Son illər “indiki uşaqları bələmirlər”sözünü çox eşidirik.Əgər əvvəllər bir qayda olaraq bütün yeni doğulan körpələri az qala iməkləyənə qədər bələyirdilərsə,indi bəziləri ümumiyyətlə bələkdən imtina edir.Və ya cəmi bir neçə ay yaxud yalnız gecələr bələyirlər.Böyüklərimiz indi çox sevincli halda keçmişlərini xatırlarkən “uşağım əllərini bələkdən yavaş-yavaş çıxaranda sevincimdən bilmirdim neynəyim” kimi xoş təəssüratlarını paylaşırlar.
Bələk əleyhinə olan insanlar qeyd edirlər:
Bələk- uşağın inkişafına mane olur.Uşaq bələkdə sıxılır və istədiyi kimi hərəkət edə bilmir.Bu isə onların narahatçılığına səbəb olur.Onsuz da körpə ən azı 3-4 ayına qədər köp və s.səbəbindən rahatsızlıq yaşayır.Hələ bu bələkdə isə lap çətin.Bələk əgər körpənin ayaqlarının düz olacağı funksiyasını gerçəkləşdirirsə,onda gərək başqa ölkələrdə hamının ayaqları əyri olaydı.
Bələyin lehinə olanlar isə qeyd edirlər:
Bələk-uşağın ayağının forma etibarilə düzgün və gözəl inkişafının təminatçısıdır.Bu,yeni doğulanların bir mühitdən digər mühitə-yəni, ana bətnindən sonra ətraf mühitə öyrəşməsini asanlaşdırır.Yeni doğulan körpələrin əlləri bələkdə olarsa,o,özünü daha rahat hiss edir..
Türkiyənin Ağdəniz Universitetinin tibb fakultəsinin professoru Fəyyaz Akyıldız isə qeyd edir:
Uşağı bələmək çox təhlükəlidir.Belə ki,bələk uşaqda omba çıxığı təhlükəsini artırır.Eyni zamanda omba hərəkətini əngəlləyir.Uşaqların daha çox bələndiyi ölkələrdə omba çıxığı hallarına inanılmaz dərəcədə çox rast gəlinir.
Böyüklərimiz qeyd edir:
Bələksiz uşaq-bu,gənc anaların guya müasirliyidir.
Gənclərimiz qeyd edir:
Uşağı bələmək –yaşlılarımızın köhnə fikirli olmasından irəli gəlir.O dövrün qanunu ancaq bu ola bilərdi.
Əzizlərim,bəs siz,necə düşünürsünüz? Sizcə,uşaq bələmək lazımdırmı? Və nəyə görə lazımdır?Uşağın bələkdə və ya bələksiz böyüməsinin nə kimi müsbət və mənfi cəhətləri var?