Qadin.NET / Ana olmaq asandır, bəs sonra?

Ana olmaq asandır, bəs sonra?

Ana olmaq asandır, bəs sonra?

Yenicə dünyaya göz açmış uşaq, sözsüz ki, nəyin doğru, nəyin yanlış olduğunu bilmir. Bunun üçün valideynlərin, əsas da ananın bəzi şeyləri bilməsi vacibdir. Bu, uşağın gələcəyi üçün çox önəmlidir.
1. Təzə doğulmuş körpəni ilk doğuş nəcisi çıxmamışdan öncə yedirtmək olmaz (təxmini 24 saatdan sonra).
2. Yeməkdən sonra körpəni sağ böyrü üstə qoyun. Çünki südəmər uşaqlarda qaraciyər təxmini qarının yarısını tutur. Əgər körpəni sol böyrü üstə qoysanız, qaraciyər mədəyə təzyiq edəcək və bu da uşağın narahatlığına səbəb olacaq. Ürəkbulanma və hıcqırıq verəcək. (böyüklərdə qaraciyər bədənin 0,027%-ni təşkil edirsə, körpələrdə bu rəqəm 0,042%-dir).
3. Uşağı qucaqda və ya beşikdə olmasından asılı olmayaraq yırğalamaq olmaz.
4. Yenicə doğulmuş körpəni 2-3 həftə işığa çıxarmaq olmaz. Bundan əlavə, uşaq çarpayısını qaranlıq yerdə saxlamaq lazımdır, çünki işıq narahatlıqla yanaşı göz xəstəliyi də yarada bilər.

Ana olmaq asandır, bəs sonra?

5. Uşağı eyni qolda (adətən sol qolda) saxlamaq olmaz. Bu zaman uşağın sol qolu daha yaxşı inkişaf edəcək (çünki hərəkətdə azaddır).
6. Körpəyə əmzik vermək, əmzik olmadıqda barmağını sormağa icazə vermək olmaz. Bu, çıxacaq dişlərin formasına təsir edir, onlar qabağa doğru əyilir, bütün bunlar dodaqların formasını da dəyişir.
7. Uşağı erkən vaxtdan yeriməyə məcbur etmək olmaz. Bu, bərkiməyən ayaqların əyilməsinə səbəb ola bilər.
8. Vaxtından əvvəl danışdırmaq və daha çox söz öyrətmək olmaz. Bu, gələcəkdə nitqdə və əsəb sistemində problemlərə səbəb olur.
9. Körpəyə ipək parçadan paltar geyindirmək olmaz, çünki ipək hava mübadiləsinə mane olur. Hava paltardan rahat keçməli və buxarlanma da bədənin ətrafında yığılmamalıdır. 

Ana olmaq asandır, bəs sonra?

10. Südəmər vaxtdan körpəyə anasının və ya qucağında saxladığı kimsənin üzünə vurmağa və ya böyüklərin üzünə gülməyə icazə verməyin. Bununla uşağı davaya sövq etmiş oluruq.
11. Uşağın həşərat, bitki, quş və heyvanlara olan münasibətinə diqqət yetirmək lazımdır. Əgər onları öldürür, quşların qanadlarını qırır, bitkiləri məhv edir, pişiklərin quyruğunu yandırırsa, bu, gələcəkdə başqalarına əzab verməni formalaşdırır. Uşağı rəhmsiz edir. Bütün bunlar valideynlərə qarşı da çevrilmiş olur.
12. Südəmər vaxtlardan uşaqları spirtli içkilərə öyrəşdirmək qadağandır. "Bir qədəhlə ona heç nə olmaz" və ya "Bu onu daha da bərkidir" sözləri isə bir müddət sonra uşağın spirtli içkilərə olan marağı ilə nəticələnə bilər.

3 sentyabr 2013
GO BACK