Qadin.NET / Körpələri tutmaq qaydaları

Körpələri tutmaq qaydaları

Körpələri qucağa almaq, onları tutmaq qaydaları sizlərə heç də sadə bir şey kimi gəlməməlidir. Bu, çox əhəmiyyətli bir mövzudur. Bəzən, yeni ana və atalar körpələrin çiyinlərinin, dirsəklərinin və boynunun həssas olduğunu, asanlıqla ağrıya biləcəyini bilməzlər. Körpələr başlarını anidən arxaya atırlar və ana-atalar diqqətli olmasalar, körpələrin çiyinləri asanlıqla çıxa bilər.
Elə isə körpələri tutmaq, qucağa almaq qaydalarını birlikdə öyrənək:

1. Səhərlər körpəni yatağından qaldırarkən qoltuq altından elə tutulmalıdır ki, baş barmaqlar körpənin döş qəfəsi hissəsini, digər barmaqlar isə bel, çiyin və ənsəni tutsun.

Körpələri tutma qaydaları

2. Körpəni yedirdikdən sonra onu qucağınızda elə tutun ki, başı çiyninizdən yuxarı olsun, sol əlinizlə körpəni aşağıdan tutun, sağ əlinizlə belini tutun. Belə halda körpənin udduğu artıq havanı çıxarması asanlaşır. Bu vəziyyətində onun belini aşağıdan yuxarıya doğru yüngül masaj etməyi də unutmayın.

Körpələri tutma qaydaları

3. Adətən 6-cı ayından sonra həkimlər körpəni bu şəkildə oturtmağa icazə verirlər. Siz onu dizləriniz üzərində oturdursunuz, hər iki əlinizlə qarnından tutursunuz.

Körpələri tutma qaydaları

4. Körpəni sol qolunuza yatırın. Sağ əlinizlə belindən tutun.

Körpələri tutma qaydaları


5. Bu şəkildəki formada körpəyə ətraf dünyanı öyrənmək daha asan olacaq. Körpənin üzünü hər kəsi görəcək şəkildə çevirin, bir əlinizlə sinəsindən, digər əlinizlə ayaqlarından tutun.

Körpələri tutma qaydaları

6. Körpənin başını bir dizinizə, qarnını isə digər dizinizə qoyun. Kürəyini, belini aşağıdan yuxarıya yüngül masaj edin.

Körpələri tutma qaydaları

7. Körpəni sol qolunuza elə qoyun ki, ayaqları aşağı sallanmış olsun, sağ əlinizi qarnının altında qoyun.

24 avqust 2009
GO BACK