Qadin.NET / Uşaqların sosial-psixoloji inkişafı-24

Uşaqların sosial-psixoloji inkişafı-24

 

Uşaqların sosial-psixoloji inkişafı-24

 

Uşaq və yeniyetmələrdə davranış pozuntuları

Diqqət çatışmazlığı və hiperaktivlik

Diqqət çatışmazlığı və hiperaktiv pozulma insanda yaş və inkişafına uyğun olmayan ifrat hərəkətlilik, istəklərinə hakim ola bilməmək və diqqət problemlərini özündə göstərən psixoloji gərginlikdir. Belə bir psixoloji gərginliyə uşaq və yeniyetmələrdə də rast gəlmək olur. Göründüyü kimi, bu problem ailədə və məktəbdə daha tez özünü büruzə verir. Gəlin, bu problemin psixoloji xüsusiyyətləri ilə yaxından tanış olaq. Müasir dövrdə diqqət çatışmazlığı nəinki uşaqlıq dövründə, həmçinin insanın sonrakı yaş dövrlərində də müşahidə olunur. Buna müxtəlif cəmiyyətlərdə, insanların aktiv iş fəaliyyətində, insanların bir‐birilə münasibətlərində rast gəlirik ki, bu məsələyə diqqət verilməsi və bu narahatlığın aradan qaldırılması vacibdir. Diqqət çatışmazlığını müəyyənləşdirib onun vaxtında qarşısını almaq üçün səy göstərilmədikdə bu, həmin insanların qarşısına təhsil və iş prosesində uyğun problemlərin çıxmasına səbəb ola bilər.

Xüsusiyyətləri

DÇHP‐in (diqqət çatışmazlığı və hiperaktiv pozulma) əsas xüsusiyyəti, sabit və davamlı diqqətsizliyin olması və daimi hərəkətlilikdir. Yeriməyə təzə başlayan bir və ya ikiyaşlı uşağın çox hərəkətdə olması uşağın inkişafında gözlənilən haldır. Amma on bir yaşında uşağın sinifdə 10‐15 dəqiqə belə otura bilməməsi onun inkişafında gözlənilməz haldır. Lakin ayrı‐ayrı hallarda bu kimi hərəkətlər edən uşağa bu problem aid edilə bilməz. Aid olma mərhələsində deyilənlər daha çox və ya müxtəlif halda ola bilər, sadəcə, unutqan və ya dostlarına qarşı dürüst olmaq bu çatışmazlığa uyğun sayıla bilməz.

Problemi daha dərindən araşdırarkən onun nə qədər böyük problem olduğunu görmüş oluruq. DÇHP problemi üçün uşağın inkişaf müddəti, tibbi vəziyyəti, DÇHP‐in ailədəki vəziyyəti, elmi məlumatı haqqında, sosialiqtisadi və psixoloji xüsusiyyətlər, uşağın və valideynlərin birlikdə nəzarət etməsi, test və müayinələrin edilməsi ən başlıca məsələlərdir. Problemin çox hissəsinin eyni xüsusiyyətlərə malik olmasına baxmayaraq, uşaq və yeniyetmələr üçün müalicə müddəti fərqli ola bilir. Uşaq və yeniyetmələrdə müşahidə olunan DÇHP hallarının aşağıdakı şəkildə göstərmək olar.

– Çox danışan və səs‐küylü olurlar.

– Ailə içində bu problemin olması normal əhaliyə görə daha çoxdur.

– Ana‐atalarında spirtli içkilərə hərislik, xüsusilə də psixi və depressiv hallar daha çox müşahidə olunur.

– Boyu və çəkisi yaşına görə az olur.

– Dözümlü olurlar.

– Xırdaçı və həssas olurlar.

– Xətləri pis olur. Sinifdəqalma ehtimalı normal uşaqlardan daha çox olur.

– Mərkəzi sinir sistemi daha az inkişaf edib.

– Fərdi olaraq istifadə olunan İQ testlərində zehni inkişaf olduğundan tənbəllikdir.

 

Uşaqların sosial-psixoloji inkişafı-24

 

 

– Daha çox oğlan uşaqlarında bu xüsusiyyətlərə rast gəlinir.

Uşaqlıq vaxtlarında dəcəl olanların hamısına rəftar və davranışlarındakı psixoloji xüsusiyyətlərə görə hiperaktiv adı verib onlara problem kimi yanaşmaq düzgün deyildir. Bu şəxslərdə, ən azı, yeddi xüsusiyyət özünü göstərməlidir.

– Ev tapşırıqlarında, digər fəaliyyətlərdə elementar səhvlər edir və üzərinə götürdüyü vəzifələrdə, yaxud da müxtəlif fəaliyyətlərdə diqqətli olmur və lazım olan şeyləri itirir (məsələn, oyuncaqlar, məktəb, ev tapşırıqları, qələmlər, kitablar və yaxud başqa dərs ləvazimatları);

– Birbaşa özü ilə danışıldığı zaman qulaq asmır kimi görünür.

– Təlimatları izləməyə hövsələsi çatmır.

– Üzərinə götürdüyü iş və məsuliyyətləri yerinə yetirməkdə çətinlik

– Uzun sürən zehni fəaliyyət tələb edən işlərdən imtina edir, bunları xoşlamır, yaxud belə işlərdə iştirak etməkdə həvəssiz olur.

– Diqqəti dağınıq olur.

– Gündəlik fəaliyyətlərində çox zaman yaddaşı zəif olur.

Yaranma səbəbləri

DÇHP irsi və fizioloji bir məfhumdur. Valideynlərin davranışı uşağın DÇHP davranışlarına, nəzarət bacarıqlarına təsir edə bilir. Bəzi araşdırmalar göstərir ki, hamilə vaxtı ananın yaşadığı psixoloji gərginlik, həyəcan, sıxıntılar, ailə içində sistematik qalmaqal və yaxud da ananın spirtli içkilər və narkotik maddələrdən istifadə etməsi dünyaya gələcək uşaqda DÇHPyə yol aça bilər.

DÇHP‐li uşaqların bir‐birindən heç bir fərqi yoxdur. Hər bir uşaq diqqətini bir yerə cəlb etməkdə və yerində oturmaqda çətinlik çəkir. Odur ki, bu problem 3‐7 yaş arasında başlayıbsa və onların yaşıdlarına nisbətən əlamətləri artıq və şiddətli olursa, bir çox vəziyyətdə eyni əlamətlər, davranışlar uşağın fizioloji və sosial həyatında vacib problemlərə yol açır. Lakin bunu bütün uşaqlara şamil etmək olmaz.

Əsasən ailədə və məktəbdə DÇHP‐li uşaqlar hərəkətlərində bir çox problemlər yaratdıqları zaman özlərini təqsirli bilmək yerinə, sadəcə üzr istəyib bəhanələr gətirməyi xoşlayırlar. Müalicənin psixi‐sosial tərəfi bu cür problemlərin qarşısını almaqla yanaşı, onların buraxdıqları kobud səhvlərin vərdişə çevrilməsinin qarşısını almaq üçündür. 87

 

Uşaqların sosial-psixoloji inkişafı-24

 

 

DÇHP-li uşaqlarda davranış xüsusiyyətləri

– Həddindən artıq hərəkətlidirlər;

– Sinifdə bir yerdə oturmur, tez‐tez yerlərini dəyişməyi xoşlayırlar, əl və ayaqlarını davamlı oynadırlar;

– Özbaşına qərar verməkdə çətinlik çəkirlər. Durmadan danışır, qışqırır, başqalarını bir işi gördükdə saxlayırlar;

– Nizamsız olduqları üçün əşyalarını, kitablarını, qələmlərini və oyuncaqlarını tez‐tez itirirlər;

– Tapşırıqların və fəaliyyətlərin təşkil edilməsində sıxıldıqları zaman çətinlik çəkirlər, dəftərlərinin başı‐sonu müəyyən deyil, çantalarını nizamlı bir şəkildə hazırlamazlar. Məktəbə aparılması lazım olan əşyaların çoxu çantasında yoxdur, ya da lazımsızlar vardır;

– İstəklərini təxirə sala bilmirlər;

– Soruşulan suallara, tamamlanmadan əvvəl cavab verməyə meyillidirlər;

– Yalan danışa və oğurluq edə bilərlər.

Sosial

– Dost tapmaqda və oyun oynamaqda çətinlik çəkirlər;

– Sinif içində, ailə və məktəbdəki qayda‐qanunlara tabe olmaqda çətinlik çəkirlər;

– Diqqətləri başqa bir yerdə olur, fikirlərini bir yerə cəmləyə bilmirlər;

– Başqalarına qarşı bir qədər kobud, hörmətsiz və diqqətsizdirlər.

Zəka

– Zəkaları normal, ya da normadan artıq olmasına baxmayaraq, ümumi dərs göstəriciləri aşağı olur. Çünki diqqət dağınıqlığı və çox hərəkətlilik uşağın dərs öyrənməsində çətinlik yaradır;

– Diqqətləri çox qısa olur, fikirləri tez dağılır. Ümumiyyətlə, başladıqları işi başa vurmağa çətinlik çəkirlər;

– Özlərinə verilən bir tapşırığı istədikləri kimi yerinə yetirə və ya bitirə bilmirlər. Bu çətinlik başqa səbəblərlə deyil, sadəcə diqqətsizliklə bağlıdır;

– Diqqətlərini lazım olan yerə yönəltmirlər;

– Zehin tələb edən işlərdən qaçırlar. İsrar edilərsə, daha böyük problemlər çıxara bilərlər;

– Gündəlik işlərində unutqandırlar. İstirahət saatlarını, əşyalarını, müəllimənin valideynlərə göndərdiyi mesajları yaddan çıxarırlar;

– İşlərini plansız, qaydasız və qarışıq bir şəkildə edirlər;

– Düşüncələri inkişaf etməyib. Davranışlarının sonunu dəyərləndirmirlər.

Fiziki

– Sümük inkişafı geri qala bilər;

– Orta qulaq iltihabı, üst tənəffüs yolu infeksiyası ola bilər;

– Sidik qaçırma ola bilər;

– Allergiyalar ola bilər;

– Mühərrik koordinasiyası zəif ola bilər;

– Yuxu müddətləri qısalar.

Qız uşaqlarında hiperaktivlik

Hiperaktivlik özünü qız və oğlan uşaqlarında fərqli şəkildə büruzə verir. Hiperaktivliyin pozulması cinsiyyətə görə fərqli əlamətlərə sahibdir. Xüsusilə qız uşaqlarında hiperaktivlik problemi olmadan belə diqqətsizlik, fikir dağınıqlığı ola bilər. Çünki çox vaxt bu hadisələr

qapalı, qaradinməz qız uşağında gizli qalır. Uşaq diqqətlərini toplamaqda çətinlik çəkir və bu xüsusiyyətin hiss olunması müəyyən zaman alır. Beləliklə də, çox qısa müddətdə diqqəti toplamağı, danışılan hər şeyə diqqətlə qulaq asmağı tələb edən məktəb mühiti onların qarşısına problemlər çıxarır. 

Qız uşağında hiperaktivliyin əlamətləri bunlardır: Qız uşaqlarında fikir dağınıqlığı (diqqət çatışmazlığı) və hiperaktivliyin əsas əlaməti, başqa uşaqlardan gözlənilməyən işlərin onlar tərəfindən baş verməsidir. Məsələn, hündür bir divardan tullana bilirlər. Hərəkətləri qeyri‐iradidir, həddindən artıq fəal olurlar. Təhlükəli oyunlara maraq göstərirlər. Qız uşaqlarının oynadıqları əsas oyunların əvəzinə futbol, oğru‐polis, atışma kimi oyunlar oynayırlar. Digər qız uşaqları ilə əlaqədə, münasibətlərdə ciddi problemləri vardır. Həmyaşıdları ilə əlaqədə kəskin reaksiyalar verir, gözlənilməz hərəkətlər edirlər. Amma bu xasiyyətdə olan qız uşaqlarında cinsi mənsubiyyət ilə bağlı heç bir problem yoxdur. Hətta çox incə, nəzakətli, xanım kimi də ola bilirlər.

Bu tip problemi olan uşaqlar oyun oynadıqda isə, hər zaman aparıcı olmaq istədiklərinə görə problemlərlə qarşılaşırlar. Bu qız uşaqları yetkinlik dövrlərində də çox hünərli olurlar. Bu da yetkinlik dövründə riskli hərəkətlər etmələri ehtimalını artırır. Küçə oyunlarına çox həvəsli, əsasən oğlanlarla dostluq etmək, evə gec gəlmək kimi xüsusiyyətlərə və “heç kim mənə heç nə edə bilməz” kimi düşüncəyə

sahib olurlar.

Diqqət çatışmazlığının müsbət və mənfi cəhətləri

Uşaq hər iki imtahana eyni şəkildə hazırlaşdığı halda birindən 5, digərindən 3 qiymət alır. Burada, elə bil, uşağın beyni ikinci imtahanda tətilə çıxmış kimidir. Həm ailə üzvləri, həm də məktəbdəki müəllimlər uşağın əldə etdiyi bu nəticələr qarşısında heyrət edirlər. Kompyuter oyunlarına böyük həvəs göstərir və diqqətlərini bir nöqtədən digərinə keçirməkdə çətinlik çəkirlər. Onlar məktəbdə dərsi dinləməkdə eyni həvəsi göstərə bilmirlər. Bəzi uşaqlarsa dərs prosesində qanunları pozmadan yerlərində oturur, xəyallara dalır və səssiz olurlar. Ailələr uşaqlarının tənhalıqlarından və səssizliklərindən narahat olurlar. Xüsusilə, qızlar bu uşaq tiplərinə aid olub,

tənbəl, depressiv və xəyalpərəst olurlar.

Çox zaman diqqət çatışmazlığı olan uşaqlar ətraflarında baş verən proseslərdən xəbərdar deyillər. Bu uşaqlar çox vaxt səssiz olur, özlərini idarə edə bilmir və kənar şəxslərin köməyinə ehtiyacları olur.

Hüseyn Xəlilov

10 noyabr 2014
GO BACK