Qadin.NET / Texnologiyanın uşaqlara zərəri

Texnologiyanın uşaqlara zərəri

Texnologiyanın uşaqlara zərəri

 

Kompyuter, TV, video oyunları cib telefonları gündəlik həyatımızın ayrılmaz hissələridir. İnkişaf edən texnologiyanın uşaqlara mənfi təsiri çoxdur. Bunları gözdən keçirək:

0-2 yaş: Amerika Uşaq Akademiyası bu yaş uşaqların əsla ekranla qarşılaşmamalarını təklif edir. Aparılan araşdırmalar gündə 2 saatdan çox televiziya seyr edən uşaqların dil inkişafının digər uşaqlara nisbətən 6 dəfə daha geridə olduğunu bildirmişdi.

2-5 yaş: Bu yaşlar arasındakı uşaqların televiziya izləmək yerinə zamanlarını oyunlara ictimailəşməyə ayırmaları  uyğundur. Bu yaş arasındakı uşaqların yalnız 1 saat televiziya izləmələri məsləhətdir. Ancaq ana ataların uşaqlara şiddət səhnəsi olmayan proqramlar, xüsusilə cizgi filmlərə baxılmasına icazə verilməsi  məsləhətdir.

6-11 yaş: Oxuma tapşırıqlara sərf edilən zamanı çoxaltmaq üçün  bu yaşda uşağın televiziya seyrinə nəzarət edilməlidir. Araşdırmalar, uşağın gündə 1-2 saat televiziyaya baxmasının məktəb müvəffəqiyyətinə, xüsusilə oxuma mövzusundakı irəliləyişinə mənfi təsir göstərdiyini müəyyən etmişdir.
Ailələr bu yaş qrupu üçün keyfiyyətli proqramlar (təbiət ilə əlaqədar proqramlar) axtarmaq məcburiyyətindədirlər. Bu yaş uşaqları, məktəb əvvəli yaşda olan uşaqlar kimi cizgi filmləri sevər oradakı qəhramanlara oxşamaq istəyərlər. Bu tip proqramların "təcavüzkarlıq" istiqaməti minimuma endirilməlidir.
Televiziyanın yarada  biləcək mənfi təsirlərini minimuma endirə bilmək üçün şiddət  olan filmlərdən uşaqları uzaqlaşdırmaq lazımdır. Çünki bir çox araşdırmalar şiddət mesajları ilə dolu filmlərin uşaqlarda qorxuya səbəb olduğunu göstərmişdir. Eyni zamanda həddindən artıq texnologiya asılılığının kökəlməyə səbəb olduğu, xəstəliklərə zəmin yaratdığı da qeyd olunmuşdur.

7-12 yaş: uşaqlarda həddindən artıq televiziya seyr etməsi ev tapşırığına ayırdığı zamanı azaldır. Televiziya seyri passiv bir işdir. Yaradıcılığı azaldır. İntellektual verilişlərə baxmaq daha məqsədəuyğundur.

Bəs, xanımlar sizin uşaqlarınız gün ərzində neçə saat televizora baxır və nələrə baxmağı sevirlər?

26 mart 2011
GO BACK