Qadin.NET / Uşaqların sosial-psixoloji inkişafı-18

Uşaqların sosial-psixoloji inkişafı-18

Uşaqların sosial-psixoloji inkişafı-18

Uşaqlıq dövrü davranış problemləri

Barmaq əmmək

Barmaq əmmək körpəlikdən 3‐4 yaşlarına qədər sağlam uşaqlara xas olan bir adətdir. Körpələrin çoxu baş barmaq, yaxud da digər barmaqlarını əmirlər. Ziyansız bir davranış olan barmaq əmmənin körpələrdə rast gəlinməsinin başlıca səbəbi onların bunu ana bətnində ikən öyrənmələri və doğuşdan sahib olduqları ən güclü vərdişlərdən və reflekslərdən biri olmasıdır. Belə ki, təzə doğulan bəzi körpələrin barmaq, ya da biləklərində rast gəlinən qabarcıqlar bunun nəticəsidir. Anaların çoxu barmaq əmmənin aclıqdan qaynaqlandığını düşünürlər. Halbuki, elmi araşdırmaların 50‐87%‐i barmaq əmməni bununla əlaqələndirmir.

1 yaşlı uşaqların yarısı barmaqlarını əmirlər. 9 aydan etibarən yuxu ilə barmaq əmmə arasında yaxın bir əlaqənin olduğu, yuxusu gələn bir körpənin barmağını ağzına apardığı nəzərə çarpır. Uşağı barmaq əmmədən çəkindirmək məqsədilə edilən səylər 3 yaşına qədər uşaqlar tərəfindən müqavimətlə qarşılanır. Bəzi körpələr yeni dişlərinin çıxması ərəfəsində, bəziləri də çətinliklə qarşılaşdıqlarında utanma və sıxılma əlaməti olaraq barmaqlarını əmirlər. Ümumiyyətlə, barmaq əmmə adətinin 4 yaşına çatana qədər itməsi gözlənilir. Araşdırmalar göstərir ki, bəzi uşaqlarda bu adət 5‐6 yaşlarına qədər davam edə bilər, lakin sübut olunmuşdur ki, bu, belə olan hallarda

dişlərin deformasiyaya uğramasına səbəb ola bilər. Davamlı barmaq əmmə vərdişi də psixoloji problemin və gərginliklərin bir nəticəsi olaraq inkişaf edə bilər.

Barmaq əmmə vərdişi qarşısında ana-atanın edəcəyi ən sağlam yanaşma nədir?

Hadisəni təlaşa düşmədən, səbirlə qarşılamaq, uşağa bu vərdişin körpəlikdən qalma bir davranış olduğunu, bunun başqaları tərəfindən xoş qarşılanmayacağını sadə bir şəkildə izah etmək lazımdır. Ailə içində bu vərdişdən bəhs edərək ailə üzvlərinin diqqətini uşaq üzərinə cəlb etmək, bu səbəblə təlaşa düşüb gərginlik keçirmək və bu problemi həll etmək məqsədilə uşağı tənqid etmək doğru deyil. Məktəb yaşında barmağını əmən uşaq müəllimin xəbərdarlığı, ana‐atasının tənqidi, hətta yoldaşlarının lağlarına baxmayaraq bu vərdişini davam etdirir. Bu vəziyyətdə uşağa edilən müsbət tövsiyə və şərhlərlə onun psixoloji baxımdan uyğunlaşmasının təmin edilməsi problemin ortadan qalxmasına səbəb ola bilər. Burada əhəmiyyətli olan bir geriləmə əlaməti sayılan bu vərdişi meydana gətirən əlamətlərin ana və ata tərəfindən kəşf edilərək ortadan qaldırılmasıdır. Məsələn, bir qardaşın doğumu uşaqda bu cür bir vərdişin başlamasına səbəb ola bilər. Səs‐küy salan, iməkləyən, barmaq əmib dırnaq yeməyə başlayan uşaq ətrafdakıların heyrətinə səbəb olur. Qardaşının dünyaya gəlməsindən əvvəl uşağın buna hazırlanması, həyata gələcək körpənin onun köməyinə də ehtiyacı ola biləcəyi kimi məsələlərin uşağa başa salınması vacib məsələlərdəndir. Beləliklə, bu cür gərginlikdən qaynaqlanan vərdişlər də zaman keçdikcə itir. Alt islatma kimi barmaqəmmə də yaş artdıqca azalır. Xüsusilə, ilk uşaqlıq dövründə müalicədən qaçılmalıdır. Məktəbəqədərki dövrdə barmaq əmmə, ya da alt islatma hallarında ekspertlər valideynlərə bəzi tərbiyəvi tədbirləri tətbiq etməyi məsləhət görürlər.

Uşaqların sosial-psixoloji inkişafı-18

Barmaq əmmənin aradan qaldırılması üçün görülən tədbirlər

Ana və ataya barmaq əmmənin ilk dövrlərdə zərərsiz bir adət olduğu izah edilməlidir. Yuxarıda qeyd olunduğu kimi barmaq əmmə xarici deformasiyalara səbəb olmayan bir vərdişdir. Əks halda bəzən valideynlər uzun müddət davam edə biləcək bu pis vərdişdən uşaqlarını uzaqlaşdırmaq üçün çox ciddi tədbirlərə əl atırlar. Hətta uşaqların barmaqlarına istiot sürtən, cəza verən, əllərini və qollarını arxadan bağlayan, əlinə və barmaqlarına iynə batırıb onlara unuda bilməyəcəkləri əziyyət verərək cəzalar tətbiq edənlər də var. Bütün bunlar uşaqda mənfi emosiyaların artmasına səbəb ola və valideynləri daha çox narahat etmək üçün bir davranış obyektinə çevrilə bilər.

Yadda saxlamaq lazımdır ki, barmaq əmməyə başlayan və ya bunu vərdiş halına gətirmiş uşaqlara bunu tərk etmələri üçün müxtəlif cəzaların tətbiq olunması nəticə etibarilə bir çox problemlərin ortaya çıxmasına səbəb ola bilər. Kiçik yaşlarda uşaqlar onlara müvafiq şəkildə qidalandırılmalıdır. Bütün yaşlarda uşaqlar anadan sevgi və şəfqət görməlidirlər. Mədəni insanların itləri bəsləyərkən etdiyi səmimiliyi əksər analar doğma balalarından əsirgəyirlər. Əgər uşaq gəzməyə başladıqdan və ya 1 yaşından sonra da barmağını əmirsə, bu, uşağın çox yorğun, narahat olduğunun əlamətidir. Barmaq əmmənin əsl səbəbləri ortadan qalxmadıqca uşaq barmaq əmməyə

davam edəcəkdir. Uşaq özünə uyğun istirahət etmək, geniş və müxtəlif fəaliyyət imkanları, oyun mühitlərində məşğul olmaq üçün

şərait ilə təmin edilməlidir.

Ana və atanın uyğun olmayan davranışları islah olunmalı, uşaqlar bu vərdişdən ötrü qorxudulmamalıdır. Mükafat vədi uşağın bu adəti tərketmə arzusunu hərəkətə gətirə bilər. Uşaq barmağını ağzına apardığı zaman xəbərdarlıq edərək zərərsiz acı maye sürtülməsi və gecələri, hətta, lazım gələrsə, əllərinə əlcək geyindirilməsi də bu vərdişin sona çatdırılması üçün yaxşı bir xatırladıcı rolunu oynaya bilər.

Uşaq 4‐5 yaşlarına çatdıqda barmağını əmməyə davam edirsə, özünə xatırlatmaq faydalı ola bilər. Uşağa bunun kiçikyaşlı uşaqlara xas bir davranış, başqalarının xoş qarşılamayacağı bir hal olduğu onun anlaya biləcəyi bir dillə izah edilməlidir. Uşaqlar bu yaşlarda, ümumiyyətlə, böyük insan kimi olmağa, valideynləri təqlid etməyə, çox zaman onlar kimi davranmağa çalışırlar. Valideynlər uşağın vəziyyətini çox yaxşı qiymətləndirməlidir. Özlərinin barmaq əmmədiklərini, bu vəziyyətin yaxşı olmadığını söyləmələri çox vaxt təsirli ola bilər. Uşağın erkən süddən kəsilməsi onun etibarsız, pessimist, gec süddən kəsilməsi isə etibarlı, optimist bir şəxsiyyət kimi formalaşmasında mühüm rol oynayır. 

Uşaqların sosial-psixoloji inkişafı-18

Dırnaqyemə

Dırnaqyemə xoşagəlməz bir vərdişdir. Ümumiyyətlə, uşaqlarda 3‐4 yaşlarında müşahidə olunur, amma 15‐ci ayında da özünü göstərə bilər. Bəzi uşaqlarda bu vərdiş uşaqlıq və yeniyetmə vaxtlarına kimi davam edə bilər. Dırnağın diş ilə qoparılması, bəzən qoparılmış parçaların udulması, dırnağın kənarındakı ətin qoparılması və yeyilməsi kimi müxtəlif növləri var. Bu uşaqlar ya qapalı, ya həyəcanlı, ya da tez hirslənən olurlar. Dırnaqyemə, ümumiyyətlə, uşaqlarda görünən bir davranışdır.

Araşdırmalar 6 yaş ətrafı uşaqların təxminən 25%‐nin dırnaq yediyini ortaya qoyur. Bu davranış pozuqluğu uşağa həm fiziki, həm də ictimai mənada mənfi təsir göstərir.

Dırnaqyemə vərdişinin səbəbilə əlaqədar iki təməl şərh var. İlk olaraq, bu davranışı qayğıyla əlaqələndirirlər (Hadley, 1984). Sinirləri gərilmiş bir uşağın bunu çölə dırnaq yeyərək əks etdirdiyi söylənilir. İkincisi, "ekoloji təzyiq" hipotezi (Schendler, 1984). Bu hipotez

isə mühərrik hərəkətləri məhdudlaşdırılmış uşaqların dırnaq yeməyə daha meylli olduqlarını müdafiə edir.

Dırnaqyemənin səbəbləri:

Bu hal ana və atanın uşaqları ilə kifayət qədər münasibətdə olmaması və uşağa qayğı və sevgi göstərməmələri ilə bağlıdır. Bunlardan aşağıdakıları göstərə bilərik:

• Çox danlanılan və üzərində çox təzyiq olan uşaqlarda;

• Yeni doğulmuş qardaşı (bacı) qısqanma və yaxud yaxın birisini itirmə kimi stresli hallar;

• Ailə içində kiminsə dırnaq yeməsi;

• İnamsızlığını, gərginliyini və hirsini sakitləşdirmək üçün;

• Dərs oxumağı sevmədiyi halda, buna məcbur edilmək və cəmiyyət içində danışmaqdan qorxmaq kimi sıxıntı verən davranışlar da dırnaq yemək kimi vərdişlərə səbəb olur.

Dırnaq yemək vərdişini doğuran səbəblərdən biri də ailədə baş verən problemlər, qorxu və stresdir. Ata‐anasına acığı tutan, məktəbdə sinif yoldaşları ilə problemləri olan, sevdiyi bir şeyi itirən, ailəsindən, yaxud müəllimindən qorxan uşaqlarda dırnaq yemək vərdişi daha çox özünü göstərir.

Təkliflər

• Uşaqların ana və atası ilə rahat şəkildə düşüncələrini, hisslərini bölüşmələri də dırnaq yemək vərdişini azalda bilər.

• Ailə içində uşaqlarla daha mülayim davranılması;

• Evdəki rahatsızlığı aradan qaldırıb sakit, rahat bir şərait qurulmalıdır ki, uşaqlarda inam hissi yaransın.

• Ailə üzvləri uşaqların dırnaq yeməsini daima üzə vurmamalıdır, çünki bu vərdiş daha da arta bilər.

• 3‐4 yaşına qədər bu vərdiş ana və ata tərəfindən heç bir reaksiya verilmədiyi üçün yaranır. Başqaları bu vərdişin zərərini uşağa uyğun bir dillə başa salmalıdır.

• Uşağın dırnaq yeməsini barmaqlarına istiot sürtmək, əllərinə əlcək geyindirmək kimi hərəkətlərlə tərk etdirə bilməzsiniz. Çünki bu hallarda uşaqlar dırnaq yeməsini daha da artırırlar.

• Dırnaq yemək vərdişi də barmaq sormaq alışqanlığı kimi yaş artdıqca unudulur və bu, valideynləri çox narahat etməməlidir. Ailədə narahatçılığın, uşaqlar üzərində qorxunun, həyəcanın artması bu adətin uzanmasına səbəb olur.

Valideynin öhdəsinə düşən vəzifələr

Vərdişi tərsinə çevirmək: Bu vərdişin tərk olunması üçün uşaq 6‐7 yaşında olmalıdır. Uşağın bu vərdişi tərk etmək istəməsi çox vacibdir.

Aşağıda uşağın narahatlığına səbəb olan amilləri nəzərə almaq, uşaqlarınızla bərabər bu vərdişə gətirib çıxaran səbəbləri öyrənin.

Hansı vəziyyətlər onun üçün problem yaradır? Bu vərdişin nə vaxt və hansı vəziyyətdə ortaya çıxdığını öyrənin.

Alternativ yol: Ata‐analar bu xoşagəlməz davranışın altında yatan psixoloji səbəbləri öyrənib lazımi tədbirlər görmək üçün psixoloqlara müraciət etməlidirlər. Həmçinin, ata‐analar ailədə elə şərait yaratmalıdırlar ki, uşaqda xoşagəlməz vərdişlər yaranmasın. Çünki valideynlər arasında vəziyyətin daha da gərginləşməsi uşağı psixoloji baxımdan daha ağır vəziyyətə sala bilər. Uşaqlarınızla razılaşın. Əgər uşaqlarınız bu vərdişi bir daha təkrarlayarsa, siz də onunla bərabər edin. Bu elə bir şey olmalıdır ki, başqalarına qəribə gəlməməli, uşaqlara xələl gətirməməlidir.

Qarşısının alınması: Yuxarıdakı metodu öyrəndikdən sonra bu vərdişin yaranmasının qarşısını alın.

Əlaqəli davranış: Uşaqlarınızın dırnaq yeməzdən əvvəl hansı hərəkəti etdiyini öyrənin. Məsələn, uşaq dırnağını yeməzdən əvvəl ayaqlarını hərəkət etdirirsə, bu, əlaqəli davranışdır.

Rahatlaşdırıcı məşqlər: Bir çox rahatlaşdırıcı davranışlar vardır. Psixoloqlardan məsləhət ala bilərsiniz.

Cəmiyyətin dəstəyi: Bu dəstəyi dostunuzdan və ya qohumlarınızdan ala bilərsiniz.

Sınama: Uşaqlarınıza alternativ metodlar təklif və tətbiq edin.

Qeyd: Nə qədər müvəffəqiyyət qazandığınızı hər gün qeyd edin.

Hüseyn Xəlilov

20 oktyabr 2014
GO BACK