmamalıdır. Bu müddətdə uşağa qarşı anlayışlı olmalı və dəstəkləmək lazımdır. Dəstəkləmək deyəndə onun istədiyini etmək nəzərdə tutulmur.
Uşaqların məktəbə getmək istəməməsi ilə bağlı səbəblər bunlardır:
1. Ayrılıq narahatlığı.
2. Yeni təcrübələrlə baş çıxarma zəruriliyi.
3. Həqiqi olmayan sözlər.
4. Yalnızlıq hissi.
5. Zərərverici davranışlara məruz qalma qorxusu.
6. Uşağın doyurulmamış psixoloji ehtiyacları.
7. Məktəbdəki əlaqələrindəki ünsiyyət maneələri.
8. Müvəffəqiyyətsiz olma qorxusu.
9. Evdən ayrılmağa qarşı göstərdiyi etibarsızlıq hissi.
10. Doğuşdan əmələ gələn həddindən artıq həssaslıq, inciklik.
11. Utancaq, çəkingən, qorxaq olmaq.
Məktəbə öyrəşməkdə çətinlik çəkən uşaqlar, ümumiyyətlə, içində müvəffəqiyyət qorxusu olan, sakit, ailəsinə bağlı uşaqlardır.
Uşaqların həddindən artıq qoruyucu ana-atalar tərəfindən büyüdülmələri, hər istədikləri edilən uşaq olmaları, uşağın ailə içindəki bütün mövzulara qarışıb, qərarlarda təyinedici olması kimi səbəblər də məktəbə öyrənmə müddətini çətinləşdirən səbəblər ola bilər.
Məktəbdə riayət edilməsi lazım olan çox sayda qayda vardır. Həmişə ətrafında olan insanlar (ana-ata və s.) yoxdur.
Əzələ inkişafı baxımından fəaliyyətləri etmək çətin və yorucudur.
Məktəbə getmək üçün axşamlar tez yatması lazımdır. Bu problemləri ən aza düşürmək məqsədiylə uşağın məktəbə yaxşı hazırlanmış olması əhəmiyyətlidir.
Bu vəziyyətdə də uşağın məktəbi necə daha çox sevəcəyi, necə daha çox getmək istəyəcəyi bir yer halına gətirilib, necə daha cəlb olunmalı haqda düşünülməlidir.
Uşağın məktəbə öyrəşmə müddətini çətinləşdirən vəziyyətlər:
- Ailənin sinifə girməsi.
- Evə getdikdən sonra məktəb haqqında danışılması (Bu gün nələr oldu? və s.).
- Yemək yemə ilə əlaqədar içinizdə sıxıntıların olması.
- Müəllimənin rolu uşağa doğru başa salınmadıqda.
- Uşaq ayrılmaqda çətinlik çəkdiyi adam tərəfindən məktəbə gətirildiyi zaman.
- Böyüklər bədən dili ilə qayğını artırıcaq reaksiyalar verdiyi zaman.
- Uşağı dərsdən götürərkən "darıxdınmı" tipli sualların verilməsi.
- Ev mühitinin məktəbdən daha cazibədar olması.
- Xəstələnmə və ya tətil dövrləri səbəbi ilə uşağın məktəbdən uzaq qalması.
- Atanın xəstələnməsi və ya evdən ayrılması.
- Yerinə yetirilməyəcək vədlər vermək.
- "Mənim uşağım öyrəşə bilməz" formasında qurulan cümlələr.
- Məktəb ilə əlaqədar səhv məlumatlar vermək (Məktəbdə həmişə oyun oynayacaqsan.).
- Məktəbə öyrəşməyini çətinləşdirəcək ailədaxili söhbətlər (Uşağın yanında edilən söhbət).
- Uşaq ilə telefonda danışmaq istəyi (Ağlamayan uşağın ağlamağa başlamasına səbəb ola bilər.).
- Sağlamlıq problemi olan uşaqların ailələrinin həmişə uşağın yanında qalmaq istəkləri.
- Evdə uşağı müəllimlər ilə qorxutmaq (Yeməyini yeməsən, müəlliminə deyəcəyəm).
- Ayrılma müddətində ananın romantik davranması, ağlaması.
- Məktəbin ilk günü böyük bir ailə qrupu ilə məktəbə gəlmək.
- Uşağın məktəbə nizamlı gətirilməməsi.
- Uşağın yanında məktəbi və müəllimi haqqında mənfi danışılması.
- Ailənin qərar verilən müddətdə gəlməməsi.
- Ailə fərdlərinin məktəbə öyrəşmə müddətində fərqli fikirlər bildirməsi.
Uşaqların məktəbə getmək istəməmələri ilə əlaqədar fikirləri nə olursa, olsun əvvəl qulaq asılmalıdır. Yaşadıqlarının normal və müvəqqəti olduğunu, əlbəttə ki, uşaq bilə bilməz, amma ana-ata və müəllimlər bunu bilirlər.
Əlbəttə ki, məktəbə başladıqdan sonra müəyyən bir zaman öyrəşmə və uyğunlaşma müddətidir. Bu vəziyyətin yetkinlər tərəfindən qəbulu əhəmiyyətlidir. Bu müddətdə ailələrin və müəllimlərin sahib olduğu müsbət yanaşmadan əlavə uşağın əməl etməsi lazım olan qaydaların olması çox əhəmiyyətlidir. Uşaqlar ilə olan ünsiyyətdə qərarlı və tutarlı olmalıdırlar.
"Nə edək, bu dəfəlik belə olsun, çox yalvardı, amma heç getmək istəmir" yanaşması ilə uşaqların getmək istəməməsini artırmaq və bir də "yaxşı, getmə, o zaman birlikdə çox sevdiyin, istədiyin bir şeylər edərik" deyilməsi də məktəbin, həmişə daha az gedilməsi istənilən bir yer olmasını təmin edəcək. Ailənin öhdəsinə düşən bu mərhələdə uşağa məktəbə niyə getmək məcburiyyətində olduğu və məktəbin ona indi və gələcəkdə nələr verəcəyi, əgər məktəbə getməzsə, bu vəziyyətin özü üçün irəlidə nələrə yol açacağı qəti, qısa və sadə bir dillə izah edilməlidir. Uşaq ailənin bu mövzudakı fikrinin qərarlı və tutarlı olduğunu hiss etməlidir.
Həm də bu yaşda uşağın zaman anlayışı hələ inkişaf etməmiş ola bilər. "Axşama səni götürməyə gələcəyik" şəklindəki bir fikir uşağı rahatlatmaya bilər. Görüləcək fəaliyyətləri göstərən 5 ədəd kart sinifdən asıla bilər. Uşaqlara bu kartlardakı tədbirlər qutardıqdan sonra evə gedəcəkləri deyilə bilər. Bu kimi tətbiqlər uşağların müəllimə və mühitə inanmağını təmin edəcək.
Ailələr uşağlarına aşağıdakı ifadələri deməkdən çəkinməlidir:
- Əgər ağlasan, gedəcəyəm.
- Ağlasan, səni burada tək buraxıb gedərəm.
- Burada ağlayası nə var. Bax, heç kim sənin kimi ağlamır.
- Kimsəyə özünü sevdirməz, çox tərsdir.
- Məktəbə getmək məcburiyyətindəsən, evdə tək qala bilməzsən.
- Sən artıq böyüyübsən. Uşaqlar ağlayar.
- Ərköyünlük edirsən. Hər gün gəldiyin yerdi da, niyə ağlayırsan ki?
- Ağlamadan sinfinə get, axşama nə almağımı istəyirsən?
- Ağlama, sonra sənə "ağlağan uşaq" deyərlər.
- Ağlayanda nə qədər də gülünc olursan.
- Ağlasan, axşam gəlib səni götürməyəcəyəm.
- Ağlama səsi eşitmək istəmirəm.
- Belə davransan, bu məktəbdə heç kim səni sevməz.
- Bu gün qal, sabah gəlməzsən.
- Sən yəqin məktəbə öyrəşməyəcəksən.
- Yoldaşların səni sevmədi?
- Müəllimin səninlə yaxşı davrandı?
P.S. Övladlarnıza hər zaman sevgi ilə yanaşın.