Uşaqların istədiyini hər zaman etmək mümkün deyil. Çünki bu, onların tərbiyəsində və xarakterində müəyyən çatışmazlıqlara yol aça bilər. Uşaqlar elə bir şey istəyə bilər ki, bu onlara qətiyyən olmaz. Ona görə də onlara yox deməyi bacarmaq lazımdır. Yox deyərkən də bunu elə etmək lazımdı ki, onu incitməyəsiniz. Ona görə də buyurun, xəbərimizin ardını oxuyun və uşaqlarınıza nə zaman və necə yox deyə biləcəyinizi öyrənin.
Təxminən 1, 5 və 3 yaş arası uşağınızın "xeyr" demə dönəmidir. Bu dönəm hər ana və ata üçün zorlayan və cəsarət qırıcı kimi görünsə də, bu uşağın ətrafa qarşı çıxaraq bir şəxsiyyət formalaşdırdığı dönəmdir. Bunun fərqində olsanız, bu halın dramatik hala çevrilməsinin qarşısını ala bilərsiniz.
Valideynlər hər şeydən əvvəl özlərinə inanmalıdırlar. Unutmayın ki, siz ana və yaatasınız və qaydaları siz qoyursunuz. Uşağınızın üsyankarlığına üçüncü şəxslərin köməyi olmadan tək başınıza meydan oxuya bilərsiniz. Bunun üçün siz fikri ciddi və dəyişməz biri olduğunuza, eləcə də verdiyiniz qərarların doğru olduğuna inanmalı və inandırmalısınız.
Uşağınız sizə qarşı üsyankar davrananda və əsəbiəlşəndə ona bu açar cümlələri deyə bilərsiniz. Məsələn, Mənimlə eyni fikirdə olduğunu bilirəm, amma biraz əvvəl etdiyin, həqiqətən də, qəbul edilməzdir.
Əsəb patlama zamanı hələ də keçməyibsə, ona öz uşaqlığınızdan misallar gətirin. Mən də uşaq vaxtı xatırlayıram, mənim də anam-atam da... kimi. Bu şəkildə uşağınız sizin də bir zamanlar uşaq olduğunuz və bəzi qəlb qırıqlığı yaşadığınızı başa düşəcək və bu onun yumşalmasına kömək edəcəkdir. Bəlkə də bu onun halını daha az dramatik görməsinə də səbəb ola biləcəkdir. Amma diqqət edin ki, "mən uşaq ikən sənin kimi deyildim" tipli cümlələr deməyəsiniz.