Uşaqları lap kiçik yaşlarından ağız və dişlərin təmizliyinə diqqət yetirməyə alışdırmaq lazımdır.Bu,diş çürümələrinin və başqa problemlərin qarşısını almağa kömək edir.Nə qədər ki,uşaq hər şeyə inad etməyib,onu bu işə alışdırın.Bilmək lazımdır ki,udma ehtimalı olduğu üçün uşaq dişlərini 2-3 yaşına qədər diş məcunu ilə deyil,sadəcə su ilə yumalıdır.Uşağınız diş fırçalamağı sevmirsə,o zaman bu üsullardan mütləq yararlanın:
1.Uşağa nümunə olmağa çalışın.
Hər gün dişlərinizi fırçalayarkən uşağın sizi seyr etməsinə şərait yaradın.Və əyləncəli iş edirsiniz kimi davranın.Körpəyə bu işi sizinlə birlikdə görməyi təklif edin.
Seçdiyi bir fırça olursa, körpə bundan daha çox həvəslənər.Ona üzərində cizgi filmlərinin qəhrəmanları olan və ya rəngarəng fırça almağa çalışın.
3.Oyuncaqlarının dişlərini fırçaladın.
Uşağa oyuncaqlarının və gəlinciklərinin dişlərini sürtməsini söyləyin.Bu ona çox əyləncəli gələcək və hər kəsin dişlərini fırçalamasının vacibliyini anlayacaq.
4.Bu işi edərkən körpəni tərifləyin.
Dişlərini hər dəfə fırçaladıqdan sonra nə qədər gözəl olduğunu və dişlərinin parladığını söyləyin.
Bütün uşaqlar tez böyümək istəyirlər.Ona görə də böyüklər kimi hərəkət etməyə çalışırlar.Bunu nəzərə alıb hər bu işi edəndə ona “ Mənim balam necə də böyüyüb,özü dişlərini fırçalaya bilir”- kimi sözlər söyləyin.Əmin olun,bu xoş sözlər onun çox xoşuna gələcək.
Əzizlərim,bəs sizin körpələriniz necə-dişlərini fırçalayırmı?