Əşyaları gəmirməsi
Adətən körpələr 3-4 aylıq olanda əl barmaqlarını,oyuncaqları,qısası,əllərinə keçən hər şeyi ağızlarına alırlar.Bu adətən şərti refleksdən irəli gəlir. Əgər sizin də 2-3 yaşında olan uşağınız belə bir hərəkətlərə yol verirsə,bu sizi heç təəccübləndirməsin.Onlar özləri də bilmədən ağızlarına nəsə götürürlər.Bunun,sizin bilmədiyiniz tək bir səbəbi var-bu vəziyyət uşaqları rahatlaşdırır,ruhən körpəlik zamanlarına qayıdaraq özlərini və fikirlərini toplamağa çalışırlar.Uşağınız çirkli bir əşyanı ağzına alıb çeynəyərkən,onun başını qataraq çirklini alıb,əvəzinə təmiz bir əşya verə bilərsiniz.Oyuncaqları ilə oynayarkən, uşağınızı tərifləyin.Məsələn: “oyuncaqları ağzına almağın yoox,amma onlarla oynamağın çox xoşuma gəlir canım balacam” deyə bilərsiniz.Əmin olun,bu onun çox xoşuna gələcək.
Yeməkdən imtina etməsi
2-3 yaşındakı uşaqların yeməkdən imtina etməsi həm normal,həm də ara-sıra baş verən bir haldır.Əgər uşağınız stolun üstünə qoyulan boşqabı itələyirsə,bu bişirdiyiniz yeməyi bəyənmədiyi mənasını əsla bildirmir.Bu əslində öz dünyasında öz qərarlarını göstərmək vasitəsidir.Yəni,mən,bu axşam küftə yemək istəmirəm.Siz buna anlayış göstərərək,ona əldə etmək istədiyi hakimiyyəti az da olsa yaşayıb sevinməsinə imkan verməlisiniz.Daha ” bu uşaqlığı ilə öz sözünü yeritməyəcək ki” deyib, bir növ əlinizi stola vurmağınıza gərək yoxdur.Məsələn, ona boşqabını və salfetini seçməyə icazə verin.Əgər uşağınıza belə bir seçim versəniz,yemək zamanı daha az narazılıqla qarşılaşacaqsınız.Ancaq heç bir halda onu məcburi yemək yeməyə vadar etməyin.Nə də yemədiyi üçün cəzalandırmayın.Çünki bu,aranızda olan vəziyyəti gərginkləşdirməkdən başqa bir şey deyildir. Uşağınızın bir gündə deyil, bir həftədə nə yediyini nəzərdən keçirin.Ola bilər ki,bazar ertəsi və çərşənbə axşamı az yesin,lakin o biri günlər daha çox.
Çimmək istəməməsi
Su ilə dolu vannada oturmaq bəzi uşaqlar üçün çox qorxulu ola bilər.Bəzi uşaqların isə çimmək çox xoşuna gəlir.Bəzən suyun və hamamın isti və ya soyuq olması onları narahat edir.Belə yaşdakı uşaqların çoxunun çimməkdən xoşları gəlmir.Çünki bunun nə üçün edildiyini onlar heç cür anlaya bilmirlər.Odur ki,övladınıza çimmək vaxtını əvvəlcədən desəniz,o özünü buna hazırlayar.Və bunu daha gözəl şəkildə başa salın ki,onun da çimməyə olan həvəsi artsın.Hətta vanna otağını oyuncaqlarla bəzəməniz onların çimməkdən xoşlanmasında aparıcı rol oynaya bilər.
Əzizlərim,bəs sizin uşağınız,yemək yeyərkən,ya çimərkən heç dəcəllik edirmi?